Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-883/2023 20.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, Cavabdeh X7 oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı “kreditin ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı “kreditin ona hesablanmış faiz və cərimənin qaytarılması “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 7665.67 manat əsas, 757.9 manat faiz, 236.36 manat cərimə olmaqla, cəmi 8659.93 manat məbləğində borcun və ödənilmiş 107 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC ilə borclu X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 17.5 faiz olmaqla 8100 manat məbləğində kredit verilmişdir. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Göstərilənlərə əsasən cavabdeh X3 cəmiyyətin xeyrinə 7665.67 manat əsas, 757.9 manat faiz, 236.36 manat cərimə olmaqla, cəmi 8659.93 manat məbləğində borcun və ödənilmiş 107 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X4 şəxsiyyət vəsiqəsində soy adı Abbasovadır. İddiaçı ASC-nin nümayəndəsi X8 məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X7 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi ilə tanış olduğunu, iddia tələbini qəbul etdiyini, cərimənin azadılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatı, iddia ərizəsi və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş № CC/93802/86/4 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh X6 36 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 8100 manat kredit verilmişdir. İş materiallarında olan X4 adına verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 7665.67 manat əsas, 757.9 manat faiz olmaqla, cəmi 236.36 manat məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdeh X1 gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 107 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdeh İddiaçı ASC-nin ona qarşı “kreditin ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə tanışdır, iddia tələbini qəbul edir və cərimənin azadılmasını. Ərizədə göstərilən əsas və faiz borcu ilə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb qismən təmin olunmalı və cavabdeh X2 7665.67 manat əsas, 757.9 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 8433.57 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış kredit müqaviləsi üzrə kredit borcu 7665.67 manata mütənasib olmadığından 236.36 manat məbləğində cərimə pulunun 10 manat, məbləğinə azaldılması məqsədəuyğundur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 107 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdeh X7 müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən ondan 7665.67 manat əsas, 757.9 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 8433.57 manat məbləğində borc və 107 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 7665.67 manat əsas, 757.9 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 8433.57 məbləğində borc pul və 107 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-883/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-883/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver