Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-770/2025 17.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maeənin aradan qaldırılması və su yolunun verilməsi” tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş Çıxarışdan görünür ki, Salyan rayonunun Yenikənd kəndində yerləşən 0.3166 ha ərazini əhatə edən, kateqoriyası kənd təsərrüfatlı təyinatlı torpaqları olan, daşınmaz əmlakın reyestr nörməsi **********75 saylı olan, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2024cü il tarixdə qeydiyyata alınan torpaq sahəsi İddiaçı1n, X8, X9, X4 və X1 ümumi birgə pay hüququ müəyyən edilməkə xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş Çıxarışdan görünür ki, Salyan rayonunun Yenikənd kəndində yerləşən 0.2597 ha ərazini əhatə edən, kateqoriyası kənd təsərrüfatlı təyinatlı torpaqları olan, daşınmaz əmlakın reyestr nörməsi **********28 saylı olan, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2010cü il tarixdə qeydiyyata alınan torpaq sahəsi İddiaçı2 tam pay hüququ müəyyən edilməkə xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş Çıxarışdan görünür ki, Salyan rayonunun Yenikənd kəndində yerləşən 0.0508 ha ərazini əhatə edən, kateqoriyası kənd təsərrüfatlı təyinatlı torpaqları olan, daşınmaz əmlakın reyestr nörməsi **********98 saylı olan, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2010cü il tarixdə qeydiyyata alınan torpaq sahəsi Cavabdeh tam pay hüququ müəyyən edilməklə xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş Çıxarışdan görünür ki, Salyan rayonunun Yenikənd kəndində yerləşən 0.0508 ha ərazini əhatə edən, kateqoriyası kənd təsərrüfatlı təyinatlı torpaqları olan, daşınmaz əmlakın reyestr nörməsi **********99 saylı olan, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2010cü il tarixdə qeydiyyata alınan torpaq sahəsi Cavabdeh tam pay hüququ müəyyən edilməklə xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Salyan rayon Yenikənd Bələdiyyəsi tərəfindən X5 verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X5 ondan ötəri ki, onun həqiqətəndə Salyan rayonu Yenikənd kəndində özünə və ailə üzvlərinə məxsus 0.57 ha Torpaq sahəsi vardır. Ələt Astara avtomobil yolunun çəkilişi zamanı vətəndaşa məxsus torpaq sahəsi iki yerə bölünmüşdür. Avtomobil yolu torpaq sahəsini böldükdən sonra 0.57 ha torpaq sahəsinə gedən su kanalı Lahiyə və smetaya uyğun olaraq dəyişdirilmişdir. Vətəndaş özünə məxsus torpaq sahəsinə yolun altından keçən su borusudan yol kənarı ilə əvvəllərdə istafadə etdiyi su kanalından sahəsinə su aparmışdır. Sonradan isə qonşusu Cavabdeh Fəzail oğlu tərəfindən su kanalını doldurmuş və su yolunu kəsmişdir. Həmin su kanalına Ərazi Nümayəndəsi və Bələdiyyə Sədri tərəfindən baxış keçirilib və dəfələrlə bizim tərəfdən Cavabdeh Fəzail oğluna su kanalının açılmasını desəkdə su kanalını açmamışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarxili, 3-21-3-38/2-2286/2025 saylı mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçot məlumatlarına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət reyesterindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xx.xx.2024-cü ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Dövlət reyesterindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xx.xx.2010-cu ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 mülkiyyətində olan torpaq sahələrinə su yolu mövcud deyildir. İddiaçılar İddiaçı1 və X2 mülkiyyyətlərində olan torpaq sahələrinə alternativ su yolunun olmasını müəyyən etmək mümkün olmadı. Torpaq sahələrinə yaxınlıqda yerləşən kollektordan keçmək şərti ilə digər qonşu sahədə su yolu mövcuddur.
7. Salyan Rayon İcra Hakimiyyətinin yanında Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin və Salyan rayon Yenikənd Bələdiyyəsinin birgə verdiyi Arayışdan görünür ki, onun həqiqətəndə Salyan rayonu Yenikənd kəndində özünə və ailə üzvlərinə məxsus 0.57 ha Torpaq sahəsi vardır. Ələt Astara avtomobil yolunun çəkilişi zamanı vətəndaşa məxsus torpaq sahəsi iki yerə bölünmüşdür. Avtomobil yolu torpaq sahəsini böldükdən sonra 0.57 ha torpaq sahəsinə gedən su kanalı Lahiyə və smetaya uyğun olaraq dəyişdirilmişdir. Vətəndaş özünə məxsus torpaq sahəsinə yolun altından keçən su borusudan yol kənarı ilə əvvəllərdə istafadə etdiyi su kanalından sahəsinə su aparmışdır. Sonradan isə qonşusu Cavabdeh Fəzail oğlu tərəfindən su kanalı doldurulmuş və su yolu kəsilmişdir. Həmin su kanalına Ərazi Nümayəndəsi və Bələdiyyə Sədri tərəfindən baxış keçirilib və dəfələrlə bizim tərəfdən Cavabdeh Fəzail oğluna su kanalının açılmasını desəkdə su kanalını açmamışdır.
8. Azərbayucan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/6118/2025 saylı ekspert Rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu məlumatlarına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət reyesterindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xx.xx.2024-cü ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Dövlət reyesterindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xx.xx.2010-cu ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 mülkiyyətində olan torpaq sahələrinə su yolu mövcud deyildir. İddiaçılar İddiaçı1 və X2 mülkiyyyətlərində olan torpaq sahələrinə alternativ su yolunun olmasını müəyyən etmək mümkün olmadı. Torpaq sahələrinə yaxınlıqda yerləşən kollektordan keçmək şərtilə digər qonşu sahədə su yolu mövcuddur.
9. Mülki iş üzrə Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli Ərizəsində bildirmişdir ki, Salyan rayon Yenikənd bələdiyyəsinin sədri X6, Salyan rayon Məhkəməsinə, İddiaçı1 üçün verdiyi ərizə yalan ifadələrlə yazılmışdır. Ərizədə qeyd olunur ki, servis yolu ilə Cavabdeh məxsus olan torpaq sahəsi arasında əvvəllər su kanalı olub. Bu kanal torpağın çıxarışında yoxdur və o, bu məsələyə etiraz ərizəsində aydınlıq gətirmişdir. Kanalı o, öz torpaq sahəsinin daxilindən köməklik məqsədi üçün qazmışdır. Və ona zərər vurulacağı halda, həmin su yolunu dolduracağı barədə İddiaçı1 bildirmişdir. Çox əvvəlki illərdə isə orada nə yol, nə də kabel xətti və su kanalı olmayıb. Qeyd olunan yer onun torpağının mərkəzi olub. Buradan açıq aşkar görünür ki, X18 rayon Məhkəməsinə məsuliyyət hiss etmədən, öz marağı üçün yalan məlumat yazmışdır. İddiaçı1 müxtəlif vasitələrlə, kabelin üstündən qazıntı aparmaqla, su kanalı çəkmək niyyətindədir. Mən bununla razılaşmıram. Torpaq bizim ailə mülkiyyətimizdədir. O, həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Dövləti ərazi bütövlüyü və müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. Ailəsinin ikinci üzvü Əliyev Xəqani isə 44 günlük Vətən müharibəsi qazisidir, əlildir.
10. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbinin dəlilləri
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Salyan rayonu, Yenikənd kəndində yerləşən İddiaçı1 və İddiaçı2 məxsus ümumi sahəsi 0.57 ha olan torpaq sahəsinə gedən su kanalına Cavabdeh tərəfindən yaradılmış maneəni aradan qaldırmaqla su yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddianın əsaslarına görə, onlar yuxarıda qeyd etdiyikləri ünvanda yaşayırlar və iki qardaşdırlar. İddiaçı olan İddiaçı1 və ailə üzvlərinə məxsus Salyan rayon Yenikənd kəndində 0,3166 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən ********** saylı qeydiyyat nömrəli çıxarış verilmiş və həmin torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Ona məxsus Salyan rayon Yenikənd kəndində 0,2597 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən ********** saylı qeydiyyat nömrəli çıxarış verilmiş və həmin torpaq sahəsi mənim xüsusi mülkiyyətim kimi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Həmin torpağı birlikdə istifadə edirlər. Ələt Astara avtomobil yolunun çəkilişi zamanı onlara məxsus torpaq sahəsi iki yerə bölünmüşdür. Avtomobil yolu torpaq sahəsini böldükdən sonra 0,57 ha torpaq sahəsinə gedən su kanalı lahiyə və smetaya uyğun olaraq dəyişdirilmişdir. Onlar özlərinə məxsus torpaq sahəsinə yolun altından keçən su borusundan yol kənarı ilə əvvələrdə istifadə etdiyi su kanalından torpaq sahəsinə su aparıblar. Sonradan isə torpaq sahəsi üzrə qonşu olduğuqları Cavabdeh Fəzail oğlu tərəfindən su kanalı doldurulmuş və su yolu kəsilmisdir. Həmin su kanalına Ərazi nümayəndəsi və Bələdiyyə sədri tərəfindən baxış keçirilmiş və dəfələrlə onlar və bizim tərəfimizdən cavabdeha su kanalının açılmasını desəkdə cavabdeh su kanalını açmır. Onlar özləri də dəfələrlə cavabdehə su yolunun açılmasını bildirsələr də heç bir nəticə əldə edə bilməmişdirlər. Bu barədə Bələdiyyənin sədri və ərazi üzrə nümayəndəliyi tərəfindən onlara məsləhət görülmüşdür ki, mübahisə mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də məhkəməyə müraciə etmişdirlər.
b) iddiaya etirazın dəlilləri
13. İddia tələbinə qarşı Cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda qeyd olunur ki, Salyan rayonu Yenikənd kəndində, ona məxsus 2.71 ha torpaq sahəsi vardır. Dövlət ehtiyacları üçün "Ələt- Astara "xxxx"Azəryol ASC" dəyərini ödəməklə ondan alınmışdır. Yol çəkilişindən sonra, ona 1.53 ha torpaq sahəsinin çıxarışını və texniki pasportu verilmişdir. Yol çəkilişi zamanı bəzi vətəndaşların su yolu və eyni zamanda onunda torpaq sahəsinin su yolu bağlanmışdır. Bununla bağlı o, 2014-cü ildə İcra hakimiyyətinin kənd sakinləri ilə keçirdiyi iclasda məlumat vermişdir. Onun xahişi nəzərə alınaraq, ona müvəqqəti olaraq alternativ su yolunun verilməsini və bununla bağlı yol tikintisini icra edən "Todino" şirkətinə əsas su yolunun bərpası ilə bağlı, kənd təsərrüfatı üzrə müavinə su yolu problemi olan bütün vətəndaşların siyahısını hazırlayıb, məktub göndərməyi tapşırdı. İki aydan sonra "Todino" şirkətinin icraçı nümayəndələri və tərcüməçi ilə birlikdə onu torpağın yerləşdiyi yerə dəvət etdilər. Ələt Astara yolunun 37 + 550 km dən müəyyən edərək yeni tikilən yolun qazılması və boru qoyulması üçün Nazirlər Kabinetinə məktub göndəriləcəyini və su yolu ilə bağlı müraciət edən bütün vətəndaşlara əsas və ya alternativ su yolunun birdəfəlik bərpası ilə təmin olunacağını bildirdi. Qısa müddət ərzində vətəndaşlara su yolunu bərpa etmə işləri başlamış. Ona məxsus olan torpaq sahəsinə 2018-ci ildən su yolu tam bərpa olub istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Aktında ona qonşu kimi göstərilən 0.57 ha torpağın sahibi İddiaçı2dur. O, Bakı şəhərində yaşadığı üçün, onun torpağından qardaşı X10 istifadə edirdi.0.57 ha torpaq sahəsinin əsas və ya alternativ qaydada su yolunun çəkilməsi üçün müraciət edilmədiyinə görə torpağa su yolu verilməmiş və çəkilişi üçün tədbirlər görülməmişdir.Bu səbəbdən Salahov Aqil torpağın istifadəsini dayandırmışdır.2020 ci ildə 0.57 ha torpağın istifadəsinə İddiaçı2 digər qardaşı X7 gəlmişdır. Salahov Ağayar gəlməyi ilə mənim icazəm və xəbərim olmadan mənə məxsus olan sahənin "şərq" tərəfindən, sahəyə giriş yolu daxil olmaqla 240 metr məsafəni ağır texnika vasitəsi ilə qazaraq, suvarma işinə başlamışdır. Nəticədə 0.57 ha torpaq sahəsi onun sahəsinin səviyyəsindən hündürdə olduğu üçün gələn su Salahov Ağayarın deyil, onun sahəsini basaraq bir neçə gün su altında qoymuşdur. Nəticədə onun təsərrüfatıma zərər toxunmuşdur. Bununla bağlı mən Yenikənd kənd bələdiyyəsinə xəbər vermiş, sahəsinin su altında qaldığını, onun əkininin məhv olduğunu və icazəsiz qazılan kanalı dolduracağını bildirmişdir. Sahənin suyu quruduqdan sonra, onu doldurdum. "Şərq" tərəfdən suvarmaq mümkün olmadığını görən Salahov Ağayar, Salyan rayonu İcra hakimiyyətinin kənd təsərrüfatı nümayəndəliyinə mənim sahəmin "Qərb” tərəfindən su yolu almağı ilə bağlı müraciət etmişdir. Bununla bağlı məni torpaq sahəmin yerləşdiyi yerə dəvət etdilər. Gələn nümayəndələr və bələdiyyə üzvləri ilə birlikdə həmin sahəyə baxış keçirildi. "Ələt Astara yolunun “şərq” tərəfi ilə paralel olaraq "servis" yolu çəkilmişdir. Torpaq sahəmin servis yolu ilə sərhəddində, sahə boyu dövlət əhəmiyyətli kabel xəttinin çəkildiyi və üzərində beton dirəklər 2 m qazmaq qadağandır olduğunu gördükdə qazıntıya icazə vermədən baxışı tamamlayıb, su yolunun torpağın daxilindən çəkilməsi üçün torpağın sahibi ilə razılaşdırılmalıdır, dedilər. Bundan sonra Salahov Ağayar qonşu sahədəki digər torpaq sahəsində məşğuliyyətini davam etdirdi. Bir daha mən onu orada görmədim. 2022 - ci ildə 0.57 ha torpaq sahəsinin yeni sahibi, İddiaçı1 gəldi. Sahəmdə işləyən zaman Əliyar ona yaxınlaşıb, kabel xəttindən kənar su yolu verməyimi xahiş etdi. O, Əliyara bildirmişdir ki, sizin sahə onun sahəsinə nisbətən hündürdür. Ora su çıxanda mən suda batıram. O, tədbir görəcəyini və ona zərər vurmayacağını bildirdi. Mən su sahəmə axacağı halda kanalı ləğv edəcəyimi bildirdim. Biz belə razılaşdıq və mən torpağımın daxilindən ona köməklik məqsədi ilə su yolu verdim. Yay suvarmasında İddiaçı1 torpaq sahəsin suvararkən mənim sahəm yenə də su içində və bağlatdırdığım ot kiplərinin 20 ədəddən çoxu suda qaldı və korlandı. Mən bu yaranmış vəziyyət haqqında Əliyara zəng vurub xəbər verdim.O, gəlib yaranmış vəziyyəti gözü ilə gördü və 20 ədəd ot kipinin pulunu ödədi. Mən payız şumunda su kanalını ləğv edəcəyimi ona bildirdim və şum vaxtı kanalı doldurub ləğv etdim. Növbəti, 2023-cü ilin yaz əkin suvarılması üçün Yenikənd kənd ərazi nümayəndəsi Pirverdi Cəfərov məndən 0.57 ha torpağın suvarılması üçün torpağın daxilindən su yolu verməyimi xahiş etdi. Mən bildirdim ki, onun torpağı suvarılanda mənim əkinimi su basır və əkin boğulur. O, mənə axırıncı dəfə xahiş edirəm kömək et deyə bildirdi. Bu dəfə də o, çarəsiz qalıb növbəti addımını ataraq torpaq sahəsinin daxilindən 0.57 ha torpaq sahəsinə su yolu vermişdir. Həmin ilin mart ayında suvarmaq üçün növbə yaxınlaşdığına görə öz sahəsinə gəlmişdir. Görmüşdür ki, Əliyar torpaq sahəsini suvarıb və onun sahəsi quru mənim sahəmin bir hissəsi su içində batır. O, ona xəbər vermişdir, onun sahəsinin bir hissəsi su içindədir, o, da suvarsa əkin tamamilə çürüyüb məhv olacaq. Beləliklə mən əkinimi suvarmadan getdim və nəticədə məhsulum az sentner verdi. O, 2024 - cü ilin əkin şumunda verdiyi su kanalını növbəti dəfə ləğv etmişdir və bildirmişdir ki, bu mümkün deyil. İddiaçı1 iddia edir ki, onun Azadın torpaq sahəsinin daxilindən qeyd etdiyi kabel xəttinin yaxınlığı ilə dərin qazan traktor vasitəsi ilə su kanalı qazdırsın. Mən ona icazə verməyib qonşu sahədən paralel və yaxın olan torpaq sahəndən boru atmaqla su yolunu bərpa etməsini təklif etdim. O, İddiaçı1 və İddiaçı2 iddialarının təmin edilməsinə etiraz etmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbinə uyğun izahat verərək, bildirmişdir ki, hazırda onunla bərabər birgə iddiaçı olan əmisin İddiaçı2 məxsus torpaq sahələri Ələt-Astara magistral yolunun çəkilməsindən sonra su yolundan məhrum olmuşlar. Onlara məxsus torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi olan Cavabdeh əvvəllər onlara öz torpaq sahəsinin daxilindən su yolu vermiş, lakin sonrada aralarında narazılığın yaranması səbəbindən sonradan həmin torpaq sahəsinin daxilindən onlara su yolunun açılmasından imtina etmişdir. Hazırda həmin torpaq sahəsini yaxılnıqdan keçən kollektordan su nasosu vasitəsi ilə suvarır və bu da onun əlavə maliyyə xərcinə düşməsi ilə nəticələnir. Müvafiq rəydə qeyd olunan torpaq sahəsinə kollektordan keçirilməklə qonşu sahədən su yolunun mövcudluğu onun əlavə maddi xərcə düşməsinə səbəb olmaqla bərabər su yolunun çəkilməsinin çox çətinliklə başa gələcəyini bildirmişdir. Qeyd olunananlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Ələt- Astara magistral yolunun çəkilməsindən sonra onların ailə üzvləri ilə birlikdə ümumi birgə pay hüququ müəyyən edilməklə onlara məxsus torpaq sahələrinin suvarılması üçün müvafiq su yolunun verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına hər hansı müraciət etməmişdirlər. Həmçinin ona ünvanlanmış digər suala cavab olaraq bildirmişdir ki, əvvəlki illərdə bir neçə il olmaqla Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin daxilindən onlara məxsus torpaq sahəsinin suvarılması məqsədilə su yolu verilmişdir, lakin sonradan arada olan narazılıqlara görə Cavabdeh tərəfindən həmin su yolu doldurulmuşdur. Buna səbəb öz ərazilərini suvaran zaman diqqətsizlikləri səbəbindən bir neçə dəfə Cavabdeh sahəsinə zərərin vurulması olmuşdur. Həmin vurulan ziyanın hamısı onlar tərəfindən Cavabdeh ödənilmişdir. Cavabdeh torpaq sahəsinin suvarılması üçün su yolunun verilməsi onun müraciətindən sonra baş tutmuşdur. Topaq sahəsininbir tərəfindən servis yolu adlanan nəqliyyat vasitələrinin əkin ərazilərə hərəkətini təmin edən yol keçir və digər tərəfindən isə Melorativ sistemlər idarəsinin ərazisidir. Həmin idarələr müvafiq su yolunun verilməsi ilə bağlı tərəflərindən müraciətin edilmədiyini bildirmişdir. Həmçinin həmin ərazilərdən boru vasitəsi ilə su xəttinin çəkilməsinin əlavə xərc tələb etdiyini və su ilə birlikdə gələn torpaq suxurlarının tutulması ilə nəticələnəcəyini bildirmişdir.
16. Məhkəmə iclasında iştirak edən, Cavabdeh iddia tələbi ilə razılaşmayaraq, iddia ərizəsinə verdiyi etirazının məzmununa uyğun izahat verərək bildirmişdir ki, müvafiq Ələt- Astara yolunun çəkilməsi nəticəsində onun mülkiyyətində vahid şəkildə olan torpaq sahəsi iki hissə şəklində bölünmüşdür. Həmin ərazinin suvarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməsindən sonra onun mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün ona su yolu verilmişdir. Daha sonrakı dövrlərdə iddiaçı tərəfin və digər şəxslərin xahişini nəzərə alaraq, öz torpaq sahəsinin daxilindən iddiaçılara su yolu vermişdir. Lakin iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsindən hündürdə yerləşməsi səbəbindən iddiaçılara məxsus torpaq sahəsinin adi axar ilə suvarılması zamanı onun mülkiyyətində olan torpaq sahəsi bir neçə dəfə suyun altında qalmışdır. Bunun nəticəsində ona ziyan dəymişdir. Bu halı iddiaçı tərəfin nümayəndəsi öz izahatında bildirməklə, təsdiq etmişdir. İddiaçı tərəfindən hər dəfə vurulan ziyanı ödənilsə də, iddiaçı tərəfindən ətrafdan keçən kollektordan su nasosu vasitəsi ilə və ya boru ilə həmin ərazilərini suvarması mümkündür. Həmçinin iddiaçı tərəfə özünə məxsus su kollektoruna yaxın ərazidən digər topaq sahəsi də onun tərəfindən təklif olunmuş, lakin iddiaçı tərəf buna etiraz etmişdir. Hazırda hər ikimizə məxsus torpaq sahəsinin sag və sol tərəflərindən müvafiq şəkildə su yolunun onun torpaq sahəsinə ziyan vurmamaqla keçirilməsi mümkün olduğu halda iddiaçı tərəf təkidlə məhz onun torpaq sahəsinin daxilindən su yolu istəyir. İddiaçıya ona məxsus torpaq sahəsində su yolunun verilməsi onun yenidən zərərə məruz qalmasına və su ilə torpaq sahəsinin yuyulması nəticəsində minerallığının azalması səbəbindən məhsuldarlığının aşağı düşməsi ilə nəticələnməsi onun qorunan hüquqlarının pozulmasına səbəb olacaqdır. Qeyd olunan bu halları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə iclasında ona ünvanlanan suallara cavabında bildirmişdir ki, ona məxsus torpaq sahəsinə su yolunun çəkilməsi üçün onun tərəfindən müraciət edilməsinə baxmayaraq, iddiaçılar tərəfindən hər hansı müraciət olunmamışdır. Hazırki vəziyyətdə belə iddiaçılar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən, yalnızca ona məxsus torpaq sahəsinin daxilindən su yolu istəyir. İddaçı tərəf həmin torpaq sahəsinin əvəzində həmin ölçülərdə başqa torpaq sahəsidə təklif etmişdir, lakin onlar bununla razılaşmamışlar. İdddiaçılar məxsus torpaq sahəsi həmin ərazini baş hissəsində yerləşdiyindən ona məxsus torpaq sahəsindən daha hündürdə yerləşir. Bu hal isə həmin sahənin suvarılması zamanı suyun axması və ya əksinə suvarılması zamanı onu torpaq sahəsinin suyun altında qalması ilə nəticələnir. İddiaçı tərəf hazırki iddia tələbini qaldırdığı zamanı torpaq sahələrinin nisbətən onun torpaq sahəsindən hündürdə yerləşməsini nəzərə almırlar. Su yolunun boru vasitəsilə çəkilməsi mümkündür və ya iddiaçının torpaq sahəsinin yaxınlığında su kollektoru mövcuddur. Şəxs həmin kollektordan su nasosundan istifadə etməklə torpaq sahəsini suvara bilər. İddiaçının iddia etdiyi su yolu ümumi istifadə məqsədilə ona verilməmişdir, məhz onun müraciəti əsasında verilmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər İddiaçı2 keçirilən məhkəmə iclasında iştirak etməmişdir. İştitak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
19. Məhkəmə iclasında iştirak edən digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X8 bildirmişdir ki, digər İddiaçı2 onun əmisidir və məhkəmə iclası barədə məlumatlıdır.
20. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
21. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
22. Məhkəmə iddia tələbinə münasibət bildirmədən öncə mülki işin yuxarıda qeyd olunan faktiki hallarına dair iddia tələbinin hüquqi əsasını müəyyən etməyim zəruriliyini qeyd edir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçının iddia tələbi ilə müəyyən olunur ki, onun iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 152, 157 və 175-ci maddəsi təşkil edir.
Tətbiq edilən hüquq
23. Məhkəmə maddi norma ilə bağlı hüquqi məsələlərə dair qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 175.1-ci maddəsinə əsasən, Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən, sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3-ci maddəsinə əsasən, əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci maddəsinə əsasən, daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4-ci maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 256.1-ci maddəsinə əsasən, servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. 258.1-ci maddəsinə əsasən, servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur. 260.1-ci maddəsinə əsasən, əgər ixtiyarlı şəxsin servitut qoyulmuş daşınmaz əşyası bölünərsə, hər bir bölünmüş hissə üçün ayrılıqda servitut müəyyənləşdirilməlidir. Lakin bu qaydaya yalnız yüklü olan mülkiyyətçinin vəziyyətini pisləşdirməmək şərti ilə yol verilə bilər.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 1 11-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Su Məcəlləsi:
33-cü Maddəsinə əsasən, su obyektləri üzərində istifadə və ya mülkiyyət hüququ verilmiş hüquqi və fiziki şəxslərin hüquqları ümumi və xüsusi su servitutları formasında başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər. Ümumi su servitutu formasında hər bir şəxs, əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, ümumi istifadədə olan su obyektindən və digər su obyektlərindən istifadə edə bilər. Maraqlı şəxslər digər şəxslərin xüsusi istifadəsində olan su obyektlərindən xüsusi su servitutu formasında istifadə edə bilərlər. Xüsusi su servitutu məhkəmə qərarı əsasında da müəyyən edilə bilər. Mülki qanunvericilikdə servitutlar haqqında nəzərdə tutulmuş ümumi qaydalar bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir. Ümumi və xüsusi su servitutları aşağıdakı məqsədlər üçün müəyyən edilə bilər: texniki vasitələr və qurğular tətbiq etmədən su götürmək; mal-qaranı suvarmaq və su obyektindən keçirmək; su obyektlərindən bərələr, qayıqlar və digər kiçik həcmli üzən vasitələr üçün su yolları kimi istifadə etmək. Azərbaycan Respublikasının su qanunvericiliyində digər su servitutları da müəyyən edilə bilər. Su servitutlarının həyata keçirilməsi üçün icazə tələb edilmir.
26. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarı:
Hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM):
4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə prosessual normaların tələbləri ilə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür.
Məhkəmə baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
28. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. 29.Məhkəmə araşdırması zamanı sübutların tədqiqi nəticəsində müəyyən olunan və işin mübahisəsiz halı qəbul olunur ki, Salyan rayonu Yenikənd ərazisində kənd təsərrüfatlı təyinatlı torpaqlar sahələri iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. İddiaçıların həmin torpaq sahələrinə olan mülkiyyət hüququ iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş müvafiq çıxarışlarla təsdiq olunur. Mülki iş üzrə cavabdeh olan Cavabdeh da mülkiyyətində Salyan rayonu Yenikənd ərazisində kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vardır. Bu hal da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş müvafiq çıxarışla təsdiq olunur. Həmçinin həmin torpaq sahələrinin bir-birinin qonşuluğunda yerləşməsi halı da işin mübahisəsiz halıdır. Mülki iş üzrə keçirilmiş məhkəmə torpaqşünaslıq-ekspertizasilə müəyyən olunmuşdur ki, torpaqların elektron kadastr uçotu məlumatlarına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət reyesterindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xx.xx.2024-cü ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Dövlət reyesterindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xx.xx.2010-cu ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 mülkiyyətində olan torpaq sahələrinə su yolu mövcud deyildir. İddiaçılar İddiaçı1 və X2 mülkiyyyətlərində olan torpaq sahələrinə alternativ su yolunun olmasını müəyyən etmək mümkün olmadı. Torpaq sahələrinə yaxınlıqda yerləşən kollektordan keçmək şərti ilə digər qonşu sahədə su yolu mövcuddur. Həmçinin ekspert rəyində də qeyd olunduğu kimi torpaq sahəsinin yaxınlığından su kollektorunun keçməsi aşkardır. İşin digər mübahisəsiz halı isə iddiaçıların torpaq sahələrinə su yolunun açılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanınlarına müraciətləri olmamışdır.
30. Məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması müəyyən olunmalıdır. İddiaçıların mülkiyyətində torpaq sahələrinin mövcudluğu və onların mübahisələrinin məhz həmin torpaq sahələrinə olan maneələrlə bağlı olması ilə əlaqdar subyektiv hüquqlarının mövcudluğuna dəlalət edir. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı nəzəri qəbul olunan hüquqi fikirlərin qeyd edilməsini və ümumi qəbul olunan hüquqi düşüncənin fonunda mülki işin faktiki hallarına münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Mülki hüquqda subyektiv hüququn iki fundamental elementi vardır: ki, bunlardan ilkin element məhz “Tələb etmə” hüququdur. Tələb etmə hüququ – hüquq sahibinə qarşı tərəfdən müəyyən davranışı tələb etmək imkanı verir. Tələb hüququ (ius persequendi) subyektiv hüququn əsas məzmununu təşkil edir. Tələb hüququnu subyektiv hüququn aktiv komponenti adlandırmaq olar. “Subyektiv hüququn reallaşdırılması ilk növbədə hüquq sahibinin tələb irəli sürmək imkanı ilə başlayır.” Digər ikinci element isə “Təmin etmə” hüququdur. Təmin etmə hüququ hüquq sahibinin tələbinin yerinə yetirilməməsi halında məhkəmə müdafiəsi və dövlətin məcburetmə səlahiyyəti ilə təmin olunan hüquqi mexanizmdir. Təmin etmə hüququ (ius actionis) – tələb hüququnun reallaşdırılmasının ikinci, lakin həlledici mərhələsidir. “Hər bir subyektiv hüquq dövlət tərəfindən təmin olunmaq imkanına malik olmadıqda o, hüquqi məzmununu itirir.” Bu iki element bir-biri ilə sıx bağlıdır və subyektiv hüququn tam mahiyyətini yalnız birlikdə təşkil edir. Subyektiv hüququn məzmunu yalnız tələb səlahiyyəti ilə deyil, həmin tələbin dövlət tərəfindən təmin olunması ilə tamamlanır. Hüququn təmin edilməsini təmin etmək dövlətin konstitusion öhdəliyidir; bu öhdəlik subyektiv hüququn reallaşdırılmasını obyektiv hüquq müstəvisinə çıxarır. Qeyd olunanlardan hasil olunan nəticə ondan ibarətdir ki, tələb etmə hüququ subyektiv hüququn daxili məzmunu kimi, təmin etmə hüququ isə həmin hüququn dövlət tərəfindən qorunması və həyata keçirilməsidir. 31.İddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən MM-in 157.2, 157.4 və 175.1-ci maddələri ilə bağlı qeyd olunmalıdır ki, öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutulur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Həmçinin MM-in 175.1-ci maddəsində qeyd olunan dispozisiya şərti mövcud olmalıdır. Belə ki normanın dispozisiyasında qeyd olunur ki, tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.
32. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən MM-in 175-ci maddəsi ilə bağlı qeyd edir ki, özgəsinin torpaq sahəsindən zəruri yol və keçidin tələb edilməsini nəzərdə tutan şərh olunan maddədə müəyyən edilmiş müddəa MM-in 255-ci maddəsində nəzərdə tutulmuş servitutdan əhəmiyyətli dərəcədə fərqlidir. Belə ki, şərh olunan maddəyə əsasən zəruri yol və keçid tam əvəzi ödənilməklə şəxsin mülkiyyətinə keçdiyi halda, servitutla yüklü edilmiş daşınmaz əmlakın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxsdən müqaviləyə müvafiq olaraq haqq alır, əmlak isə MM-in 255.4-cü maddəsinə əsasən, onun mülkiyyətində qalır. Xeyrinə servitut qoyulmuş şəxs isə özgəsinin daşınmaz əmlakından məhdud əşya istifadə hüququ əldə edir. Bu aspektdən yanaşan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən normanın dispozisiyasında qeyd olunan şərtlər ilə mülki işin faktiki halları ulzaşmır. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən hallarla bağlı qeyd edir ki, əvvəllərdə həmin ərazidə ümumiyyətlə su yolunun mövcudluğunun olmaması, iddiaçı tərəfin su yolunun verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməməsi, həmçinin həmin ərazinin boru vasitəsilə suvarılmasının mümkün olmasını, hazırda da iddiaçılara məxsus torpaq sahəsinin yaxınlıqığında kollektorunun olması (bu halı iddiaçı özüdə etiraf edir ki, cavabdeh tərəfindən su yolu verilmədiyi son dövrlər ərzində həmin kollektordan su nasosu vasitəsilə suvarmanı həyata keçirmişdir və bu hal məhkəmə tərəfindən yerində müayinə zamanıda müəyyən olunmuşdur) və bunu iddiaçılara məhdudlaşdıran hər hansı halın olmaması və hazırda cavabdehdən tələb etdiyi su yolunun cavabdehin öz təşəbbüsü ilə əldə etməsini mülki iş üçün əhəmiyyətli hal hesab edir. Servitut yalnız o halda mümkün olmalıdır ki, servitutu alacaq şəxs (məsələn, qonşu torpaq sahibi) başqa yolla bu ehtiyaclarını təmin edə bilməsin - yəni, servitut “lazım” olsun. Digər alternativ yol, əlaqə, infrastruktur olmadığına dair sübut olmalıdır, yəni “servitut “lazımi” olmalıdır. Yəni, servitut olmadan həmin ehtiyaclar ödənilə bilməməlidir.
33. Məhkəmə araşdırması çərçivəsində mübahisə olunan torpaq sahələrinə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçılara məxsus torpaq sahələrinin sağ, həm də sol hissələri müvafiq icra hakimiyyəti orqanlarının balansında olan torpaq sahələridir. Həmin torpaq sahələrinin Su melorativ sistemlərinin balansında olan hissəsi tamamilə istifadə üçün yararlıdır. Belə ki, digər sağ tərəfdə yerləşən ərazi “servis yolu” adlandırılan nəqliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Lakin həmin ərazinin 2 metr altından kabel xətlərinin keçməsini həm iddiaçı həm də cavabdeh izahatlarında bildirmişdir. Həmçinin adi üfüqi baxış zamanı müəyyən edilmişdir ki, iddiaçılara məxsus torpaq sahələri cavabdehə məxsus torpaq sahəsindən yuxarıda yerləşməklə, hündürlük olaraq isə cavabdehin torpaq sahəsindən hündürdə yerləşir. Digər tərəfdən iddiaçılara məxsus torpaq sahələrinə su yolu ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahələrinin suvarılması üçün öz təşəbbüsü ilə su yolunun verilməsi nəticəsində dəfələrlə cavabdehə maddi ziyanla ifadə olunan zərər dəymişdir. Bu hala qiymət verən məhkəmə hesab edir ki, servitut torpaqdan istifadənin əsas məqsədini pozmamalıdır, torpağın təsərrüfat və ya yaşayış təyinatına zidd olmamalıdır, yükləmə yalnız minimum zəruri hədd həcmində olmalıdır (“ən az müdaxilə” prinsipi). Hazırki mülki işin araşdırılması zamanı isə iddiaçılar tərəfindən dəfələrlə cavabdehə məxsus torpaq sahəsinə dəfələrlə ziyan vurulması faktı aşkardır və hər iki tərəf bunu öz izahatlarında bildirərərk, təsdiq etmişlər. Həmçinin iddiaçı tərəfindən cavabdehin torpaq sahəsinə daha az ziyan vurması güman olunan borcu vasitəsilə öz mülkiyyətlərində olan torpaq sahələrinə su yolunun çəkilməsi ilə bağlı təklifdən imtina etməsi də iddiaçıların torpaq sahələrinə alternativ su yolunun olmaması ilə bağlı ekspert rəyində qeyd olunan müvafiq fikri inkar edir. Həmçinin iddiaçı tərəfin iddia etdiyi su yolunun cavabdehə məxsus torpaq sahəsinin daxilindən keçməsini tələb etməsi də cavabdehin müvafiq zərərə məruz qalmasının gələcəkdə ola biləsi ehtimalını artırır. Mülki Məcəllədə təspit olunan hüquqların istifadəsi digər mülki hüquq münasibəti iştirakçılarının hüquqlarını pozmamalıdır. Lakin hazırda iddiaçılar tərəfindən mülkiyyətlərində olan torpaq sahəsini suvarmaq üçün mümkün vasitələr tükənməmişdir və iddiaçıların həmin ərazinin suvarnması üçün tələb etdikləri su yolunun adi axar formasında cavabdehə məxsus torpaq sahəsinin daxilindən keçməesini təmin etmək cavabdehin zərər məruz qalmaqla bərabər mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir. Məhkəmə yekun olaraq gəldiyi qənaəti belə əsaslandırır ki, iddiaçıların iddia tələblərinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 175-ci maddəsinin tələbləri baxımından, həmçinin “məhkəmə hüququ bilir” prinsipindən çıxış edən məhkəmə MM-in 255-ci maddəsində nəzərdə tutulan tələblər baxımından mülki işin faktiki hallarının həmin qeyd olunan normalarda qeyd oluna dispozisiya şərtlərinə uyğun deyildir. Həmçinin iddiaçılara su yolunun verilməsi aşkar şəkildə cavabdehin zərərdə ifadə olunan mülkiyyət hüquqlarını məhdudlaşdırılmasına səbəb olacaqdır.
34. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar.
35. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir.
36. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur.
37. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər.
38. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir.
39. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maeənin aradan qaldırılması və su yolunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rüstəm Alıyev