Məhkəmə qərarları › İş №2(057)-938/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-938/2023

28.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-938/2023 28.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kooperativə vurulan ziyanın yəni 12480 manat (on iki min dörd yüz səksən) manat ziyanın və 127 manat dövlət rüsumunun İddiaçınə ödənilməsinə, Cavabdeh məxsus 0.49 ha torpaq sahəsinin istifadəsinə qadağa qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı keçmiş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi 2013-cü ildə təsis olunmuş və dövlət qeydiyyatına alınmışdır. Kooperativ üzvlüyünə qəbul Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.3-cü maddəsinin tələblərinə uyğun həyata keçirilir. Kooperativin üzvlərinə məxsus torpaq sahələrinin təftişi zamanı məlum olmuşdur ki, cavabdeh kooperativin üzvü olmadığı halda 2013-cü ildən Kooperativin üzvlərinə məxsus torpaq sahələrini özbaşına əkib becərmiş və əldə etdiyi məhsuldan kooperativə heç nə ödəməmişdir, bununla bağlı 2018-ci ilin payız dövründə Cavabdeh kooperativə dəvət edilmiş o isə şifahi olaraq kooperativin üzvlərinə məxsus torpaqları əkmədiyini bildirmişdir. Kooperativ tərəfindən komissiya yaradılmış həmin ərazidə ölçü işləri aparılmış, aşkar olunmuşdur ki, cavabdeh 4.75 ha əkib-becərmişdir. Onun 0.49 ha pay torpaq sahəsi özünə məxsusdur, digər torpaq sahələri isə 0.76 ha X2 ailəsinə məxsus və 0.65 ha X9 ailəsinə məxsusdur. Aşkar olunmuşdur ki, həmin iki nəfərə aid Q.Seyfullayev və A.Baloğlanova aid pay haqqını vermişdir. Əlavə olaraq kooperativ üzvlərindən X17 0.87 ha, X13 0.59 ha, X3 0.67 ha, X11 0.46 ha, X6 0.13 ha, X7 0.13 ha, ümumilikdə 2.85 hektara pay haqqını verməmişdir. Cavabdehin etiraf etdiyi kimi 6 nəfər kooperativ üzvünə məxsus 2.85 ha torpaq sahəsini 2000-ci ildən əkmişdir. Lakin Kooperativ 2013-cü ildən yarandığından yuxarıda adları göstərilənlər kooperativin üzvü olduğunda hər il kooperativdən pay haqlarını almışlar. Pay haqlarının hesablanması belədir. Hər bir hektara görə 200 ədəd yonca kipi. Kooperativ üzvlərinə məxsus 2.85 hektara ya görə kooperativ hər il üçün 570 ədəd yonca kipi vermişdir. Bekləliklə, kooperativ üzvlərinə 2014-2019-cu illər ərzində 570 ədəd x 6 il = 3420 ədəd yonca kipi vermişdir. Cavabdeh kooperativin ofisinə dəvət olunaraq bu barədə məlumat verilmişdir. Ondan 3420 ədəd yonca kipi tələb olunduğunu tələb etmiş və əks halda məhkəməyə veriləcəyini bildirmişlər. O, isə qohumu Xalac kənd sakini Ağabəyov Əsədağanı xahişə gətirmiş, ağsaqqalın xahişini nəzərə alaraq razılaşmışlar ki, Cavabdeh öz torpaq sahəsi ilə xx.xx.2019-cu ildə ərizəsinə əsasən kooperativin üzvü olmuşdur. 2020-ci il üçün kooperativdən 100 ədəd yonca kipi istəmiş, kooperativ həmin 100 ədəd yonca kipini Cavabdeh vermiş, cavabdeh 2021-2022-ci illərdə hər il üçün 150 ədəd olmaqla 300 ədəd, 3420 ədəd yonca kipini borcundan ödəmiş, kooperativə borclu qalmışdır. 2022-ci ilin dekabr ayında özbaşına kooperativin üzvlüyündən azad olunmaması üçün könüllü ərizə vermədən özünəməxsus 0.49 ha torpaq sahəsini əkmişdir. 2023-cü ilin yanvar ayının 15-də borcunu ödəməli olması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildirişə məhəl qoymadığı üçün 2023-cü ilin mart ayının 3-də təkrar borcun ödənilməsinə dair bildiriş göndərilmiş, o, buna da məhəl qoymadığından cavabdehə qarşı məhkəmədə iddia qaldırılmışdır. Belə ki, 2022-ci ilin kənd bazarında yonca kipinin qiyməti 4-5-6 manat olmuşdur. 3120 ədəd yonca kipi x 4 manat 12480.0 manat Cavabdeh borcu vardır. Cavabdehin bu qanunsuz hərəkəti səbəbindən kooperativin iş ahəngi pozulmuş və kooperativ üzvləri qarşısında öhdəliyinin icrasına maneçilik törətmişdir. Kooperativ yarandığı gündən 2013-cü ildən 2023-cü il yanvar ayının 1-nə qədər bütün üzvlərinin pay haqlarını yonca, buğda və yaxud pul şəkilində tam ödəmiş, borcu qalmamışdır. Mülkihüquqi məsuliyyətə isə cavabdeh tam həcmdə cəlb olunur. Yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kooperativin üzvlərinə məsus vurduğu ziyanı qaytarmaqdan imtina edir. Odur ki, məcburiyyət qarşısında qalıb mövcud işin hüquq müstəvisində həlli üçün məhkəməyə müraciət etməli olmuşlar. Yuxarıdakıları nəzərə alaraq, Cavabdeh kooperativə vurulan ziyanın yəni 12480 manat (on iki min dörd yüz səksən) manat ziyanın və 127 manat dövlət rüsumunun İddiaçınə ödənilməsinə, Cavabdeh məxsus 0.49 ha torpaq sahəsinin istifadəsinə qadağa qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh 2013-cü ildə özünə aid torpaq sahəsini əkmiş, kooperativə təqdim etməmişdir. Cavabdeh 4,75 ha torpaq sahəsini 2000-ci ildən bəri əkib-becərir. xx.xx.2019cu il tarixdə müəyyən edilmişdir ki, cavabdeh Kooperativin torpaq sahəsini əkib becərir. 2019-cu ildə cavabdeh ərizə yazıb Kooperativə vermiş, o, borcu etiraf edib 23 il müddətinə Kooperativ ilə müqavilə bağladığını qeyd etmişdir. Cavabdeh 2019-cu ildən Kooperativin rəsmi üzvü olmuşdur. Kooperativin üzvü olan şəxslərə hər il əkindən olan paylarını verirlər. Cavabdeh torpaq sahəsini qanunsuz olaraq zəbt edib, əkib-becərdiyi üçün borcu yaranmış, cavabdehi Kooperativə dəvət edib ondan borcunu ödəməsini tələb etmişlər. Cavabdeh də öz növbəsində söz vermişdir ki, borcunu ödəyəcək. Lakin cavabdeh borcunu ödəməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Azər Ağayev 2019cu ildə ona 100 ədəd ot kipi vermiş, sonra da ona demişdir ki, Kooperativə üzv olsun, həmçinin ondan yanacaq kartını ona verməsini xahiş etmişdir. O, isə razılaşmayaraq Kooperativə üzv olmaqdan imtina etmişdir. 2019-cu ildən 4,5 hektar torpaq sahəsini onlara vermiş, 2020-2022-ci illərdə Kooperativ ona heç bir şey verməmişdir. Buna görə də, 2023cü ildə öz torpaq sahəsini məcbur olub özü əkmişdir. Qaraş Seyfullayevin 0,77 ha və Ağasəf Balaslanovun 0,66 ha torpaq sahələrini əkmişdir. İddiaçı ilə danışıb razılaşmışdır. Onlar arasında müqavilə bağlanması üçün məhkəmədən vaxt istəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı X1 (Yeni Redaksiyada) surətindən görünür ki, 07 mart 2023-cü il tarixdə Azərbaycan respublikası Vergilər Nazirliyinin 05 saylı Ərazi Vergilər İdarəsində Dövlət Qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Öhdəlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh (icarəyə verən) ilə Salyan rayon “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi (İcarədar) arasında bağlanmış müqaviləyə əsasən icarəyə verəndən özünə və ailəsinə məxsus 0.49 ha pay torpaq sahəsini 3420 ədəd yonca kipi borcu olduğu üçün 23 il müddətinə kooperativin istifadəsinə verməyi öhdəsinə götürür. “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi 3420 ədəd yonca kipi 23 il ərzində tam ödənildikdən sonra 0.49 ha pay torpaq sahəsini Cavabdeh qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ot kipinin qiymətləndirilməsi haqqında rəy aktından görünr ki, 2022-ci ilin biçin dövründə yonca kipinin bazarda satış qiyməti sabit olaraq 04 manat civarında olmuşdur. İş materiallarında olan Salyan rayon Qarabağlı kənd İnzibati Ərazi Nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Salyan rayonu, Kolanı kəndində Cavabdeh 2014-2019-cu ildən 2,85 ha kooperativə məxsus torpaq sahəsini əkib-becərmiş və kooperativə heç bir pay haqqı ödəməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh Salyan rayon “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədrinə ərizə ilə müraciət edərək onun kooperativə olan 3420 ədəd yonca kipi borcuna görə xx.xx.2019-cu il tarixdən 23 il ərzində onun və ailəsinə məxsus olan 0.49 ha pay torpaq sahələrini illik 150 yonca kipi dəyərində kooperativin istifadəsinə verir. İş materiallarında olan İddiaçı sədri Azər Ağayev tərəfindən cavabdehə ünvanlanmış 12 aprel 2023-cü il tarixli pretenziya Məktubundan görünür ki, cavabdehə kooperativə məxsus torpaq sahəsindən istifadəyə görə yaranmış borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmiş və torpaq sahəsindən Kooperativin sərbəst istifadəsinə imkan yaradılması və əkin işlərinin aparılmamasına dair xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı sədri Azər Ağayev tərəfindən cavabdehə ünvanlanmış 03 mart 2023-cü il tarixli Bildiriş Məktubundan görünür ki, cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan JN-0091 KOD 80906058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10, X8, Cavabdeh və X18 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Kolanı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.51 ha torpaq sahəsi vardır. İş materiallarında olan JN-0087 KOD 80906058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X4 mülkiyyətində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Kolanı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.13 ha torpaq sahəsi vardır. İş materiallarında olan JN-0088 KOD 80906058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X5 mülkiyyətində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Kolanı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.13 ha torpaq sahəsi vardır. İş materiallarında olan pretenziya məktubu və bildirişlərdən görünür ki, cavabdeh Kooperativə borcunun olması və ödənilməyəcəyi təqdirdə barəsində məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 26 iyul 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, iddiaçı ilə cavabdeh arasında barışıq sazişi bağlanmışdır. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh (icarəyə verən) ilə Salyan rayon “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi (İcarədar) arasında bağlanmış Öhdəlik müqaviləsinə əsasənCavabdeh özünə və ailəsinə məxsus 0.49 ha pay torpaq sahəsini 3420 ədəd yonca kipi borcu olduğu üçün 23 il müddətinə kooperativin istifadəsinə vermiş, Cavabdeh 2014- 2019-cu illərdə 2,85 ha kooperativə məxsus torpaq sahəsini əkib-becərmiş və kooperativə heç bir pay haqqı ödəməmişdir. Hazırda isə iddiaçıya cavabdehdən kooperativə vurulan ziyanın, yəni 12480 manat (on iki min dörd yüz səksən) pulu və 127 manat ödənilmiş dövlət rüsumunu İddiaçınə ödənilməsini və Cavabdeh məxsus 0.49 ha torpaq sahəsinin istifadəsinə qadağa qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aylın olmuşdur ki, cavabdeh kooperativin üzvləri olan vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahəsini heç bir əsas olmadan qanunsuz olaraq istifadə etmiş və nəticədə kooperativə ziyan vurmuşdur. Ona görə cavabdeh hərəkətləri nəticəsində kooperativə dəymiş ziyan onan tutulmalıdır. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamandan Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən isəvarlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında etibarlı razılıq əsasında torpaq sahəsinin icarəsi ilə bağlı bağlanmış öhdəlik müqaviləsi bağlanılmış və iddiaçı tərəfindən cavabdehə 3420 ədəd yonca kipi vermişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış öhdəlik müqaviləsi özü-özlüyündə kökündən etibarsızdır. Belə ki, cavabdeh ümumi mülkiyyətdə olan torpaq sahəsinə dair digər mülkiyyətçilərin razılığı olmadan həmin torpaq sahəsi ilə bağlı müqavilə bağlamışdır. Məhkəmə tərəfindən o da qeyd edilməlidir ki, nə qədər ki, tərəflar arasında bağlanmış ilkin öhdəlik müqaviləsi etibarsız hesab edilmişdir, bu halda hüquqi vəziyyətdə geriyə qaytarılmalıdır. Lakin bu hüquqi mövqe hazırki iddia tələbi ilə və işin halları ilə uyğunsuzluq təşkil etdiyindən ilkin vəziyyətə qaytarılması bu məhkəmə icraatında mümkün deyildir. Belə ki, iddiaçının hazırki tələbi əqdin etibarsızlığı olmamaqla pul tələbidir və tərəflar arasında torpaq sahəsinin təhvil-təslim aktı da mövcud olmamış, yalnız öhdəlik müqaviləsi (etibarsız hesab edilən) üzrə tərəf isə torpaq sahəsinin tam mülkiyyətçisi (və ya qanuni sahibi) olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sadıqov X14 Koorperativinin mülkiyyətində olan, ümumilikdə 2,85 ha torpaq sahəsini 2013- ildən etibarən qanunsuz istifadə edir, amma heç bir pay haqqı ödəmir və ödəməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 12480 manat məbləğində pul Cavabdeh alınaraq kooperativə ödənilməli, iddia Cavabdeh məxsus 0.49 ha torpaq sahəsinin istifadəsinə qadağa qoyulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 127 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 238-253, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12480 manat maddi ziyan və iddia verilməsi üçün məhkəməyə ödənilmiş 127 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar