Məhkəmə qərarları › İş №2(057)-779/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-779/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-779/2023 10.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhimdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7243.95 (yeddi min iki yüz qırx üç manat, doxsan beş qəpik) manat - bundan 7091.55 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat əsas, 152.40 (bir yüz əlli iki manat, qırx qəpik) manat faiz və iş üzrə ödənilmiş 93.78 (doxsan üç manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırımışdır ki, 105.LN.1675.241019.00002 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 1 % olmaqla 60 ay müddətinə 7091.55 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixə banka 7091.55 manat əsas borcu, 152.40 manat faiz borcu, cəmi 7243.95 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilsə də borcun qaytarılması təmin olunmamışdır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 105.LN.1675.241019.00002 saylı kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur və hazırda cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən, 7243.95 (yeddi min iki yüz qırx üç manat, doxsan beş qəpik) manat - bundan 7091.55 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat əsas, 152.40 (bir yüz əlli iki manat, qırx qəpik) manat faiz, və iş üzrə ödənilmiş 93.78 (doxsan üç manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin məhkəmə və icra işləri departamentinin hüquqşünası İbrahim İbrahimov məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, hazırda işsizdir. İşdən çıxdığı üçün banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu yaxın vaxtlarda ödəniş cədvəlinə uyğun olaraq ödəməyə başlayacaq. Eyni zamanda cavabdeh Elçin Şirəliyev məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, borcunu ödəyəcəyini göstərmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105.LN.1675.241019.00002 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 7091.55 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-yə məxsus arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 7091.55 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat əsas, 152.40 (bir yüz əlli iki manat, qırx qəpik) manat faiz borcu olmaqla ümumilikdə 7243.95 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehə Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 93.78 (doxsan üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdeh İddiaçı ASC-nin ona qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə tanışdır, iddia tələbini bütövlükdə qəbul edərək ödəcəyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və Cavabdeh 7243.95 (yeddi min iki yüz qırx üç manat, doxsan beş qəpik) manat - bundan 7091.55 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat əsas, 152.40 (bir yüz əlli iki manat, qırx qəpik) manat faiz borcu, cəmi 7243.95 (yeddi min iki yüz qırx üç manat, doxsan beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 93.78 (doxsan üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh müştərək qaydada 7243.95 (yeddi min iki yüz qırx üç manat, doxsan beş qəpik) manat - bundan 7091.55 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat əsas, 152.40 (bir yüz əlli iki manat, qırx qəpik) manat faiz və iş üzrə ödənilmiş 93.78 (doxsan üç manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7243.95 (yeddi min iki yüz qırx üç manat, doxsan beş qəpik) manat bundan 7091.55 (yeddi min doxsan bir manat, əlli beş qəpik) manat əsas, 152.40 (bir yüz əlli iki manat, qırx qəpik) manat faiz və iş üzrə ödənilmiş 93.78 (doxsan üç manat, yetmiş səkkiz qəpik) manat rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar