Məhkəmə qərarları › İş №2(058)-1033/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1033/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1033/2023 05.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 5086,87 manat, faiz borcu üzrə 732,52 manat, cəmi 5819,39 manat, ödənilmiş 78,19 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-ti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli RGTK5006903A206 nömrəli saylı kredit müqaviləsi bağlanmış və kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək üçün öhdəlik götürsə də, o bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə 5086,87 manat əsas, 732,52 manat faiz, cəmi 5819,39 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Elsevər Əkbərov tərəfindən məhkəməyə daxil olmuş ərizədə onların iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən verilmiş RGTK5006903A206 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 21 faiz olmaqla, 60 ay müddətinə 5472,30 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli RGTK5006903A206 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5086,87 manat əsas, 732,52 manat faiz, cəmi 5819,39 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 5086,87 manat, faiz borcu üzrə 732,52 manat, cəmi 5819,39 manat və ödənilmiş 78,19 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 5086.87 (beş min səksən altı manat səksən yeddi qəpik) manat, faiz borcu üzrə 732.52 (yeddi yüz otuz iki manat əlli iki qəpik) manat, cəmi 5819,39 (beş min səkkiz yüz on doqquz manat otuz doqquz qəpik) manat və ödənilmiş 78,19 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar