Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-795/2023 12.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul“ tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3250 manat məbləğində pulun və 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin durmuşdur. Kredit öhdəliklərini lazımınca yerinə yetirməyən X7 barəsində "xxxx" QSC tərəfindən Salyan Rayon Məhkəməsinə pul tələbi barədə məhkəmə əmrinin verilməsi barədə ərizə ilə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli, 2(057)-535/2017 saylı məhkəmə əmrinə əsasən borclular Cavabdeh, İddiaçı, X5 və X4 müştərək qaydada 9762,92 manat məbləğində kredit borcunun tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi qərara alınmışdır. Zamin olaraq əmək haqqına tutulma yönəldilmiş və tərəfindən banka 3250 manat kredit borcu ödənilmişdir. Borc ödənildikdən sonra "xxxx" QSC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli məktub ünvanlanmış və məktubda İddiaçı "xxxx" QSC qarşısında zamin qismində öhdəliyinin mövcud olmaması qeyd edilmişdir. Hal-hazırda İddiaçı cavabdehdən onun kredit borcuna görə zamin olaraq ödədiyi 3250 manat məbləğində pulun və 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Oktayın oğlu ilə münasibəti olub. Oktay ona zamin durmağını istəmiş oda razılaşmışdır. 2022-ci ildə özünə kredit götürmək lazım olanda kredit götürə bilməmiş məcbur olub lombartdan götürmüşdür. Onun yerinə bank 3250 manat ödəniş ödəmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-535/2017 saylı, 16 yanvar 2017-ci il tarixli məhkəmə əmrinin ksero surətindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, İddiaçı, X5 və X4 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən 6540,10 manat məbləğində kredit borcu, 2568,81 manat məbləğində faiz borcu, 654,01 manat məbləğində cərimə olmaqla, cəmi 9762,92 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" QSC-nə xeyrinə tutulması əmr edilmişdir. 07 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 06 fevral 2015-ci il tarixli, kredit razılaşması üzrə zamin qismində "xxxx" QSC qarşısında 7800 manat (yeddi min səkkiz yüz manat) həcmində borc öhdəliyində mövcud olmuşdur. Həmin borc xx.xx.2023cü il tarixində tam olaraq yerinə yetirmiş və hazırda həmin kredit razılaşması üzrə "xxxx" QSC qarşısında zamin qismində öhdəliyi mövcud deyildir. 07 mart 2023-cü il tarixli 044452 № "xxxx" QSC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, İddiaçı 07 mart 2023-cü il tarixində tam olaraq borc öhdəliyi yerinə yetirildiyi üçün onun zamin qismində "xxxx" QSC qarşısında öhdəliyi mövcud deyildir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı X2 yaxın dostudur. Seymur Nuralıyevdən xahiş etmişlər ki, bankda onlara zamin dursun ki, kredit götürə bilsinlər. Seymur etiraz etməmişdir. Şirvan şəhərində fəaliyyət göstərən "xxxx" QSC-dən kreditə pul götürmüşlər. Həmin kredit pulla oğlu Daşqın avtomobil almışdır. Sonradan kredit borcunu ödəyə bilmədikləri üçün bank onları məhkəməyə vermiş, məhkəmə əmri çıxarılmış, həmin əmrə əsasən onlardan pulun tutularaq banka ödənilməsi qərara alınmışdır. İcra mərhələsində Seymurdan da pul tutulmuşdur. İddia tələbini qəbul edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddiaçı X1 ona qarşı pul tələbinə dair iddiasını qəbul etdiyini və bu barədə qətnamə çıxarılmasına etiraz etmədiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 3250 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 427.3 və 448.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 535/2017 saylı, 16 yanvar 2017-ci il tarixli Məhkəmə Əmri ilə Cavabdeh, İddiaçı, X5 və X4 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən 6540,10 manat məbləğində kredit borcu, 2568,81 manat məbləğində faiz borcu, 654,01 manat məbləğində cərimə olmaqla, cəmi 9762,92 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu "xxxx" QSC-nə xeyrinə tutulması əmr edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Habelə, iş materiallarına əlavə edilmiş 07 mart 2023-cü il tarixli 044452 № "xxxx" QSC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, İddiaçı 07 mart 2023-cü il tarixində tam olaraq borc öhdəliyi yerinə yetirildiyi üçün onun zamin qismində "xxxx" QSC qarşısında öhdəliyi mövcud deyildir. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borcuna görə məhkəmə əmri ilə iddiaçının əmək haqqısına yönəldildiyindən 3250 manat məbləğində pulun tutulması işin mübahisəsiz halını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh ilə "xxxx" QSC arasında 06 fevral 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı zamin olmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı üzərinə düşən öhdəliyi icra etməmiş, İddiaçı zamin olduğundan üzərinə düşən öhdəliyi icra etmişdir. Ona görə də, məhkəmə iddiaçının tələbini əsaslı hesab edərək iddianın təmin olunmasını məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 53 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 53 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi öhdəliyin icrasını həyata keçirdiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən Cavabdeh 3250 manat məbləğində "xxxx" QSC-nə ödənilmiş pul və 53 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 213-214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh 3250 manat və 53,00 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3303 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-795/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-795/2023
12.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver