Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1003/2025 23.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun valideyni X3 borc aldığı 9000 (doqquz min) manat pulun və hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödəmiş olduğu 110 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı qismində ona qarşı 9000 manat kompensasiya verilməklə 0.08 ha torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi əsassız və düzgün olmayan yurisdiksiya tələbləri pozulmaqla Samux Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 694/2023 saylı qətnaməsinin 2/9 və 4/9 səhifələrində Cavabdeh etiraf edibdir ki; “qızı Sevinc ev tikilən vaxt cavabdeh İddiaçı atasından 9000 manat borc pul almışdır ki, yalnız borc olaraq aldığı pulu cavabdehə qaytara bilər. Qətnamədə Cavabdeh borclu olduğu etiraf edilməsinə və eləcədə onun veridiyi kassasiya şikayəti təmin edilməyərək, Ali Məhkəmənin xx.xx.2023cü il tarixli № 2(102) - 3353 / 2023 saylı qərarı qüvvəsini aldığı halda Cavabdeh borc adı altında aldığı 9000 manat pulu qaytarmaqdan imtina edir. Ona görə də cavabdehin onun atası Rəşid Sarıyevdən borc aldığı 9000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh onun keçmiş qaynansıdır. Cavabdehin qızı ilə evli olduqları vaxt ev tikdirdikləri üçün cavabdeh onun atası Rəşid Sarıyevdən 9000 (doqquz min) manat pul borc alıb. Hazırda cavabdehin qızı Sevinclə onun arasındakı nikah pozulub. Lakin cavabdeh onun atasından borc kimi aldığı 9000 manat pulu qaytarmır. Ona görə də hazırda o, sözügedən pulu cavabdehdən tələb edir və tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun keçmiş kürəkəni olub, hazırda qızı ilə iddiaçı arasındakı nikah pozulub. İddiaçının ona qarşı irəli sürdüyü tələb tamamilə əsassızıdr. Belə ki, o, nə iddiaçıdan, nə də onun atasından heç vaxt borc pul almayıb. Tələbin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh onun anasıdır, iddiaçı isə onun keçmiş əridir. İddiaçının onun anasına qarşı irəli sürdüyü tələb tamamilə əsassızıdr, belə ki, onun anası nə iddiaçıdan, nə də onun atasından heç vaxt borc pul almayıb. Tələbin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə, iddia tələbinin əsaslı olub-olmaması və sübutetmə yükü daşıyan tərəfin tələbin əsaslılığını sübuta yetiririb-yetirməməsi məsələsinin araşdırılmasına keçmədən öncə ümumiyyətlə iddiaçının hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malik olubolmamasını müəyyənləşdirməyi vacib hesab edir. Həm iddia ərizəsindən, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçı cavabdehdən tələb etdiyi pulun cavabdehə onun özü tərəfindən deyil, atası tərəfindən cavabdehə borc kimi verildiyini bildirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı cavabdehə qarşı hazırki iddia tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmadığından, iddia tələbinin əsaslı olub-olmaması və sübutetmə yükü daşıyan tərəfin tələbin əsaslılığını sübuta yetiririb-yetirməməsi məsələsinin araşdırılmasına lüzum qalmır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının sözügedən tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1003/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1003/2025
23.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver