Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-833/2024 14.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul və maddi ziyan” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7399,16 manat məbləğində pulun və 94 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ona 7399,16 manat məbləğində maddi ziyan vurmuşdur. İş üzrə Salyan rayon Məhkəməsinin 2(057)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı ləğv etmə prosesində olan Zamin Bank ASC-nin kredit müqaviləsi üzrə borcunun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamə əsasında 4174,22 manat məbləğində əsas borc, 3085,19 manat faiz borcu, 20 manat cərimə borcu və 19.75 manat dövlət rüsumu alınıb iddiaçıya verilməsi qət edilmişdir. Eyni zamanda ekspert xərci 100 manat tutulması qərara alınmışdır. Eyni zamanda Salyan rayon Məhkəməsinin 2(057)- 73/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki, Məhkəmə iclasında cavabdeh İddiaçı bildirmişdir ki, 2015-ci ildə "xxxx" ASC-dən müqavilə Əsasında 3 il müddətinə 28% dərəcəsi 5000 manat pul götürmüşdür. Təqaüd kartını bankın işçisi Cavabdeh verərək nömrəsini və kodunu ona demiş, sonuncudan hər ay ödəniş etməsini xahiş etmişdir. Cavabdeh hər ay pulu çıxararaq ödənişi etdiyini bildirmiş və qalan pulu da ona qaytarmışdır. Pulu tam ödədikdən sonra kartını ona qaytarmışdır. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh kartından çıxarılan məbləğin bir qismini mənimsəmişdir. Cavabdeh Telman Xankişiyev 3 il əvvələ vəfat etmişdir. Cavabdeh şikayətçidir. Odur ki, ona qarşı verilmiş iddianın rədd olunmasını xahiş edir. xx.xx.2015-ci il tarixli etibarnamədən də görünür ki, İddiaçı pensiya kartını X1 vermişdir. Kapital Bank ASC-dən xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, hər ay kartdan Cavabdeh tərəfindən çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2015-ci ildə "xxxx" ASC-dən müqavilə əsasında 3 il müddətinə 28% dərəcəsi 5000 manat pul götürmüşdür. Təqaüd kartını bankın işçisi Cavabdeh verərək nömrəsini və kodunu ona demiş, sonuncudan hər ay ödəniş etməsini xahiş etmişdir. Cavabdeh hər ay pulu çıxararaq ödənişi etdiyini bildirmiş və qalan pulu da ona qaytarmışdır. Pulu tam ödədikdən sonra kartını ona qaytarmışdır. Banka borcu qalmamışdır. Lakin sonradan məlum olmuşdur ki, bank ona qarşı Salyan Rayon Məhkəməsində iddia qaldırmışdır. Qətnaməyə görə, ondan 7399,16 manat pul tutulmalıdır. Haqsız yerə həmin borc onun adında qalmışdır. 315 manat həmin dövrdə pensiyası olmuş, cavabdeh hər ay 202 manat kartından çıxartdığı puldan götürüb güya kreditinə ödəyirmiş. 2019-cu ilin mart ayından pulların kreditə ödənilmədiyini bilmişdir. Aprel ayında isə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Odur ki, qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, xx.xx.2015-ci il tarixdə Zaminbankın Salyan filialında işləyərkən İddiaçı özünə aid olan pensiya kartını ona etibar etmişdir. O isə həmin ödənişləri vaxtlı-vaxtında pensiya kartından çıxararaq bankın müdiri X3 vermişdir. Ödənişlərin Əli tərəfindən kassaya ödənilib-ödənilməməsindən məlumatsız olmuşdur. Ümumiyyətlə, belə olan halda, iddiaçının onun özünü nəyə görə cavabdeh qismində işə cəlb etməsindən məlumatsızdır. Çünki həmin ödənişlər onun tərəfindən Əliyə təqdim olunmuşdur. Həmçinin, cavabdeh iddia müddətinin ötürüldüyünü və buna görə də, iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 4174,22 manat əsas borc, faiz borcu üzrə 3085,19 manat, hesablanmış cərimə borcuna görə 20 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19,75 manat tutularaq Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, xx.xx.2015-ci il tarixli, 732/152 nömrəli kredit müqaviləsi əsasında İddiaçı 36 ay müddətinə illik 28 % faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı həmin tarixdə onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, o cümlədən, ona çatası pensiya kartını və pensiya pulunu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2018-ci il tarixədək Cavabdeh etibar etmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 94 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2015-ci il tarixdə bankdan 5000 manat kredit götürmüş və həmin tarixdə ona məxsus pensiya kartına dair Cavabdeh xx.xx.2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Həmin etibarnaməyə görə İddiaçı ona çatası pensiya kartını və pensiya pulunu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Lakin sonradan məlum olmuşdur ki, ödənişlərin bir qismi ödənilməmiş və nəticədə bank İddiaçı qarşı Salyan Rayon Məhkəməsində iddia qaldırmışdır. Qətnaməyə görə ondan 7399,16 manat pul tutulmalıdır. Cavabdeh tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ödənişləri həyata keçirmək üçün pensiya kartından çıxardığı pulu bankın müdiri X3 verdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclası zamanı iddiaçı izahatı zamanı onun kreditinin ödənişi üçün pensiya kartından çəkilən pulun bankın hesabına köçürülmədiyini 2019-cu ilin mart ayından bildiyini və aprel ayında Əmanətlərin Sığortalanması Fonduna bununla bağlı şikayət etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Normanın tələbindən və iddiaçının izahatından göründüyü kimi iddiaçı həmin müddəti ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən, qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı «pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə 7399,16 manat məbləğində pulun və 94 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-833/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-833/2024
14.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver