Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-776/2024 05.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 (doqquz yüz) manat məbləğin Şirvan Milli Parkında qanunsuz olaraq mal-qara otarmış Salyan rayonu Şəkərli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu Vöen: VÖEN **********; müxbir hesab AZ71CTRE********************,Budcəə təsnifad kodu: 142330, Büdcə səviyyə kodu 1, Alan Bank: X1,kodu:210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 12 oktyabr tarixində Şirvan Milli Parkının əməkdaşları tərəfindən Parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən xx xxxx 1978-ci il tarixində Salyan rayonu Yenikənd kəndində anadan olmuş, Salyan rayonu Şəkərli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh şəxsi təsərrüfatına aid 250 (iki yüz əlli) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salmışdır. Vətəndaş Cavabdeh barəsində qanunamüvafıq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkına 900 manat ziyan vurduğu vətəndaş Cavabdeh bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə vətəndaşa müvafiq məktub (əlavə olunur) göndərilmişdir. Hal-hazıradək Cavabdeh oğlu Şirvan Milli Parkına dəymiş ziyanı könüllü ödəməmişdir. Ona görə də, 900 (doqquz yüz) manat məbləğin Şirvan Milli Parkında qanunsuz olaraq mal-qara otarmış Salyan rayonu Şəkərli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu VÖEN **********; müxbir hesab AZ71CTRE********************,Budcəə təsnifad kodu: 142330, Büdcə səviyyə kodu 1, Alan Bank: X1,kodu:210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh barədə akt tərtib olunmuş və həmin akt əsasında Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edildiyi üçün İnzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Cavabdeh barəsində inzibati qərar mövcuddur. 250 baş xırda buynuzlu malqaranın qanunsuz olaraq otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salmışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 12 oktyabr 2023-cü il tarixli, AA № 000300 saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 kəndi ünvanında yerləşən Şirvan Milli Parkında yoxlama aparılarkən ərazidə Cavabdeh 250 baş xırdabuynuzlu mal-qara otarması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş 12 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 12 oktyabr 2023-cü il tarixində 250 (iki yüz əlli) baş xırdabuynuzlu mal-qaranı qanunsuz olaraq otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salmışdır. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya İdarəsinin rəisi tərəfindən 16 noyabr 2023-cü il tarixli, № ******* saylı qərarı ilə xx.xx.2023-cü il tarixdə şəxsi təsərrüfatındakı 250 baş xırdabuynuzlu malqaranı qanunsuz olaraq otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə saldığına görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 400 manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 12 oktyabr 2023-cü il tarixində Şirvan Milli Parkının ərazisində qanunsuz olaraq xırda buynuzlu mal-qara otarması nəticəsində təbiətə vurulmuş zərərə görə əkbə tərəfindən tərtib olunmuş ödəniş cədvəlindən görünür ki, dəymiş ziyanın məbləği 900 (doqquz yüz) manat təşkil edir. Hesablama Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 saylı Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəyə əsasən aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 250 (iki yüz əlli) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə keçirmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya İdarəsinin rəisi tərəfindən 16 noyabr 2023-cü il tarixli, № ******* saylı qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. Şirvan Milli Parkının ərazisində qanunsuz olaraq xırda buynuzlu mal-qara otarması nəticəsində təbiətə vurulmuş zərərin məbləği 900 (doqquz yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh 250 (iki yüz əlli) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə iddiaçı Şirvan Milli Parkının ərazisinə salaraq, xüsusi mühafizə olunan təbiət ərazisinə ziyan vurması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh xüsusi mühafizə olunan təbiət ərazisinə vurduğu maddi ziyana görə 900 (doqquz yüz) manat məbləğində pul tutularaq Şirvan Milli Parkının hesabına ödənilməli və ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xüsusi mühafizə olunan təbiət ərazisinə vurduğu maddi ziyana görə 900 (doqquz yüz) manat məbləğində pul tutularaq, VÖEN **********; müxbir hesab AZ71CTRE********************, Büdcə təsnifad kodu: 142330, Büdcə səviyyə kodu 1, Alan Bank: X1,kodu:210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 Şirvan Milli Parkının xüsusi fonduna ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-776/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-776/2024
05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver