Məhkəmə qərarları › İş №2(057)-98/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-98/2023

30.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-98/2023 30.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və qızı X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maneələrin aradan qaldırılması, su kanalının mühafizə zolağının açılması və həmin kanalda qazıntı işlərinin aparılmasına şəraitin yaradılması" tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maneələrin aradan qaldırılması, su kanalının mühafizə zolağının açılması və həmin kanalda qazıntı işlərinin aparılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xalac kəndində onun özünə məxsus həyətyanı torpaq sahəsi və şəxsi evi var. O, xeyli vaxtdır ki, yaşlı və xəstə olduğundan həyətyanı təsərrüfatını idarə etməkdə çətinlik çəkir. Bu səbəbdən də, həmin təsərrüfatı qızı X3 idarə edir. Onların evinə və həyətlərinə uzun illər bundan əvvəl su gətirmək üçün kanal çəkdirmişdirlər. Belə ki, o, 1963-cü ildən həmin yerdə yaşayır və həmin vaxtdan da, həmin su kanalı çəkilmişdir. Sonrakı illərdə onun qonşuları 22 nəfərdən ibarət ailə həmin əraziyə köçmüş və bu səbəbdən də həmin su kanalından qonşuları da, onunla birlikdə istifadə edirlər. Onlarla qonşuluqda yaşayan Cavabdeh1 və Cavabdeh2 ötən illər ərzində öz həyətyanı sahələrini hər ildə bir qədər genişləndirmişlər və nəhayət onların evinə gələn su kanalının ərazisini (mühafizə zolağını) zəbt edərək su yolunu kəsmişlər. Bu səbəbdən də, onlar həmin su kanalından normal qaydada istifadə edə bilmir və həmin su kanalını qazdırıb təmizlətdirə bilmirlər. Dəfələrlə həmin yerə traktor saldırmaq və kanalı qazdırmaq istəsələr də, həmin şəxslər maneçilik törətmişdirlər. O və qonşuları həmin su kanalından istifadə etməkdə çətinlik çəkirlər. Onlar dəfələrlə qonşuları Arzuma va Əliverdiyə, onun arvadı və bacısına xəbərdarliq etmişdirlər. Lakin həmin şəxslər onlara imkan vermirlər və su kanalının ətrafına çəkdikləri çəpəri söküb geriyə çəkmək istəmirlər. İddiaçı etibarnamə üzrə nümayəndəsi və qızı X3 xx.xx.2022-ci il tarixində məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək tələbin ikinci hissəsini dəyişdirərək "həmin kanalda qazıntı işlərinin aparılmasına şəraitin yaradılmasına dair" qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və qızı X3 verdiyi izahatında bildirmişdir ki, özü ilə şahid qismində qonşularını da gətirmişdir. Şahidlər də mübahisəli su kanalından istifadə edirlər. Orada traktor normal şəraitdə işləyə bilmir. Alaq otları oradan təmizlənməlidir. Xahiş etmişdir ki, iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, su kanalı onun evinin tinindən çəpərinin sonuna qədər gedir. Həmin su kanalının onun evinin və həyətanı sahəsinin yanından keçən hissəsinin foto şəkillərini məhkəməyə təqdim etmişdir. Su kanalında heç bir maneə olmadığı üçün iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2, X12, X7, X8, X5 bir-birilərinin izahatınlarına uyğun izahat verərək bildirmişdirlər ki, onlar da həmin su kanalından istifadə edirlər, əsasən, yay fəslində su qıtlığından əziyyət çəkirlər. Həmin su kanalının ətrafında traktorun işləməsi üçün heç bir şərait yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; JN-032F KOD 80911018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə Salyan rayonu Xalac kəndində yerləşən 0,52 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Salyan RİHB Xalac KİƏDN-nin №47 saylı 10 iyul 2022-ci il tarixli məktubundan görünür ki, həmin su kanalının mübahisəli hissəsinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Xalac kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 həmin su kanalının mübahisəli hissəsinin mühafizə zolağının açılmasından imtina etmişdirlər. Bu səbəbdən, sakinlərə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Salyan rayonu Xalac kənd bələdiyyəsinin və X18 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Cavabdeh1 ünvanladıqları məlumat məqsədli məktubdan görünür ki, mübahisəli əraziyə baxış keçirilmiş və onun çəpərlə su kanalı arasında olan məsafə həyətyanına gedən yol tərəfdən 2,70 santimetr və çəpərin o biri tərəfindən isə 3,10 santimetr müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 saylı məktubundan görünür ki, baxışda idarənin mütəxəssisi X9 iştirak etmiş, baxışın nəticələrinə uyğun mütəxəssis rəyi və yerquruluşu planı hazırlanmış, 103 manat xidmət haqqı hesablanmışdır. Kapital Banka məxsus 26419 saylı xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin xidmət haqqı İddiaçı tərəfindən verilmiş rekvizit əsasında ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-264/23 saylı, məhkəmənin xx.xx.2022ci il tarixli, 2(057)-1639/2022 saylı məktubu əsasında mütəxəssis X9 tərtib olunmuş mütəxəssis rəyindən görünür ki, Xələc kəndində aparılan torpaqların elektron kadastrı uçotu informasiya sistemində İddiaçı həyətyanı sahəsinə gedən ümumi istifadədə olan küçə və yol mövcuddur. Torpaqların elektron kadastrı uçotu informasiya sistemində İddiaçı həyətyanı sahəsinə gedən su yolu və onun mühafizə zolağı nəzərdə tutulmamışdır. Mübahisəli olan ərazidə su yolununu uzunluğu 489 metr, eni 4,5,7,8,9,10 metr aralığındadır. Mübahisəli olan ərazidə həyətyanı torpaq sahələrinə gedən su yolu və mühafizə zolağı nəzərdə tutulmamışdır. Su yolu açıqdır və heç kim tərəfindən bağlanılmamışdır. Su kanalının və onun ətraf ərazilərinin fotoşəkillərindən ümumi mübahisə predmeti olan sahə və həyətyanı ərazilərin hasarlarının təsvirləri öz əksini tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6326 saylı, xx.xx.2023-cü il tarixli, ekspert Teymur Məmmədovun tərtib etdiyi ekspert rəyinə əsasən, Xələc kəndində aparılan torpaqların elektron kadastrı uçotu informasiya sistemində İddiaçı həyətyanı sahəsinə gedən ümumi istifadədə olan küçə və yol mövcuddur. Torpaqların elektron kadastrı uçotu informasiya sistemində İddiaçı həyətyanı sahəsinə gedən su yolu və onun mühafizə zolağı nəzərdə tutulmamışdır. Mübahisəli olan ərazidə su yolununu uzunluğu 489 metr, eni 4,5,7,8,9,10 metr aralığındadır. Mübahisəli olan ərazidə həyətyanı torpaq sahələrinə gedən su yolu və mühafizə zolağı nəzərdə tutulmamışdır. Su yolu açıqdır və heç kim tərəfindən bağlanılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tədqiq edilmiş iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli olan ərazidə həyətyanı torpaq sahələrinə gedən su yolu və mühafizə zolağı nəzərdə tutulmamışdır. Su yolu açıqdır və heç kim tərəfindən bağlanılmamışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kənd sakinlərinin ümumi istifadəsində olan su kanalında qazıntı işlərinin aparılmasına maneçilik törətməklə, xeyli sayda kənd sakinlərinin həyətyanı sahəsinə suyun gəlməsinin qarşısını almışdırlar. Buna görə də, məhkəmə tərəfindən hesab edilir ki, həmin su kanalı sakinlərin birgə istifadəsində olduğu üçün ondan istifadənin hər hansı təbbi və ya qeyri-təbii yolla məhdudlaşdırılması, ilkin olaraq, konstitusiyon hüquqlara və qonşuluq prinsiplərinə zidd olduğu üçün belə hərəkətlərin edilməsi, yəni, hər hansı bir maneənin yaradılması qeyrietik və qanuna ziddir. Cavabdehlər tərəfindən su kanalından istifadə olunması üçün hər hansı bir maneə yaradılmamasına baxmayaraq, cavabdehlər həmin su kanalında qazıntı işlərinin aparılmasına maneçilik törətməklə, xeyli sayda kənd sakinlərinin həyətyanı sahəsinə suyun gəlməsinin qarşısını alırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tələbin birinci hissəsinə münasibətdə (maneələrin aradan qaldırılması və mühafizə zolağının açılması) cavabdehlər tərəfindən su kanalından istifadə ilə bağlı hər hansı bir maneə yaradılmadığı və mühafizə zolağının açıq olduğu mütəxəssis və ekspert rəyi ilə öz təsdiqini tapdığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Tələbin ikinci hissəsinə münasibətdə isə (qazıntı işlərinin aparılmasına şəraitin yaradılması) cavabdehlər tərəfindən həmin kanalda qazıntı işlərinin aparılmasına maneçilik törədən hərəkətlərinə qadağa qoyulmalıdır. Buna görə də, məhkəmə iddianın qismən təmin olunmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 su kanalında qazıntı işlərinin aparılmasına maneəçilik törədən hərəkətlərinə qadağa qoyulmalıdır. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 103 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ 41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 su kanalında qazıntı işlərinin aparılmasına maneəçilik törədən hərəkətlərinə qadağa qoyulsun. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 103 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ 41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar