Məhkəmə qərarları › İş №2(057)-982/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-982/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-982/2023 16.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçın Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 101.4 manat əsas, 15.2 manat cərimə, cəmi 116.6 manat borcun və xx.xx.2021-ci il tarixli ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsi üzrə, 203.2 manat əsas, 30.4 manat cərimə, cəmi 233.6 manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 304.6 manat əsas, 45.6 manat cərimə, cəmi 350.2 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğ vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, sonuncu aldığı “SAMSUNG” markalı mobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla, cəmi 389.9 manat; xx.xx.2021-ci il tarixli ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, “SAMSUNG” markalı mobil telefona və qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla, cəmi 439.9 manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 829.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində 40 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində 50 manat ödəniş etmiş və iki müqavilə üzrə cəmi qalıq qalmış 304.6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. “X1-satqı” müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu iki müqavilə üzrə 456 manat təşkil edir. Cavabdehin iki müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 456 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i Cəmiyyət tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i, yəni 45.6 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nə olan borcu xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, 101.4 manat əsas, 15.2 manat cərimə, cəmi 116.6 manat; 6.12.2021-ci il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, 203.2 manat əsas, 30.4 manat cərimə, cəmi 233.6 manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 304.6 manat əsas, 45.6 manat cərimə, cəmi 350.2 manat təşkil etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə əsasən 101.4 manat əsas, 15.2 manat cərimə, cəmi 116.6 manat borcun; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) Alqı-satqı müqaviləsinə əsasən 203.2 manat əsas, 30.4 manat cərimə, cəmi 233.6 manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 304.6 manat əsas, 45.6 manat cərimə, cəmi 350.2 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğ vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı mobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 389.9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı mobil telefon və qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 439.9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsi üzrə 101.4 manat əsas, 152 manat cərimə, cəmi 253.40 manat və xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsi üzrə 203.2 manat əsas, 304 manat cərimə, cəmi 507.20 manat borcu yaranmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət nəfinə 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsinə əsasən 101.4 manat əsas, 15.2 manat cərimə, cəmi 116.6 manat və xx.xx.2021-ci il tarixli ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsinə əsasən 203.2 manat əsas, 30.4 manat cərimə, cəmi 233.6 manat, ümumilikdə iki müqavilə üzrə 304.6 manat əsas, 45.6 manat cərimə, cəmi 350.2 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 101.4 manat əsas, 15.2 manat cərimə, cəmi 116.6 manat borcun və xx.xx.2021-ci il tarixli ********* saylı “Müddətli (Nisyə) Alqısatqı” müqaviləsinə əsasən 203.2 manat əsas, 30.4 manat cərimə, cəmi 233.6 manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 304.6 manat əsas, 45.6 manat cərimə, cəmi 350.2 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutulub İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar