Məhkəmə qərarları › İş №2(058)-1002/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1002/2024

02.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1002/2024 02.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt əsasında qanunsuz **********00000 nömrəli abunə koduna hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Çobanabdallı kəndində yaşayır və yaşadığı ünvanda istilik enerjisini qaz vasitəsi ilə alır. Hazırki vaxtadək cavabdeh “Azəriqaz” İB-nin kənd ərazisindəki rəsmi şəxsləri ilə ödəmə və sərfiyyatla bağlı heç bir problem yaşamamışdır. O, tam normal məsuliyyətli abonent olmuş, istifadə etdiyi qazı sayğac vasitəsi ilə dəyərləndirmiş, vaxtında hesab bildirişə uyğun borcunu ödəmişdir. 2023-cü ildə “Azəriqaz” İb-nə məxsus sayğacların bütün kənd ərazisində olan yivliyin ləğvi (yəni polad yivli birləşmələrin) ilə əlaqədar qaz sayğacları sistemdən sökülmüş, yenidən sistem yivli birləşmələri qaynaq aparatı vasitəsi ilə ləğv edərək, bir-başa qaynaq edilərək yenidən quraşdırılmışdır. Həmin quraşdırılma işləri “Azəriqaz” İB-nin sifarişi ilə “X10 Birliyi”-nin işçiləri vasitəsi ilə həyata keçirilmişdir. Həmin müddətədək onun sayğacında heç bir qüsur olmamış və sayğacına vurulmuş dövlət blombuna müdaxilə edilməmişdir. Həmin vaxt birliyin əməkdaşlarının ehtiyatsızlığı ücbatından qaynaq aparatından çıxan şlank (isti isqralar) ona məxsus sayğacın üst qapaq hissəsinə düşərək iz yaratmışdır. Bundan bir neçə müddət sonra cavabdehin Samux rayon üzrə mütəxəssisləri onun mənzilinə gələrək, guya üzərində olan şot mexanizm qapağına müdaxilə etmiş kimi ******* nömrəli akt tərtib etmişlər. Bundan bir müddət sonra o, hesab bildirişində 777.60 manat əlavə borc olduğunu görmüş, bununla bağlı aidiyyatı üzrə cavabdeh təşkilatın Samux rayon Qaz İstismar idarəsinə müraciət etmişdir. O, təkrar iradını bildirmiş və həmin andan cavabdeh tərəf verdikyi səhv rəy qərarını başa düşmüş, sakit formada məhkəmə müraciətində təqdim etdiyi sənədlər toplusunu ona təqdim etmiş və məhkəməyə müraciət etməsini, həmin məbləğin yalnız məhkəmə vasitəsi ilə silinməsini ona bildirmişlər. 90 günlük hesabatın aparılması həqiqətə uyğundursa bir ay ərzində iki mühəndis tərəfindən sayğacların qaz sərfinin bildirişini təqdim edən şəxs tərəfindən niyə həmin qüsur görülməmiş, görülmüşdürsə də niyə o, 90 gün bu vəziyyətdə qazdan istifadə etmişdir sualı cavabsız olaraq qalmışdır. Abonentin saldosu cədvəlində onun hər ay nə qədər qaz sərf etdiyi, nə qədər ödəniş etdiyi, onun normal abonent olduğu aydın görünür. Onun ay ərzində mövsümə uyğun olaraq 8-9 manat məbləğində aylıq qaz sərfiyyatı olur. cavabdehin təqdim etdiyi tələbnamədə guya onun sayğacının laborotoriya şəraitində yoxlanılması üçün sayğacı daşıya bilən qutuya qoyulmuş və möhürlənmişdir, halbuki bunların heç biri olmamışdır. Qanuna uyğun olaraq şübhəli sayğac abonentin mənzilində ikən akt tərtib olunmalı, laboratoriya rəyinə göndərilməli idi. Lakin onun sayğacını iştirakı olmadan xx.xx.2023-cü ildə dəyişmişlər, xx.xx.2023-cü ildə ******* nömrəli akt tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPm-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmış, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır, sayğac istismara yararsızdır. Akt-13413/Q002 nömrəli rəyə əsasən sayğacdan qaz keçir, hesablama mexanizmindən keçən qaz həcmini qeyd etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2- 2/3-5-13413/Q002 nömrəli aktına əsasən G-4 markalı **********2 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğac aşağı sərfiyyatı qeyd etmir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “abonentin saldosu”-dan görünür ki, İddiaçı məxsus Samux rayonu, Çobanabdallı kəndi, 463 nömrəli fərdi yaşayış evinə 7846 kub.m qaz sərfiyyatına görə 777,60 manat məbləğində borc yazılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli XS 51-08393/23 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı Gəncə RQİİ-Samux XS ilə istehlakçı İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş JN-253A KOD 50712018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu, Çobanabdallı kənd sakinləri X3, X1, X2 və X4 mülkiyyətinə 0.28 ha fərdi yaşayış evi, həyətyanı sahə verilmişdir. İş materiallarına əlavə edilmiş Samux rayon İcra Hakimiyyəti Başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 575 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı nümayəndəliyin Çobanabdallı kəndində yaşayır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda 13.8-1-ci maddəsinə əsasən “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh Qanunun göstərilən maddəsinin tələblərinə əməl etməmiş, qaz sayğacına müdaxilə, habelə qaz sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması və sərfi qeydə almamasının aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyi güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanmasını və sərfi qeydə almamasını nəzərə alaraq, hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də, bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Samux rayonu, Çobanabdallı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sərfiyyatına dair xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar