Məhkəmə qərarları › İş №2(057)-94/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-94/2023

15.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-94/2023 15.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi və İddiaçı oğlunun iştirakı ilə pul tələbinə dair mülki işə 15 fevral 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh X11, X5 və X9 3426 manat, 754 manat əlavə faiz və 10.000 manat mənəvi zərərin onun xeyrinə müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu bildirmişdir ki, cavabdeh ilə vasitəsi ilə tanış olmuşdur.Keçmiş arvadı ilə arasında olan mübahisənin həll olunması məqsədi ilə özünü yaxşı vəkil kimi qələmə verən 2018-ci ildə müraciət etmişdir.04 may 2019-cu ildə in dediyi ünvana, yəni onun evinə getmişdir. ondan 300 manat və 70 manat rüsum istəmişdir.xx.xx.2019-cu ildə Salyan şəhərində olan bankomatlardan birindən 400 manat pul çıxarıb qızı və əri kimi tanıdığı yanında ə vermişdir.09 may 2019-cu ildə ona zəng edərək əlavə olaraq 100 manat pul lazım olduğunu demişdir.Ona görə də 100 manat pulu in dediyi yeznəsi adlı şəxsə qəsəbəsində vermişdir.xx.xx.2019-cu ildə ona zəng edrək işi ilə bağlı ərizənin yazılması üçün 300 manat pul lazım olduğunu demiş, həmin məbləğdə pulu olmadığını, kartında 176 manat pul olduğunu dedikdə həmin pulu ona verməsini demişdir.16 may 2019-cu ildə Salyan şəhərinə gələrək həmin 176 manat pulu ə vermişdir.Daha sonra ona psixi xəstəlikdən əziyyət çəkdiyini və 1500 manat müqabilində ona 2-ci qrup əlilik kağızının düzəldə biləcəyini demişdir.Neftçala rayonunda Kapital bankdan 1500 manat pul götürüb xx.xx.2019-cu ildə ə vermişdir. 1500 manat əvəzinə ondan 1700 manat pul almasını ona borclu olduğu üçün artıq pul aldığını demişdir. ona onsuz da 2-ci qrup əliliyi düzəldərkən pul lazım olacağını və 3-cü qrup əliliyə görə hansı miqdarda ona pul verilirsə həmin miqdarda pul götürməsini demişdir.Ona görə də banka qayıdıb 1050 manat götürmüş və ə vermişdir.Sonradan vəd elədiklərindən heç birinə əməl etmədiyi üçün 102 xidmətitnə zəng vuraraq ondan şikayət etmişdir.Onun şikayəti əsasında Neftçala polis şöbəsində yoxlama aparılmış və yoxlama zamanı onun hərəkətlərində cinayət əməlinin olduğu aşkar olunmuşdur.Dəfələrlə pulunu tələb etsə belə pulunu verməmişdir.Pulu ə vermiş, digər cavabdehlərə verməmişdir.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış X5 və X20 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Neftçala rayonu şöbəsinin rəisi T.Mehtiyev tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli, 980 nömrəli arayışdan görünür ki, xx.xx.1994-cü il tarixdən X8 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli, 164GTKR8911207AB saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı oğluna 36 ay müddətinə illik 24,3 faiz dərəcəsi ilə 1700 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli 164GTKR8911207AC saylı kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin Neftçala rayon filialının ödəniş qrafikindən görünür ki, İddiaçı oğluna 1050 manat kredit verilmişdir. Məhkəmədə elan olunmuş Neftçala rayon, İkinci Qaralı kənd sakini İddiaçı oğlu tərəfindən Neftçala rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Vüsal Şəbəndiyevə ünvanlanmış ərizənin surətindən görünür ki, 2019-cu ilin may ayında özünü vəkil kimi təqdim edən Salyan şəhər sakini adlı qadın onun etibarından sui-istifadə edərək, məhkəmə işləri ilə bağlı ona kömək edəcəyini bildirmiş və ondan 676 manat pul almışdır. Yenidən İkinci qrup əlillik təqaüdü düzəldəcəyi ilə bağlı ondan 2750 manat olmaqla ümumilikdə 3426 manat pulunu alaraq dələduzluq etmişdir. Odur ki, Səmədovanın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş "xxxx" MMC Hüquq Məsləhətxanasının direktoru işləyən, hazırda Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" MMC Hüquq məsləhətxanasının direktoru işləyir. Hüquqi yardımları Salyan səhərində yerləşən ofisində edir. Vəkillər kollegiyasının üzvü deyildir.Vəkil işləmir, sadəcə etibarnamə əsasında vətəndaşlara hüquqi yardım göstərir. Neftçala rayon, 2-ci Qaralı kənd sakini İddiaçı oğlunu təxminən 2016-ci ildən tanıyır. onun işlədiyi ofisə gələndə görüb tanımışdır. Ondan bəzi hüquqi məsləhətlər almışdır. O, vaxtdan onunla telefon əlaqəsi saxlamış, hüquqi məsləhətlər almışdır. Torğul Hüseynovun barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi müraciəti, Neftçala rayon polis şöbəsinə yazdığı şikayət ərizəsi və izahat, ilə tanış olmuşdur. İddiaçı barəsində Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə müraciətində, Neftçala rayon polis şöbəsinə yazdığı şikayət ərizəsində və izahatında göstərdikləri yalan və böhtandır. İddiaçı onun torpaq işi bağlı məhkəmədə iddiasını qaldıracağı barədə və ya bu barədə məhkəməyə ərizə yazmağı ilə əlaqədar 676 manat pul almamışdır. Məhkəməyə un adından iddia ərizəsi yazmamışdır. onunla danışan zaman torpaq işi bağlı məhkəmədə iddia qaldırmağını və ona hüquqi yardım göstərməvini istəmişdir. a bu işi görmək üçün 300-400 manat pul arasında xidmət haqqı olaraq müqavilə ilə ona verməli olduğunu bundan sonra ona kömək edə biləcəyini demişdir. Lakin, un pulu olmadığı üçün ona müraciət etməmişdir. düz danışmır, xx.xx.2019-cu il tarixdə onun evində olmamış və ondan 400 manat pul almamışdır. xx.xx.2019-cu il tarixdə ilə mobil telefon ilə danışmamışdır. X19 yanına 100 manat pul almaq üçün göndərməmiş və Mirzə dan pul alıb ona verməmişdir.xx.xx.2019-cu il tarixdə onun evinə getməmişdir. dan 176 manat pul almamışdır. xx.xx.2019-cu il tarixdə onun evinə gəlməmiş və ona 2-ci qup təqaüdə çaxması ilə bağlı köməklik edəcəyini deməmişdir.un ruhi əsəb xəstəliyi ilə qeydiyyatda olduğunu indi bilmişdir. xx.xx.2019-cu il tarixdə və ya başqa bir vaxtda ilə birlikdə Neftçala şəhərində "xxxx" ASC-nin Neftçala rayon filialında öz şəxsi işi ilə bağlı olmamışdır. ilə orada rastlaşmamışdır. Bankdan kredit götürməsi ilə bağlı a söz köməkliyi etməmişdir. Həmin günü bankdan neçə dəfə pul götürdüyü barədə məlumatı yoxdur və bankdan nə qədər pul götürdüyünü xatırlamır. 2750 manat pul bankdan pul götürüb ona verməmişdir.u aldatmamış və 3426 manat pul almamışdır. Ona qarşı dələduzluq etməmişdir. Məhkəmədə elan olunmuş Yardımlı rayonu, Alar kəndində qeydiyyatda olmaqla Qaradağ rayonu, Müşfiq qəsəbəsində yaşayan X2 Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, Qaradağ rayonu, Müşfiq qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Hüç bir yerdə işləmir. Xırda ticarətlə məşğul olmaqla dolanır. qaynanasıdır. in qızı ın əridir. Neftçala rayonu, İkinci Qaralı kənd sakini İddiaçı oğlunun qaynanası Cavabdeh barəsində olan şikayət ərizəsi və bu barədə toplanmış materialla tanış olmuşdur. un ərizəsində və izahatında göstərdikləri hamısı yalandır. Qaynanası İddiaçı heç bir məbləğdə pul almamış və dələduzluq edərək onu aldatmamışdır.İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 100 manat pulu alaraq qaynanası ə verməsi faktı yalan və böhtandır. İzahatına heç bir əlavə və qeydi yoxdur. un ərizəsində və izahatında göstərdikləri hamısı yalandır. Məhkəmədə elan olunmuş Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan X1 Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 9 ünvanında ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Evdar qadındır. Cavabdeh anasıdır. Neftçala rayonu, İkinci Qaralı kənd sakini İddiaçı oğlunun anası barəsində olan şikayət ərizəsi və bu barədə toplanmış materialla tanış olmuşdur. un ərizəsində və izahatında göstərdikləri hamısı yalandır. Anası həmin İddiaçı heç bir məbləğdə pul almamış və dələduzluq edərək onu aldatmamışdır. İddiaçı izahatında göstərdiyi kimi onun və n adlı şəxsin yanında anası 400 manat pul verməsi faktı yalan və böhtandır. İzahatına heç bir əlavə və qeydi yoxdur. Məhkəmədə elan olunmuş ünvan 3-də qeydiyyatda olmaqla yaşayan X3 Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təqaüd almaqla dolanır. Cavabdeh tanıyır. Onunla səmimi dost kimi münasibəti vardır. Neftçala Rayon Polis X10 Neftçala rayonu, İkinci Qaralı kənd sakini İddiaçı oğlunun verdiyi şikayət ərizəsi və həmin ərizə ilə əlaqədar toplanmış materialla tanış olmuşdur. un ərizəsində və izahatında göstərdikləri hamısı yalandır. Həmin adamı görməmiş və tanımamışdır. onun iştirakı ilə ə heç bir yerdə heç bir məbləğdə pul verməmişdir. Araşdırma zamanı verdiyi izahatda onun adını çəkməsinin və qeyd etməsinin səbəbini bilməmişdir. İzahatına heç bir əlavə və qeydi yoxdur. Məhkəmədə elan olunmuş 12 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Neftçala RPŞ-nin İstintaq Qrupunun baş müstəntiqi, polis mayoru İsmayıl Zeynalovun qərarının surətindən görünür ki, Cavabdeh təqsirliliyi toplanmış ilkin araşdırma materialları ilə sübuta yetmədiyindən HK-1/536 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş 28 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında Neftçala rayon prokuroru, ədliyyə müşaviri Nəsif Nəcəfovun qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Neftçala rayon polis şöbəsinin istintaq qrupunun baş müstəntiqi İsmayıl Zeynalov tərəfindən toplanmış HK-1/536 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş 12 avqust 2019-cu il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş 03 noyabr 2021-ci il cinayət işinin başlanmasının rədd edilməsi barədə Neftçala RPŞ-nin İstintaq Qrupunun baş müstəntiqi, polis mayoru İsmayıl Zeynalovun qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən” cinayətin törədildiyi gündən 2 il küçdikdə şəxsin müddətin küçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildiyini nəzərə almaqla Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh X11 iddiaçının 3426 manat pulunu ələ keçirməklə ona öz əməlləri ilə ziyan vurmuşdur. Ona görə də cavabdehin iddiaçıdan aldığı həmin pul alınıb qaytarılmalıdır. İddiaçının digər cavabdehlərə qarşı, həmçinin 754 manat əlavə faiz və 10.000 manat mənəvi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələblərin təmin olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iddiaçı hətta məhkəmə iclasında pulu digər cavabdehlərə deyil, yalnız N.Səmədovaya verdiyini bildirmişdir.Ona görə də iddia tələbi həmin hissələrdə rədd olunmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi bir ədəd DVD-yə məhkəmə baxışında baxış keçirilərək qulaq asılmış və məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh və qızı arasında arasında yaxın münasibətlər var, iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1098.1-ci maddəsində qeyd olunmuşdur ki, cələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X6 3426 manat alınıb İddiaçı oğluna verilsin. X6 54,30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə, X5 və X16 aid hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar