Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-917/2024 25.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı "xxxx" kredit ittifaqı MMC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı EL GÜCÜ» kredit ittifaqı MMC-nin rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh cəmiyyətin xeyrinə 2500 manat əsas, 525 manat faiz, 375 manat dəbbə haqqı, dövlət rüsumu olaraq ödənilmiş 54 manat olmaqla cəmi 3454 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, X2 "xxxx" Kredit İttifaqı MMC-nin idarə heyətinin sədri vəzifəsində işləyir. Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsi ilə, "xxxx" Kredit İttifaqı MMÇ-nin idarə heyətinin sədrinə müraciət edərək ona 6 ay müddətinə bərabər miqdarda qaytarmaqla 2500 manat məbləğində aylıq 3% olmaqla kredit verilməsini xahiş etmişdir. Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə 191 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona xx.xx.2023-cü il tarixli 277 saylı məxaric xəzinə orderi ilə 2500 manat kredit verilmişdir. Cavabdeh götürdüyü kreditdən ödəniş cədvəlinə uyğun olaraq cəmi 3025 manat ödəməli olduğu halda 500 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə cavabdehin 2525 manat ödənilməmiş kredit borcu qalmışdır. Bundan başqa Cavabdeh 60 gün kredit gecikməsi yaranmışdır. Cavabdeh kredit komissiyasına şifahi müraciət edərək kreditin müddətinin əlavə olaraq 6 ay müddətində uzadılmasını xahiş etmişdir. Kredit komissiyası cavabdehin maddi vəziyyətini nəzərə alaraq kreditin müddətini əlavə olaraq 6 ay müddətinə uzadılmasına qərar vermişdir.Belə ki, Cavabdeh yeni ödəniş cədvəlinə uyğun olaraq cəmi 3055 manat ödəməli olduğu halda heç bir ödəmə etməyərək kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə cavabdehin 3055 manat ödənilməmiş kredit borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən çavabdeh krediti vaxtında ödəməzsə qalıq məbləğin 0.5-1 % həcmində gecikdirdiyi hər gün üçün peniya ödəməlidir. Cavabdehin kredit ödəməsini gecikdirdiyi 60 gündən 30 gün güzəşt olunmuş və qalan 30 gün üçün kredit müqaviləsinin 5.4-cü bəndində göstərilən dəbbə haqqı ən aşağı səviyyədə yəni 0.5% -lə hesablanmış və krediti əsas hissəsinə hesablanmışdır. Hesablanmış dəbbə haqqı (2500 man X 0.5% X 30 gün)=375 manat təşkil edir. Beləliklə Cavabdeh iddiaçı "xxxx" Kredit İttifaqı MMC-yə 3430 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq olunmağına baxmayaraq cavabdeh peniyasız borcunu ödəmək istəməmişdir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 2500 manat əsas, 525 manat faiz, 375 manat dəbbə haqqı, dövlət rüsumu olaraq ödənilmiş 54 manat olmaqla cəmi 3454 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" kredit ittifaqı MMC-nin nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanları təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı təşkilatdan 2500 manat pul götürmüş, borcundan 500 manat ödəmişdir. İddia tələbinə əsasən 3454 manat borcu qalmışdır. Həmin borcu qısa müddət ərzində ödəyəcəyini bildirərək iddiaya qarşı heç bir etirazının olmadığını qeyd etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" Kredit İttifaqı MMC-yə müraciət edərək 6 ay müddətinə bərabər miqdarda qaytarmaqla 2500 manat məbləğində aylıq 3% olmaqla kredit verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixdə 191 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli 277 saylı məxaric xəzinə orderi ilə 2500 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixli xx/xx-2024 saylı maliyyə arayışından görünür ki, cavabdehin 2500 manat əsas, 525 manat faiz, 375 manat dəbbə haqqı olmaqla cəmi 3400 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kredit alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 739.2-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən 375 manat cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 2500 manata mütənasib olmadığından 375 manat məbləğində cərimə pulunun 50 manat məbləğinə azaldılması məqsədə uyğun hesab edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat əsas, 525 manat faiz borcu, 50 manat cərimə olmaqla cəmi 3.075 manat məbləğində borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 48,10 manat alınıb iddiaçı "xxxx" kredit ittifaqı MMC hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-917/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-917/2024
25.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver