Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1060/2025 25.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, İddiaçı verdiyi ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Samux Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizədə özünü iddiaçı qismində göstərsə də ərizənin məzmunundan aydın olur ki, onun tələbi mülki icraat qaydasında baxılan tələb deyil. Ərizənin məzmunundan və ərizəyə əlavə olunmuş sənədlərdən aydın olur ki, ərizəçi müəyyən icra sənədi üzrə icra mərhələsində aparılan hərəkətlərdən narazıdır. Belə olan halda o, icra məmurunun qərarından və ya hərəkətlərindən müvafiq məhkəməyə ərizə (şikayət) ilə müraciət etməli idi. Halbuki İddiaçı ərizəsini nə iddia ərizəsi kimi, nə də icra məmurunun qərarından şikayət kimi dəyərləndirmək mümkün deyil. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı düzgün məzmunlu ərizə (şikayət) ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1060/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1060/2025
25.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver