Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-872/2023 19.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 oğlunın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh № 40014245 saylı, xx.xx.2022-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsi üzrə 499.99 manat məbləğində kredit borcu, 0 manat məbləğində cərimə borcu və 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-872/2023 nömrəli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış № 40014245 saylı, xx.xx.2022-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsinə əsasən cavabdeh 1499.99 manat dəyərində nisyə aldığı mala görə 1000 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 499.99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 499.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə “Nisyə alqı-satqı” müqaviləsi üzrə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin 499.99 manat əsas borcu, 0 manat cərimə borcu yaranmışdır. Göstərilənləri əsasən, Cavabdeh № 40014245 saylı, xx.xx.2022-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsi üzrə 499.99 manat məbləğində kredit borcu, 0 manat məbləğində cərimə borcu və 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsi ilə müraciət edərək iddianı müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, xx.xx.2022-ci il tarixində “Optimal” mağazasından 1500 manat dəyərində olan televizor almaq üçün 1000 manat ödəniş etdiyini, qalan pulu hissə-hissə ödəyəcəyinə dair razılaşma əldə olunsa da televizor olmadığını, anbardan gətiriləcəyinin ona deyildiyini bildirmişdir. Sonradan televizoru almaqdan imtina etdiyini və ödədiyi 1000 manat pulu isə geri almışdır. Bir müddət sonra İddiaçı QSC-dən ona bildiriş gəldiyini, almadığı həmin televizora görə 499.99 manat borcu olduğunu bilmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsi və ona əlavə olunmuş arayışdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış № 40014245 saylı, xx.xx.2022-ci il tarixli “Nisyə Alqı-satqı” müqaviləsi bağlanmış, sonradan müqavilə üzrə sifariş etdiyi məhsuldan imtina etmiş və məhsul geri qaytarılmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. İş materiallarında olan ilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış № 40014245 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında “Nisyə Alqı-satqı” müqaviləsi bağlanmış, əlavə 1-ə əsasən Cavabdeh 1499.99 manat məbləğində mala görə ilkin ödəniş 1000 manat, 05 ay 83 manat, 01 ay isə 84.99 manat ödəmək şərti ilə 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişdən görünür ki, "xxxx" MMCnin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, № 40014245 saylı, xx.xx.2022-ci il tarixli saylı “Nisiyə Alqı-satqı” müqavilə üzrə cavabdehin 499.99 manat əsas borc, cərimə borcu 0 manat, cəmi 499.99 manat borcu vardır. İş materiallarında olan Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh banka olan kredit borcunun ödənilməsinin zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən dövlət nəfinə 30.40 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ona görə ki, onunla "xxxx" MMC-arasında xx.xx.2022 ci il tarixində 40014245 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 1499.99 azn məbləğində məhsuldan (Televizor LG 50NANO806PA.AMCB) imtina etmişdir. İlkin ödəniş etdiyi 1000 manat müştəriyə geri verilməklə xx.xx.2022 tarixli 40014245 saylı “Nisyə alqı-satqı müqaviləsi” ləğv edilmişdir. xx.xx.2022 ci il tarixində 40014245 saylı “Nisyə alqı-satqı müqaviləsi” üzrə "xxxx" MMC sistemində borc 0 AZN təşkil edir. İş materiallarında olan razılaşma protokolundan görünür ki, satıcı “Nisyə alqı-satqı” müqaviləsinin predmetini təşkil edən 01 ədəd “LG 50NANO806PA.AMCB” markalı televizor istehsal qüsurlu olduğundan alıcı tərəfindən geri qaytarılmış, mal alıcıya təhvil verildikdən sonra “LG 50NANO806PA.AMCB” markalı televizor qüsurlu olduğundan alıcı mala marağını itirmişdir və ona görə də, “Nisyə alqı-satqı müqaviləsi” xx.xx.2022-ci il tarixdən ləğv edilmiş, tərəflərin “Nisyə alqı-satqı müqaviləsi” üzrə bir-birlərinə qarşı heç bir tələbi, borcu yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İddiaçı QSC-nin iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4 və 655.1-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Lakin, iş materiallarına, cavabdehin yazılı etirazından və izahatından müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış № 40014245 saylı, xx.xx.2022-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən sonuncu 1499.99 manat məbləğində mala görə ilkin ödəniş 1000 manat, 05 ay 83 manat, 01 ay isə 84.99 manat ödəmək şərti ilə 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, “Nisyə alqı-satqı” müqaviləsinin predmetini təşkil edən 01 ədəd TELEVİZOR LG 50NANO806PA.AMCB markalı televizor alıcı tərəfindən imtina edilmiş № 40014245 saylı, xx.xx.2022-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə xitam verilmişdir. “Nisyə alqı-satqı müqaviləsi” xx.xx.2022-ci il tarixdən ləğv edildiyi üçün tərəflərin bir-birlərinə qarşı heç bir tələbi, borcu yoxdur. Müqavilə ləğv edilməsinə baxmayaraq "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə əsassız olaraq keçmişdir. Mövcud olmayan tələb hüququ güzəşt edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-872/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-872/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver