Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-974/2023 05.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Vəkil iştiraklarıı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehdən yaşayış evinin tikintisi üçün xərclədiyi -evin bünövrəsinin hazırlanması zamanı fəhlə xərci olaraq 140 manat, hasar hörülməsi üçün mişar daşı alınmasına 540 manat, hasarın hörülməsi üçün sement və armaturun alınması üçün 215 manat, su hovuzunun tikilməsi üçün alınan sement üçün-50 manat, evə alınan bükücü material üçün-217 manat, qapılar üçün 200 manat, evin digər təmir işlərinə 450 manat, suvaq işləri görən usta üçün 140 manat, alınmış taxta paduqa üçün-50 manat, ümumilikdə 2002 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ilə 2011-ci il tarixdə ailə həyatı qurmuş və Salyan rayonu, Seyidlər kəndində 10 il birlikdə yaşamışlar. 2012-2013-cü illərdə cavabdehin atası Dadaşağa Abdullayev öz həyətində özünə məxsus torpaq sahəsində ev tikdirmişdir. Həmin evin tikilməsi üçün fəhlə xərci olaraq 140 manat, hasar hörülməsi üçün mişar daşı alınmasına 540 manat, hasarın hörülməsi üçün sment, armaturun alınması üçün 215 manat, su hovuzunun tikilməsi üçün alınan sment üçün-50 manat, evə alınan bükücü üçün-217 manat, qapılar üçün 200 manat, evin digər təmir işlərinə 450 manat, suvaq işləri görən usta üçün 140 manat, alınmış taxta paduqa üçün-50 manat, ümumilikdə 2002 manat pul sərf etmişdir. Cavabdeh atası ilə birlikdə yaşadığı üçün çəkdiyi xərcləri ondan tələb edir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə 2011-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 1 uşaqları olmuşdur. İddiaçı 3 aydır ki, ondan ayrılaraq atası ilə birlikdə yaşayır. 2012-2013-cü illərdə atası özünə məxsus torpaq sahəsində qardaşı Nizami üçün ev tikmişdir. Lakin iddiaçı ilə birlikdə həmin evdə 10 il yaşamışlar.İddiaçı həmin evin tikilməsi üçün heç bir xərc çəkməmişdir. Aralarındakı nikah pozulmamışdır. İddianı qəbul etmir, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddianın əsassız olduğunu qeyd edərək rədd olunmasını xahiş etdi. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, İddiaçı pul tələbinə dair iddiası tamamilə əsassızdır. AR MPM-nin 149.2.3-cü maddəsində qeyd olunur ki, ərizədə aşağıdakılar göstərilməlidir: iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. İddiadan göründüyü kimi iddiaçı evin fundamentinin hazırlanması üçün fəhlə xərci olaraq 140 manat, hasarın hörülməsi üçün mişar daşının alınmasına 540 manat, hasarın hörülməsi üçün sement və armaturuna alınması üçün 217 manat, qapılar üçün 200 manat, evin digər təmir işlərinə 450 manat, suvaq işləri görən usta üçün 140 manat, alınmış taxta paduqa üçün 50 manat ümumilikdə 2002 manat pulun cavabdehdən alınması qoyulmuşdur və hər birinin onun tərəfindən alınması və ya xidmətlər üçün ödənişi təsdiq edən sənəd göstərilməmişdir. Yalnız əlyazma deyilən sənədə istinad edilmişdir. Tələb tamamilə əsassızdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi xərclərin çəkilməsi barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddia əsassız olduğundan və təmin olunması üçün mötəbər sübutlar təqdim edilmədiyindən təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının tələb etdiyi xərclər cavabdehin atasına məxsus olan torpaq sahəsində yerləşən və cavabdehin atası tərəfindən inşa olunmuş evlə bağlıdır.İddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması barədə bildirilmiş olsa belə sonuncu cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verməmiş və iddianı müdafiə edərək mahiyyəti üzrə qərar qəbul olunmasını xahiş etmişdir.Bütün bunlara baxmayaraq iddiaçı öz tələbinin təmin olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar iddianın təmin olunması üçün kifayət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehdən yaşayış evinin tikintisi üçün xərclədiyi- evin bünövrəsinin hazırlanması zamanı fəhlə xərci olaraq 140 manat, hasar hörülməsi üçün mişar daşı alınmasına 540 manat, hasarın hörülməsi üçün sement və armaturun alınması üçün 215 manat, su hovuzunun tikilməsindən ötrü alınan sement üçün-50 manat, evə alınan bükücü material üçün-217 manat, qapılar üçün 200 manat, evin digər təmir işlərinə 450 manat, suvaq işləri görən usta üçün 140 manat, alınmış taxta paduqa üçün-50 manat, ümumilikdə 2002 manat pulun onun xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-974/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-974/2023
05.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver