Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-93/2023 13.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh ƏlCavabdeh iştirakı ilə 13 yanvar 2023-ci il tarixdə Salyan şəhərində İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh ƏlCavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh ƏlCavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiasını onunla əsaslandırmışdır ki, Zaminbank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə ƏlCavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 802/16 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 20 % (iyirmi faiz) ödənilmək şərtilə, 5800 (beş min səkkiz yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh ƏlCavabdeh ilə xx.xx.2016-cı il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin sonrakı ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə ƏlCavabdeh məxsus olan, ünvan 1i ünvanında yerləşən 109.3 kv.m ümumi, 69.3 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ƏlCavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür.Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. ƏlCavabdeh kredit üzrə xx.xx.2022-ci il tarixinə borcu 5010,45 manat əsas, 4875,05 manat faiz, 102,99 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 681,10 manat faiz borcu olmaqla, cəmi 10.669,59 (on min altı yüz altmış doqquz manat, 59 qəpik) manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədən cavabdeh ƏlCavabdeh 5010 45 manat əsas, 4875,05 manat faiz, 102,99 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 681,10 manat faiz borcu olmaqla, cəmi 10669,59 (on min altı yüz altmış doqquz manat, əlli doqquz qəpik) manat kredit borcu, ipoteka predmetinə tutmanın qeydyyata alınması üçün istifadə edilən 40 (qırx) manat və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rusumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə ƏlCavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 109.3 kv.m ümumi, 69.3 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin ƏlCavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddia ərizəsində yazılanları təsdiq edərək, iddianın təmin olunmasının xahiş etmişdir. Cavabdeh ƏlCavabdeh bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 802/16 saylı kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə, 5800 manat məbləğində kredit vəsaiti verilmişdir. Ekspert rəyində göstərilən borcu etiraf edir. Banka olan borcundan 1000 manat ödəmişdir. 6 aya borcunu ödəyəcəkdir. Evin qiymətinin müəyyən olunması üçün ekspertiza təyin edilməsinə ehtyac yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmədə elan olunmuş xx.xx.2016-cı il tarixli 802/16 saylı kredit müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli, 802/16 saylı kredit müqaviləsinə əsasən, cavabdeh ƏlCavabdeh 36 (otuz altı) ay müddətinə, illik 20 % (iyirmi faiz) ödənilmək şərtilə, 5800 (beş min səkkiz yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli 802/16 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh ƏlCavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 109.3 kv.m ümumi, 69.3 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Həmin ev 18000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 28 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, ƏlCavabdeh xx.xx.2016-cı il tarixli 802/16 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə borcu 5010,45 manat əsas, 4875,05 manat faiz, 102,99 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 681,10 manat faiz borcu olmaqla, cəmi 10.669,59 (on min altı yüz altmış doqquz manat, əlli doqquz qəpik) manat təşkil edir. Məhkəmədə tədqiq olunmuş 05 noyabr 2021-ci il tarixli, 9/7306 saylı ekspert rəyindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixə olan əsas borcu 5011,84 manat və faiz borcu 2831,69 manat olmaqla cəmi 7843,53 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh ƏlCavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsində göstərilən 5010, 45 manat əsas borcu və ekspert rəyində göstərilən 2831,69 manat faiz borcunu əsaslı hesab edir.Odur ki, iddia qismən təmin edilməli və tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə ƏlCavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 109.3 kv.m ümumi, 69.3 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəlməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında göstərilmişdir kı, həmin Məcəllənin 399.3-cü maddəsinin birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-nin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 681,10 manat faiz borcunun cavabdehdən tutulması hissəsində hesab edir ki, iddiaçı tərəf borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə kredit borcuna mütənasib olduğundan 102.99 məbləğində cərimə pulu saxlanmalıdır. İpoteka predmeti olan əmlakın likvid dəyəri tərəflər arasında mübahisə olmadığındanmübahisə olmadığından müqavilədə göstərilən 18000 manat müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə cavabdehin əsas borcu ilə bağlı hissədə iddia ərizəsində göstərilən məbləğlə və faiz borcu ilə bağlı ekspert rəyində göstərilən məbləğlə razılaşaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli, 802/16 saylı Kredit müqaviləsi üzrə cavabdeh ƏlCavabdeh 5010,45 manat əsas borc və 2831,69 manat faiz borcu, 102,99 manat məbləğində cərimə borcu tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməli, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumu cavabdeh ƏlCavabdeh tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə tam mülkiyyət hüququ üzrə ƏlCavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 109.3 kv.m ümumi, 69.3 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəlməsi və həmin əmlakın açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin ƏlCavabdeh tutulmalı, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, alıcıya təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli, 802/16 saylı Kredit müqaviləsi üzrə cavabdeh ƏlCavabdeh 5010,45 manat əsas borc və 2831,69 manat faiz borcu, 102,99 manat məbləğində cərimə,ipoteka predmetinə tutmanın qeyiyyata alınması üçün istifadə edilən 40 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 90,85 manat tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülsün. Tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə tam mülkiyyət hüququ üzrə ƏlCavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 109.3 kv.m ümumi, 69.3 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği ƏlCavabdeh tutulsun, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, alıcıya təhvil verilsin. İpoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 109.3 kv.m ümumi, 69.3 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 18000 manat müəyyən müəyyən edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ƏlCavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-93/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-93/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver