Məhkəmə qərarları › İş №2(057)-89/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-89/2023

28.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-89/2023 28.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı3, İddiaçı4, X2, X5, İddiaçı6, İddiaçı7 və Cavabdeh oğlunun iştirakı ilə su xəndəyinin bərpa edilməsi, əvvəlki vəziyyətə gətirilməsi və suyun axıdılmasına maneçiliyin aradan qaldırılması tələbi barədə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı5, X5, İddiaçı6 və İddiaçı7 rayon məhkəməsinə verdikləri iddia ərizəsində Cavabdeh oğlu tərəfindən tutulmuş su kanalının bərpa olunması, əvvəlki vəziyyətə gətirilməsi, həmçinin suyun axıdılmasına maneçiliyin yaranmaması üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh oğlu onun və digər iddiaçıların qonşusudur. Mübahisə iddiaçıların həyətlərindən axıdılan çirkab suların axıdılması üçün 100 il mövcud olan, təqribən 2-3 metr enində 400 metr uzunluğunda olan xəndəklə bağlıdır. Həmin xəndəyin cavabdehin evinə gedən yola düşən hissəsinə boru atmışlar.Cavabdeh həmin borunun hər iki tərəfini bağlamış və suyun axıdılmasına imkan vermir. Cavabdeh həmin borunun hər iki istiqamətində xəndək boyu dəmir torla çəpərləmiş və xəndəkdən istifadə etməyə imkan vermir. Xəndək heç kimin mülkiyyətində deyil. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı4, X2, X5, İddiaçı6, İddiaçı7 iddiaçının dediklərini təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh oğlu bildirmişdir ki, iddiaçılar onunla qonşudur. İddiaçıların həyətlərindən axıdılan zinə suları hazırda axmır.İddiaçıların iddia etdiyi su borusu onun həyətinə gələn yolun altından keçir. Mütəxəssisin xəndəyi 20 metr çəpərləməsini qeyd etməsi doğru deyil,həmin çəpər qapısına gedən yola aiddir. İddiaya qarşı heç bir etirazı yoxdur.İddiaçılarla birlikdə suyun açılması üçün bütün hərəkətləri etməyə və iddianın təmin olunmasına razıdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Mübariz Vəliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1, X1 oğlu, İddiaçı4, X2, İddiaçı5, X5, İddiaçı6 və İddiaçı7 fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrindən (zinə suyunun, qurunt suyunun və kanalizasiyanın) axıdılması üçün hər-hansı bir kanal nəzərdə tutulmamışdır. Mübahisə olunan hissədə zinə arxı Cavabdeh ooğlu tərəfindən hasarlanmışdır və hasarlanan hissə 20 metr məsafədədir. Mübahisəli hissədə zinə arxı dəmir hasarla hasarlanmış və bir hissəsi torpaqla doldurulmuşdur. Məhkəmə tərəfləri dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh mübahisə olunan zinə arxını 20 metr məsafədə hasarlamışdır. Cavabdeh iddianı etiraf etmiş və iddinın təmin olunmasına etiraz etməmişdir. Odur ki, iddiaçıların həyətlərindən zinə və qurunt sularının axıdılması üçün nəzərdə tutulmuş su xəndəyi bərpa olunmalı, əvvəlki vəziyyətə gətirilməli və suyun axıdılmasına maneçiliyin yaranmaması üçün cavabdeh tərəfindən yaranmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı X5 tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat Cavabdeh oğlundan alınıb X3 verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh oğlu tərəfindən Salyan rayonu Kürsəngi kəndində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı5, X5, İddiaçı6 və İddiaçı7 həyətlərindən zinə və qurunt sularının axıdılması üçün nəzərdə tutulmuş su xəndəyi bərpa olunsun, əvvəlki vəziyyətə gətirilsin, suyun axıdılmasına maneçiliyin yaranmaması üçün cavabdeh tərəfindən yaranmış maneələr aradan qaldırılsın. İddiaçı X5 tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat Cavabdeh oğlundan alınıb X3 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar