Məhkəmə qərarları › İş №2(057)-815/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-815/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-815/2023 21.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh № XK11645 saylı, xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsi üzrə 874.99 manat məbləğində kredit borcu, 0 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-815/2023 nömrəli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış № XK11645 saylı, xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsinə əsasən cavabdeh 1499.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1499.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə “Nisyə alqı-satqı” müqaviləsi üzrə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin 874.99 manat əsas borcu, 0 manat cərimə borcu yaranmışdır. Göstərilənləri əsasən, Cavabdeh № XK11645 saylı, xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsi üzrə 874.99 manat məbləğində kredit borcu, 0 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə elektron kabinet vasitəsi ilə və poçt vasitəsi ilə müraciət edərək iddianı müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladıqı etiraz ərizəsi və ona əlavə olunmuş arayışdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış № XK11645 saylı, xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsi bağlanmış, sonradan müqavilə üzrə sifariş etdiyi məhsuldan imtina etmiş və məhsul geri qaytarılmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. İş materiallarında olan ilə Optimal Elektronika MMC Cavabdeh qızı arasında bağlanmış № XK11645 saylı, xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsinə əsasən sonuncu 1499.99 manat məbləğində mala görə 11 ay 125 manat, 01 ay isə 124.99 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişdən görünür ki, "xxxx" MMCnin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, № XK11645 saylı, xx.xx.2021-ci il tarixli saylı “Nisiyə Alqı-satqı” müqavilə üzrə cavabdehin 874.99 manat əsas borc, cərimə borcu 0 manat, cəmi 874.99 manat borcu vardır. İş materiallarında olan Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh banka olan kredit borcunun ödənilməsinin zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən dövlət nəfinə 30 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan razılaşma protokolundan görünür ki, satıcı “Nisyə alqı-satqı” müqaviləsinin predmetini təşkil edən 01 ədəd VESTEL 65UD8800T markalı televizor istehsal qüsurlu olduğundan alıcı tərəfindən geri qaytarılmış, mal alıcıya təhvil verildikdən sonra VESTEL 65UD8800T markalı televizor qüsurlu olduğundan alıcı mala marağını itirmişdir və ona görə də, “Nisyə alqı-satqı müqaviləsi” xx.xx.2022-ci il tarixdən ləğv edilmiş, tərəflərin “Nisyə alqı-satqı müqaviləsi” üzrə bir-birlərinə qarşı heç bir tələbi, borcu yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İddiaçı QSC-nin iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü və 655.1-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Lakin, iş materiallarına və cavabdehin etirazından və nümayəndəsinin izahatına əsasən müəyyən olunur ki, "xxxx" MMC Cavabdeh arasında bağlanmış № XK11645 saylı, xx.xx.2021ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən sonuncu 1499.99 manat məbləğində mala görə 11 ay 125 manat, 1 ay isə 124.99 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, “Nisyə alqı-satqı” müqaviləsinin predmetini təşkil edən 01 ədəd VESTEL 65UD8800T markalı televizor istehsal qüsurlu olduğundan alıcı tərəfindən geri qaytarılmış № XK11645 saylı, xx.xx.2021-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə xitam verilmişdir. “Nisyə alqı-satqı müqaviləsi” xx.xx.2022-ci il tarixdən ləğv edildiyi üçün tərəflərin bir-birlərinə qarşı heç bir tələbi, borcu yoxdur. Müqavilə ləğv edilməsinə baxmayaraq "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə əsassız olaraq keçmişdir. Mövcud olmayan tələb hüququ güzəşt edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar