Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-765/2023 04.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Cavabdeh Əlisa oğluna qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Əlisa oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Əlisa oğlundan 1575 manatı, bir şəhərdən digər şəhərə getməsi üçün 240 manat, təyyarə bileti üçün 1255 manat, 600 manat yenidən Azərbaycana gəlməsi üçün, ordan evinə yola salanda 200 manat, 3870 manatının və perforator 230 manat, laqonda orjinal “Borş” firması 250 manat, 100 manat dəyərində 80 metr kabel, 100 manat dəyərində alət və çamadan 680 manat dəyərində usta alətinin dəyəri cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh onun həm dostu həm sinif yoldaşı olub. Bu hadisə baş verən günə kimi möhkəm qardaşlıq münasibətləri olmuşdur. Cavabdeh Rusiyada Kazan şəhərində işləmək üçün gedəndə ona da getməyi təklif etmişdir. Cavabdeh dostunun orda onlar üçün iş tapdığını bildirmiş, o da getməyə razı olmuşdur. Üç gün sonra Hacıağa Əflanla birlikdə yaşadığı ünvana gələrək lombartdan 1500 manat pul götürüb. 1575 manat qaytaracaqmış həmin gecə hər üçün Hacıağa, Əflan və o 28 may adlanan yerdən təyyarə bileti almış Əflanı gecə reysi ilə yola salmış, bir həftə sonra ona zəng etdi ki, sən ordan lombarda olan borcunu bağla yoxsa ora qoyulan qızıllar batacaq. Cavabdeh öz əmisi nəvəsi X3 göndərərək 1575 manat ondan almışdır. Cavabdeh tezliklə həmin ondan aldığı borcu göndərəcəyini bildirmişdir. Üç gün sonra ona zəng edərək çox pis yerə düşdüyünü ona təcili bilet almağını qeyd edərək Azərbaycana qayıdanda maşınını satıb bütün çəkdiyi xərcləri ödəyəcəyini vədd etmişdir. Onun imkanı olmadığından “Opel Vektra” markalı 1999-cu il buraxılış **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilini “Tap.az” saytına satışa qoyub, 5400 manata aldığı maşını məcbur olub 4200 manata satmışdır. Cavabdeh 1142 manat bilet pulu əlavə 40 manat baqaj pulu alıb onlayın bilet aldılar. Cavabdeh təyyarəyə gecikərək bileti batırıb yenə ona zəng edərək orada bir nəfər olduğunu, Azərbaycana yola salmaq üçün onun kartına 600 manat pul köçürməsini istəmişdir. Əflan 2022-ci ilin may ayında Salyanda mükəmməl bir iş götürdüyünü lakin usta alətinin olmadığını onun öz usta alətlərini ona verməyini xahiş etmişdir. Tikinti bitdikdən sonra cavabdeh ona pul qaytarmaqdan boyun qaçıraraq tezliklə bankdan pul gütürüb maşını alacağını ya da dəyərində pulları qaytaracağını bildirmişdir. Pulu qaytarmağını desə də o bu işdə hər üçü müştərək borcu bölünməli hamsını ödəməyəcəyini bildirmişdir. Odur ki, Cavabdeh Əlisa oğlundan 1575 manatı, bir şəhərdən digər şəhərə getməsi üçün 240 manat, təyyarə bileti üçün 1255 manat, 600 manat yenidən Azərbaycana gəlməsi üçün, burdan evinə yola salanda 200 manat, 3870 manatının və perforator 230 manat, lağonda orjinal borş firması 250-manat, 100-manat dəyərində 80 metr kabel, 100 manat dəyərində alət və çamadan 680 manat dəyərində usta alətinin dəyəri alınaraq 1575 manatı, bir şəhərdən digər şəhərə getməsi üçün 240 manat, təyyarə bileti üçün 1255 manat, 600 manat yenidən Azərbaycana gəlməsi üçün, ordan evinə yola salanda 200 manat, 3870 manatının və perforator 230 manat, lağonda orjinal “Borş” firması 250 manat, 100 manat dəyərində 80 metr kabel, 100 manat dəyərində alət və çamadan 680 manat dəyərində usta alətinin dəyəri cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq X2 iş üzrə cavabdeh qismində cəlb edərək Cavabdeh Əlisa oğlu və X1 müştərək qaydada 4550 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Əlisa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh Əlisa oğlu və məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Əlisa oğlu məhkəməyə ərizə təqdim edərək, İddiaçı ona qarşı verdiyi iddia ilə tanış olduğunu və iddianı qismən qəbul etdiyini, tələb olunan puldan 1500 manat ödəyə biləcəyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X5 məhkəməyə ərizə təqdim edərək, İddiaçı ona qarşı verdiyi iddia ilə tanış olduğunu və iddianı qismən qəbul etdiyini, tələb olunan puldan 1000 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh Əlisa oğlu tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, “İddiaçı və Hacıağa Fətahova qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini qismən qəbul edirəm. 1500 manat pulu İlkin İddiaçı verməyə razıyam”. X5 tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, “İddiaçı mənə və Cavabdeh Əlisa oğluna qarşı ərizəsi ilə tanış oldum. Ərizəni qismən qəbul edirəm, 1000 manat ödəməyə razıyam. Bu barədə qətnamə çıxarılmasını xahiş edirəm”. İddiaçı tərəfindən məhkəməyə təqdim olunuş “Whatsapp” praqramı vasitəsi ilə yazışmalarından görünür ki, Cavabdeh Əlisa oğlu 1700 manat pulu favral ayında bankdan kredit götürüb İddiaçı verəcəyinə dair vəd vermişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Əlisa oğlu və X5 ilə birlikdə Rusiya Fedarasiyasında iş tapıb birlikdə işləmək üçün ilk əvvəl Cavabdeh Əlisa oğlunun Rusiya Fedarasiyasına gedərək orada uyğun işin tapılması ilə bağlı razılaşmışlar. Cavabdeh Rusiya Fedarasiyasına getsə də orada onlar üçün uyğun iş olmadığından Azərbaycana qayıtmışdır. Əflanın Rusiyaya gedib-gəlməsi ilə bağlı çəkilən xərclərin pulunu əsasən İddiaçı vermiş və ya göndərmişdir. İşin bu halın mübahisələndirilmir. Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəmə tədqiqatına təqdim edilmiş “Whatsapp” praqramı vasitəsi ilə aparılan yazışmaların iddiaçı ilə cavabdehin arasında aparıldığını Cavabdeh Əlisa oğlu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Belə olduğu halda məhkəmə istinad olunan prosessual qanunvericiliyinin normasına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçı həmin yazışmanın cavabdehlə aparılmasını sübut etmə vəzifəsindən azad olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respulikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının tələblərini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdehin iddiaçıya 1700 manat borcu qalması faktını yazışma ilə etiraf etməsi ona dəlalət edir ki, iddiaçı həqiqətən qaytarılmalı olan pulun bu məbləğdə olduğunu sübut etmək vəzifəsindən azaddır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin qaytarmalı olduğu pulun miqdarının 4550 manat olduğunu qeyd etsə də, bu barədə sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iddiaçıya izah edir ki, şahid X5 tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli ərizədə onun İddiaçı 1000 manat ödəməyə razı olduğunu bildirməsi, ondan 1000 manat pulun iddiaçının xeyrinə tutulması ilə bağlı əsas ola bilməz. X5 iddiaçı tərəfindən cavabdeh qismində göstərilməmiş və o, məhkəmədə mülki iş üzrə cavabdeh qismində iştirak etməmişdir. İddiaçı X4 qarşı ayrı icraatda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 18.70 manat məbləğində dövlət rüsumu Cavabdeh Əlisa oğlundan alınaraq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh Əlisa oğlundan 1700 manat pul və 18.70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Əlisa oğlundan 1700 manat pul və 18.70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-765/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-765/2023
04.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver