Məhkəmə qərarları › İş №2(057)-835/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-835/2023

01.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-835/2023 01.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2500 manat məbləğində pulun və 45 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh tanışı Əvəz adlı şəxsin vasitəsi ilə tanımışdır. Cavabdeh ondan 13 iyul 2021-ci il tarixdə 2500 manat borc pul almış, borcunu 2-3 aya qaytaracağına söz versə də, borcunu geri qaytarmamışdır. Cavabdehdən pulunu ala bilmir. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını tələb etsə də, cavabdeh borcunu qaytarmaqdan yayınmışdır. Odur ki, Cavabdeh 2500 manat məbləğində pulun və 45 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, taksi sürücüsü olan Əvəz adlı şəxs ona bildirmişdir ki, Mirteyyub Hadiyevin nəvəsinin xəstə olduğu üçün Bakıya apardığını və 1000 manat pul verməsini xahiş etmişdir. Əvəz vasitəsi ilə Cavabdeh 1000 manat pul vermişdir. Sonradan Cavabdeh ondan 500 manat da əlavə olaraq borc pul almışdır. 2021-ci ildə cavabdeh avtomobilində yaranan problemə görə pula ehtiyacı olduğunu qeyd edərək, yenidən ondan 500 manat borc almışdır. Cavabdehin evində maddi problemi olduğu üçün yenidən ondan 500 manat borc almışdır. Cavabdeh borcunu bağalaya bilmədiyi üçün ona əmək haqqı kartını vermişdir. Əmək haqqı kartından iki ay 120 (yüz iyirmi) manat pul çıxartmış, Xəyalın banka kredit borcu olduğu üçün pulun əsas hissəsi bank tərəfindən tutulmuşdur. Kartdan çıxartdığı 240 manat pulu özünə qazanc kimi götürmüşdür. Sonradan Xəyal kartı bağlatdırdığı üçün ondan istifadə edə bilməmişdir. Cavabdeh onun evinə gəlmiş aralarında mübahisə yaranmış, daha sonra Xəyal telefon nömrəsini dəyişdiyi üçün onunla əlaqə saxlamaq mümkün olmamışdır. Cavabdehin borcları barədə dəftərdə qeydlər aparmış, Xəyal da həmin qeydlər əsasında qəbz yazaraq ona vermişdir. Onların arasında aparılan danışıqlara dair səs yazıları var. Eyni zamanda Xəyal ona mobil nömrəsi və “Whatsapp” praqramı vasitəsi mesaj yazaraq borc pul istəmiş, həmin borcunu ödəyə bilməməsi ilə bağlı vaxt istəmişdir. Odur ki, Cavabdeh 2500 manat məbləğində pulun və 45 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, əlyazma olan qəbzi özü yazmış və imzalamışdır. Lakin iddianı qəbul etmir, Belə ki, 2020-ci ilin sentyabrında Kəmalədən əmək haqqı kartını girov qoyaraq Əvəzağa adlı şəxsin vasitəsi ilə 500 manat pulu aylıq 10-15 faizlə pul götürmüşdür. Həmin ilin noyabr ayında ikinci dəfə yenədə 500 manat iddiaçıdan pul almışdır. Dekabr ayında yenədə üçüncü dəfə 500 manat pul götürmüşdür. Dördüncü dəfə Kəmalədən mart ayında 1000 manat pul götürmüşdür. İlk 3 ay iddiaçı 500 manata hər ay 70 manat faiz olaraq onun əmək haqqı kartından pul çıxarmışdır. Avtomobili nasaz olduğu üçün iddiaçıdan 500 manat pul istəmiş, həmin vaxt əmək haqqısı 492 manat olmuşdur. Əmək haqqı kartı 1 (bir) il iddiaçıda olmuşdur. Hal-hazırda iddiaçıya heç bir borcu qalmamışdır. Ona görə də, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. O, etirazda göstərmişdir ki, “2020-ci ilin sentyabr ayının əvvəlində Kəmalədən maaş kartını girov qoyaraq onun müqabilində Həsənov Əvəzağanın vasitəsi ilə ondan 500 manat 10-15 faizlə pul götürmüşdür. Həmin ayın əmək haqqından 100 manat, pulun kökündən isə 75 manat götürmüşdür. Bu proses 2 ay davam etmişdir. İkinci dəfə noyabr ayının əvvəllərində yenədə 500 manat Kəmalədən pul götürmüşdür. Həmin ayın əmək haqqından 100 manat, pulun kökündən də 150 manat iddiaçı faiz götürmüşdür. Üçüncü dəfə dekabr ayında yenədə iddiaçıdan 500 manat pul almışdır. Həmin ayın əmək haqqından əvvəlcə Kəmalə pul çıxarmışdır. Ondan 3 gün sonra Kəmaləni özü ilə birlikdə bankomata apararaq kartını ondan almış və özü üçün 150 manat avans çıxardıqdan sonra kartı yenidən Kəmaləyə qaytarmışdır. Bu proses iyun ayına kimi 9 ay davam etmişdir. Dördüncü dəfə mart ayında axırıncı dəfə Kəmalədən 1000 manat pul istəmiş, Kəmalə kağıza ondan 2500 manat pul götürməsi barədə yazmasını demiş, o da, yazaraq imza atmışdır. Amma Kəmalə həmin günü ona cəmi 500 manat pul vermiş, qalan 500 manatı isə 2-3 gün sonra verəcəyini bildirmişdir. Üç gün sonra Kəmaləni görmüş və ondan 500 manat pul istəmiş, lakin Kəmalə pulu olmadını bildirmişdir. İyun ayında maaşı avans borcu çıxılandan sonra 260 manat pul köçmüşdür. Kəmalə onsuz pulu çıxarmışdır. Ondan bir həftə sonra məzuniyyət pulu 702 manat pul köçmüş, həmin puluda onsuz çıxararaq özünə götürmüşdür. Kəmaləgilin evinə getmiş və ondan maaş kartından çıxardığı 962 manat puldan 200 manatını ona verməsini xahiş etmiş, Kəmalə cavabında ona həmin puldan heç bir şey düşmədiyini bildirmişdir. Kəmalədən niyə deyə soruşduqda, cavabında həmin pulu kökü ilə faizinə çıxdığını qeyd edərək, onu təhqir etmişdir. Məzuniyyətdən qayıdana kimi kartını bağlatdırmışdır. Ona görə ki, sentyabr ayında yenədə əmək haqqından pul götürməyə davam edəcəkdir. Sentyabr ayının maaşı köçəndə Kəmalə bankomata gedərək pulu çıxardan zaman kartın bağlı olduğunu görmüşdür. Oradanda onun evinə hücum çəkmişdir. İddiaçıya borcu yoxdur. Hazırda iddiaçı ona borclu qalmışdır. İndiyə kimi də köhnə kartı iddiaçıdadır. İddianı qəbul etmir, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir”. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiklərini təqdim olunmuş sübutlar əsasında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2500 (iki min beş yüz) manat pul aldığını etiraf etmişdir. İşə əlavə olunmuş 27 may 2021-ci il tarixdə +99450 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə göndərilmiş (sözlər olduğu kimi qeyd olunub) “bacı salam sabahın xeyir bacı qurban sene maşınımın matoru töküldü mənə 500 manat düzqoş xahiş edirəm arxeyin ol bacı səni pis vəziyyətdə qoymaram sənə qurban onsuzda bu il elimnən sən tutmusan Allah sənin köməyin olsun bacı maşın işləməsə balaları acından ölər uşaqda xəstədi” məzmunlu məsaj yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (mıəhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldığını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin bütün halları ilə müəyyən edilir ki, həmin məbləğdə pul iddia tələbində qeyd edildiyi kimi, borc qismində verilmişdir. Razılaşmaya əsasən alınan pul geri qaytarılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında borc münasibəti olması öz təsdiqini tapır. Belə ki, Cavabdeh İddiaçı bu borcun alınmasını, onun tərəfindən qəbzin yazıldığını və imzaladığını etiraf edir. Lakin həmin borcun əvəzində onun adına olan “KapitalBanka” məxsus əmək haqqı kartından iddiaçının 9 ay müddətində hər ay 500 manat olmaqla pul çəkməs öz təsdiqini tapır. İddiaçı etiraf edir ki, cavabdehin adına olan “KapitalBanka” məxsus əmək haqqı kartından iki ay 120 manat olmaqla cəmi 240 manat pul çıxartmışdır. Belə halda cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 2260 (iki min iki yüz altmış) manat pul məbləğini iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 40.70 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2260 (iki min iki yüz altmış) manat və 40.70 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2260 (iki min iki yüz altmış) manat və 40.70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar