Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-988/2025 24.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2451 manat borcun və 45 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 25 may 2023-cü il tarixdə ondan hissə-hissə ödəmək şərtilə 3000 manat məbləğində borc pul almışdır. Cavabdeh aralarında bağlanmış borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, borcunu tam ödəməmişdir. Belə ki, cavabdeh götürdüyü borcdan cəmi 549 manat pul ödəmiş, qalan 2451 manat borc ödənilməmiş qalmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, o buna məhəl qoymamışdır. Aralarında olan borc münasibətləri cavabdehin özü tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş iltizamla sübut olunur. İltizamın surəti ərizəyə əlavə edilsə də, əsli məhkəmə iclasında tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Bundan əlavə, həmin borcun verilməsi digər tanışları olan Ramilin yanında baş tutumuşdur. Zərurət olduqda həmin şəxs tərəfindən şahid qismində məhkəməyə dəvət olunacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, cavabdehə avtomobil alan zaman pulu çatmadığı üçün pul vermişdir. Həmin vaxtı özü də avtomobil satdığı üçün pulu olmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində borc pul vermiş və bu barədə qəbz tərtib etmişdir. Bir neçə gün sonra əlavə olaraq 1000 manat məbləğində borc pul vermiş və həmin məbləğ də qəbzdə qeyd olunmuşdur. Cavabdehi yaxın dostu Ramilə görə tanımışdır. Cavabdeh ondan pul götürdükdən sonra anasına məxsus olan plastik pensiya kartını ona vermişdir ki, o, hər ay həmin kartdan pul çıxartsın. Kartdan iki ay pul çıxarmış, sonradan görmüşdür ki, kart blok edilmişdir. Zəng edib bu barədə Cavabdehdən soruşduqda ona bildirmişdir ki, anası ölmüşdür. O, Salyan rayonuna Cavabdehin yaşadığı kəndə gələrək maraqlanmış və ona məlum olmuşdur ki, Cavabdeh anası vəfat etməmiş o, anası ilə birlikdə Bakı şəhərinə köçmüşdür. İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçının nümayəndəsi vəkil işə qiyabi icraat qaydasında baxılmasını və məhkəmədən qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1 və 238.4-cü maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən yazıldığı və imzalandığı təsdiq olunan mübahisələndirilməyən xx.xx.2023-cü il tarixli əlyazma qəbzdən görünür ki, “mən Cavabdeh İddiaçı 3000 manat məbləğində borc pul aldım. Hissə-hissə ödəmək şərti ilə alıram. İmzamla təsdiq edirəm” məzmunundadır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 25 may 2023cü il tarixdə iddiaçıdan hissə-hissə ödəmək şərtilə 3000 manat məbləğində borc pul almış, Cavabdeh borcunu tam ödəməmişdir. Cavabdeh götürdüyü borcdan cəmi 549 manat pul ödəmiş, qalan 2451 manat borc ödənilməmiş qalmışdır. Cavabdeh adından yazılmış və imzalanmış qəbzi İddiaçı yazmış, Cavabdeh isə imzalanmışdır. Bu səbəbdən də, iddiaçının məhkəmədə qaldırdığı iddia əsaslı və qanunidir. Qeyd edilən fakt iş materiallarında əlavə edilmiş xx.xx.2023-cü il tarixli əlyazma qəbzlə öz təsdiqini tapır. Qəbzdə Cavabdeh İddiaçıdan aldığı pulu hissə-hissə olmaqla qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 329.2ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 9.3-cü maddəsinin tələbinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. MPM-nin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzində 45 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2451 (iki min dörd yüz əlli bir) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 45 (qırx beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2451 (iki min dörd yüz əlli bir) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 45 (qırx beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğv edilməsi üçün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-988/2025
Salyan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(057)-988/2025
24.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver