Məhkəmə qərarları › İş №2(058)-1028/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1028/2024

04.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1028/2024 04.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AKT R 061947 nömrəli aktı ilə yazılmış 861 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Yenikənd kəndində ona məxsus yaşayış şahəsinə dair elektrik enerjisindən və digər kommunallardan istifadə edir və qeyd olunan kommunallara aid hər ay sərf etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəyir. Buna baxmayaraq "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektirik enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar müvafiq akt tərtib edilərək ona 861 manat cərimə yazılmışdır. Onun və ailə üzvləri tərəfindən elektrik sayğacına heç bir formada müdaxilə olunmamışdır. Sayğac həyətdən kənarda, ümumi istifadədə olan küçədə yerləşir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli R 061947 nömrəli aktı ilə yazılmış 861 manat cərimə qanunsuz və əsassızdır, ona görə də həmin borc silinməlidir. Məhkəmə iclasında iştrak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, istifadə olunan enerji, həmçinin akta əsasən yazılmış borc qeyri-yaşayış obyektinə (çayxana) aiddir. Qeyri-yaşayış obyektində quraşdırılmış sayğac yanmış, sonra yeni sayğac quraşdırılmışdır. Sayğac onun adına olduğu üçün cərimə də onun adına yazılmışdır. O, mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, iddiaçı qeyri-əhali qismində qeydiyyata alınmamışdır. Hazırda iddiaçının akta əsasən 861 manat borcu vardır. O, mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. İş materiallarında olan xx.xx.2011-ci il tarixdə 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibi təhlil edilərkən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi elektron vergi uçotu orqanında fiziki şəxs İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron vergi uçotu orqanında VÖEN (**********) üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Tələb subyektiv tərkibinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır, bu səbəbdən də mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. Azərbaycan Respublikası MPM-də edilmiş 09 iyul 2019-cu il tarixli dəyişikliklərlə müəyyən edilmişdir ki, həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələbinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair 2(058)- 1028/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar