Məhkəmə qərarları › İş №2(057)-788/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-788/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-788/2023 25.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhimdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5241.94 (beş min iki yüz qırx bir manat doxsan dörd qəpik) manat - bundan 5232.23 (beş min iki yüz otuz iki manat iyirmi üç qəpik) manat əsas, 9.71 (doqquz manat yetmiş bir qəpik) manat faiz, və iş üzrə ödənilmiş 73.75 (yetmiş üç manat, yetmiş beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Salyan filialı ilə Cavabdeh1 arasında bağlanmış 122.LN.1676.230919.00002 No-li, 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə kredit və k/x ödənilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6256, 14 (altı min iki yüz əlli altı manat, on dörd qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 23 sentyabr 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borc ödənişləri barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi müraciətlər olunmuş, habelə № **********822 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu, № **********800 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göstərilənlərə əsasən, 5241.94 (beş min iki yüz qırx bir manat, doxsan dörd qəpik) manat - bundan 5232.23 (beş min iki yüz otuz iki manat, iyirmi üç qəpik) manat əsas, 9.71 (doqquz manat, yetmiş bir qəpik) manat faiz və iş üzrə ödənilmiş 73.75 (yetmiş üç manat, yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin məhkəmə və icra işləri departamentinin hüquqşünası İbrahim İbrahimov məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddia ərizəsi ilə tanışdır, iddia tələbini qəbul edir, banka olan borcunu ödəniş cədvəlinə uyğun olaraq ödəyəcəkdir. Bir neçə ay əmək haqqı almadığı üçün ödəniş edə bilməmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra iyun ayında 310 (üç yüz on) manat, iyul ayında isə 301 (üç yüz bir) manat banka ödəniş etmişdir. Eyni zamanda Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, № 122.LN.1676.230919.00002 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 5232.23 (beş min iki yüz otuz iki manat iyirmi üç qəpik) manat kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit götürən Cavabdeh1 öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşlər. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit götürən Cavabdeh1 öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşlər. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-yə məxsus arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 5232.23 (beş min iki yüz otuz iki manat, iyirmi üç qəpik) manat əsas, 9.71 manat faiz borcu olmaqla ümumilikdə 5241.94 (beş min iki yüz qırx bir manat, doxsan dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 73.75 (yetmiş üç manat, yetmiş beş qəpik) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdeh İddiaçı ASC-nin ona qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə tanışdır, iddia tələbini bütövlükdə qəbul edir və xahiş edir bu barədə qətnamə çıxarılsın. Cavabdeh1 tərəfindən təqdim olunmuş 14 iyun 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə № 122.LN.1676.230919.00002 saylı müqavilə üzrə 310 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş 04 iyul 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən Milliön elektron ödəmə sistemi vasitəsilə İddiaçı ASC-yə 122.LN.1676.230919.00002 saylı müqavilə üzrə 301 manat pul ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli № 122.LN.1676.230919.00002 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 5232.23 (beş min iki yüz otuz iki manat, iyirmi üç qəpik) manat kredit verilmişdir. İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İddiaçı ASC məhkəməyə müraciət edərkən cavabdehin banka 5232.23 (beş min iki yüz otuz iki manat, iyirmi üç qəpik) manat əsas və 9.71 manat faiz borcu olmaqla ümumilikdə 5241.94 (beş min iki yüz qırx bir manat, doxsan dörd qəpik) manat məbləğində borcu olmuşdur. Mülki iş məhkəmənin icraatında olduğu müddətdə Cavabdeh1 tərəfindən banka 14 iyun 2023-cü il tarixdə 310 (üç yüz on) manat və 04 iyul 2023-cü il tarixdə isə 301 (üç yüz bir) manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlər tərəfindən banka ödənilmiş 611 (altı yüz on bir) manat pul nəzərə alınmalıdır. Beləliklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4621.23 (dörd min altı yüz iyirmi bir manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 9.71 (doqquz manat, yetmiş bir qəpik) manat məbləğində faiz borcu, cəmi 4630.94 (dörd min altı yüz otuz manat, doxsan dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 65.15 (altımış beş manat, on beş qəpik) məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4630.94 (dörd min altı yüz otuz manat, doxsan dörd qəpik) manat - bundan 4621.23 (dörd min altı yüz iyirmi bir manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 9.71 (doqquz manat, yetmiş bir qəpik) manat faiz və iş üzrə ödənilmiş 65.15 (altımış beş manat, on beş qəpik) manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4630.94 (dörd min altı yüz otuz manat, doxsan dörd qəpik) manat - bundan 4621.23 (dörd min altı yüz iyirmi bir manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 9.71 (doqquz manat, yetmiş bir qəpik) manat faiz və iş üzrə ödənilmiş 65.15 (altımış beş manat, on beş qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar