Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1032/2024 15.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, övladları xx.xx.2013-cü il tarixdə doğulmuş X3, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşaına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat məbləğində alimentin tutulub iddaçı İddiaçınin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Samux Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(058)237/2024 saylı qətnaməsi ilə iddaçı İddiaçı və Cavabdeh arasında bağlanmış nigahı pozulmuşdur. Birgə nigahdan xx.xx.2013-cu il tarixdə doğulmuş X3, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-cü il tarixdə doğulmuş X5 mediyasiya qaydasında uşaqların ananın himayəsində saxlanması və cavabdehdən hə ay hər uşağa 100 manat sabit pul məbləğində aliment ödənilməsinə dair aralarında barışıq sazişi bağlanmışdır. Samux Rayon 1 saylı mediyasiya təşkilatında barışıq sazişində 100 manat qeyd olunmuş alimentin məbləği uşaqların maddi heç bir tələbatını ödəmir. Uşaqlar da artıq böyüyüblər, məktəbdə oxuyurlar. Böyüdükcə də təbii olaraq təlabatıda uşaqıardan asılı olmayaraq artır. Valideyinlərinin yardımı olmasa uşaqları təmin etmək olduqca çətin olacaqdır. Valideyinləri artıq yaşlı adamlardır. Nə vaxta qədər valideyinləri cavabdehin əvəzinə uşaqların saxlanılmalarına yardım etməlidir? Uşaqları saxlayıb böyütmək isə uşaqların öz valideyinlərinin borcudur. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin ödənməsində geçikmələrə yol verir. Uşağın bütün qayğısını ehtiyaçını tamamilə iddiaçı cəkir. Böyüdükçə uşaqda atasına qarşı ehtiyac və tələb artsada cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bu səbəbdən də o, aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X12 ilə Cavabdeh arasında 13 yanvar 2012-ci il tarixdə Samux rayon Qeydiyyat Şöbəsində 09 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. AZ-İİİ seriyalı 008385 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanvar 2013-cü il tarixdə Samux rayonunda doğulmuş X3 atası Cavabdeh, anası X7r. AZ-İİİ seriyalı 527610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 aprel 2015-ci il tarixdə Samux rayonunda doğulmuş X4 atası Cavabdeh, anası X7r. AZ-İİİ seriyalı 945541 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 aprel 2017-ci il tarixdə Samux rayonunda doğulmuş X2 atası Cavabdeh, anası X7r. AZ-İ № 468078 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X12 arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və X12 “Hüseynova” soyadına qayıtmışdır. xx.xx.2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında barışıq sazişi imzalanmış və tərəflərin birgə nikahlarından doğulmuş, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017 -ci il təvəllüdlü X2 birinci tərəf X6 himayəsində qalmasını hər iki tərəf öhdəsinə götürmüş, ikinci tərəf Cavabdeh, övladları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X9 və 30.042017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində alimenti, hər ayın 1-dən 10-dək birinci tərəf X10 ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, xx.xx.2023-cü il tarixli barışıq sazişindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Bundan başqa uşaqların məktəbli yaşda olması səbəbilə onların tələbatının çox olması danılmazdır. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia qismən təmin olunmalı, xx.xx.2013-cü il tarixdə doğulmuş X3, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X3, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-cü il tarixdə doğulmuş X1 üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2013-cü il tarixdə doğulmuş X3, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017cü il tarixdə doğulmuş X1 üçün hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1032/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1032/2024
15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver