Məhkəmə qərarları › İş №2(057)-829/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-829/2024

12.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-829/2024 12.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14500 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ümumilikdə ondan 14500 manat pul almışdır. Salyan Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 1(057)-91/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 2 gün ibtidai həbsdə saxlanılması nəzərə alaraq üzərində qəti olaraq 2 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Ona maddi ziyanla bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Cavabdeh hər ay əmək pensiyası alır. Pulun onun pensiyasından tutulmasını istəyir. Ona görə də, Cavabdeh 14500 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, iddiasını müdafiə edir, Cavabdeh ona qarşı dələduzluq etmişdir. Hər ay ondan 400-500 manat pul tutulmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ona 4 il azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, özünün səhətində problemləri olmaqla yanaşı əlildir. Dövlətin ona ayırdığı əmək pensiyası özünə çatmır. Törətdiyi əmələ görə cəza çəkir. İddiaya etiraz edir və yanlız azadlığa çıxdıqdan sonra ödəniş edə biləcəyini bildirmişdir. İş materialına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 1(057)-91/2023 saylı hökmündən görünür ki, Cavabdeh özünün cinayət əməli nəticəsində zərərçəkmiş İddiaçı aldatmaqla 14500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iddiaçını dinləiyb işdəki sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh zərərçəkmiş İddiaçı aldatmaqla 14500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir.Bu barədə artıq məhakəmənin qanuni qüvvəsini almış hökm mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Həmin Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsində qeyd olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 14500 manat pul və dövlət rüsumu kimi ödənilmiş 134 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar