Məhkəmə qərarları › İş №2(057)-939/2023

Salyan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(057)-939/2023

23.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-939/2023 23.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməllərində vurulan 7420.0 manat zərərin və 49.20 manat dövlət rüsumunun İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi” xx.xx.2022-ci ildə dəyişilərək 2023-cü ilin yanvar ayından fəaliyyətə başlamaqla İddiaçınə çevrilmişdir. 2022-ci ilin oktyabr ayının 23-də cavabdehlə razılıq əsasında 50 hektar yonca sahəsini mövsüm zamanı biçmək üçün icarə müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən cavabdehə “Belarus” MTZ-89.2 AZ 10 V 497 traktoru və ona əlavə olunan otbiçən, kotan, mala çəkən, dırmıq təhkim olunmuş və bu barədə təhvilvermə aktı tərtib olunmuşdur. Ona təhvil verilmiş traktor və mexanizmlər tam işlək vəziyyətə gətirilərək ona təhvil verilmişdir. Bir müddətdən sonra məlum olmuşdur ki, traktorun və mexanizmlərin müəyyən hissələri sıradan çıxmışdır. Sınan detalları ya təmir edir, ya da yenisi ilə əvəzləmişlər. İş o yerə çatmışdır ki, məsrəflər getdikcə artmışdır. Əkin-biçinin qızğın vaxtında traktor işləmir, ot biçini gecikir və kooperativ üzvləri ot payını ala bilmirlər, bu da narahatlığa və narazılığa səbəb olmuşdur. Belə ki, narazılığı aradan qaldırmaq üçün qonşu kənddən olan Pənahov Rəsul adlı traktor sürücüsünə həmin 50 hektar ərazini 3 dəfə biçdirmişlər, həmin biçim üçün 4500.0 manat pul ödəmişlər. Belə ki, 4500 manat 50 ha yonca sahəsini Cavabdeh tam biçmədiyi üçün kooperativə 4500.0 manat ziyan vurmuşdur. Cavabdehə xəbər verilmişdir ki, traktor və mexanizmləri aktla təhvil aldığı kimi aktla da təhvil verməlidir, amma təhvil verilməmişdir. Araşdırma nəticəsində bəlli olmuşdur ki, traktor və mexanizmlərin əksəriyyəti sınmış və yararsız vəziyyətə düşmüşdür. Bəlli olmuşdur ki, aşağıda sadalanan detallar sıradan çıxıb və onlar alınmalıdır. Araşdırma nəticəsində bəlli olmuşdur ki, traktor və mexanizmlərin əksəriyyəti sınmış və yararsız vəziyyətə düşmüşdür. (detallar və onların dəyəri, məsrəflər göstərilməklə): 1. Turbo- 330.0 manat, 2. Kofik (təmirlə birlikdə) - 1500.0 manat, 3. Lanferon - 90.0 manat, 4. Fasonlu fincan (təmirlə birlikdə) 210.0 manat, 5. Filtr (dəst) 110.0 manat, 6. Razdatka 300.0 manat, 7. Açarlar 30.0 manat, 8. Təkər 350.0 manat Cəmi: 2920.0 manat. Cavabdeh bu məsuliyyətsiz hərəkətləri ilə kooperativə maddi ziyan vurduğundan onu ödəməyə borcludur. Şəxsin hərəkətindən vurulan zərər mülki qanunvericiliyin tələblərinə əsasən ödənilməlidir. Belə ki, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə 2920 manat və 4500 manat və 49.20 manat dövlət rüsumu ona ödənilməlidir. Odur ki, Cavabdeh 7420.0 manat zərərin və 49.20 manat dövlət rüsumunun İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bu səbəbdən məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına razılıq verilməsi barədə ərizəsinə və Azərbaycan Respublikası MPM-nin 238.1 və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “İcarəyə verən” Traktor “Belarus” MTZ-892 ******* və MTZ-892 ******* zavod nömrəlini icarəyə verir, “İcarəyə götürən” isə bu müqavilədə göstərilən şərtlərlə Salyan rayonu, Qarabağlı kəndində yerləşən “X1 Kolanı” İstehsalat Kooperativinin əkin sahələrində ikin-biçin işlərini görmək üçün icarəyə götürür, “İcarəyə verən” hər ay gördüyü işin dəyərini (haqqını) tələb edir. “İcarəyə götürən” razılaşdırıldığı kimi hər ay iş görülüb bitdikdən sonra 10 gün müddətində ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Kooperativə məxsus “Belaruz” MTZ-89.2 AZ 10 V-497 traktoru dəyəri 13000.0 manat, ot biçən kasılka dəyəri 1500.0 manat, mala dəyəri 1000.0 manat, kotan 4000.0 manat, dırmıq dəyəri 500.0 manat və lafet dəyəri 3000.0 manat olan avadanlıqları tam işlək vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Sonradan yaranan çatışmazlıqlara Cavabdeh məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Kooperativə məxsus “Belaruz” MTZ-89.2 AZ 10V-497 markalı traktoru Cavabdeh nasaz vəziyyətdə ataraq heç kimə məlumat vermədən işdən getmişdir. Ona dəfələrlə xəbərdarlıq olunmağına baxmayaraq işə gəlməmiş və texnikanın vəziyyəti barədə məlumat verməmişdir. Komissiya üzvlərinin iştirakı ilə traktora baxış keçirərkən aşağıdakı texniki nöqsanlar aşkarlanmışdır. Turbo, kojik, lanjeron, fasonlu fincan, filtr, razdatka, açarlar, təkərin nasaz olduğu aşkarlanmışdır. İş materiallarında olan ziyan aktından görünür ki, 10V497 dövlət qeydiyyat nişanlı “Belarus” markalı MTZ-89.2 modelli traktora və ona əlavə olunan otbiçənə, kotana, mala çəkənə və dırmığa vurulmuş zərəri hesablanmış, zərər dəymiş detalların adları sıralanmaqla qeyd olunmuşdur. Tədqiqat prosesinin təsviri (texnikanın hissələri üzrə) 1.Turbo - 1 (330 AZN) 2.Koyik ( təmirlə birlikdə )-1500 AZN 3.Lanieron - 90 azn 4.Fasonlu Fincan (təmirlə birlikdə) 210 AZN 5.Filtr (dəst) 110AZN 6. Razdatka 300 AZN 7.Açarlar 30 AZN 8.Təkər 350 AZN cəmi 2920 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, “İcarə” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan dəyən zərəri, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu ona ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh oğlundan 7420 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 49.20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7420 manat məbləğində zərər və ödənilmiş 49,20 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar