Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1077/2024 19.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılınası üçün alimentin məbləğin artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi və mediasiya xərci üçün ödədiyi 50 manat pulun əvəzinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2002-ci ildə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarını 2005-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 17 aprel 2003-cü il tarixdə X11, 16 fevral 2005-ci il tarixdə X10 və 13 sentyabr 2010-cu il tarixdə X13 adında 3 uşaqları anadan olub. X2 və X10 artıq yetkinlik yaşına çatmışdır. O, cavabdehlə evlənəndən sonra bir müddət mehriban yaşasalarda sonradan aralarında olan münasibətləri pozulmağa başlamış və onlar ayrılmağa qərar vermişlər. Göygöl Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 17 aprel 2003-cü il tarixdə X7, 16 fevral 2005-ci il tarixdə X5 və 13 sentyabr 2010-cu il tarixdə X1 üçün 90 manat, cəmi 270 manat aitmentin verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 16 fevral 2005-ci il tarixdə X5 və 13 sentyabr 2010-cu il tarixdə X1 üçün bir uşaq üçün 90 manat, iki uşaq üçün 180 manat kəsilmiş alimentin miqdarı artırılaraq, hər uşaq üçün 130 manat, iki uşaq üçün 260 manat sabit pul məbləğində verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X1 üçün alimentin miqdarı artırılaraq, 160 manat məbləğində verilməsi qət edilmışdir. Heç bir yerdə işləmir, uşaq onun himayəsindədir, onun maddi durumu çox çətin olduğu üçün uşağı saxlamağa həddindən artıq çətinlik çəkir. Cavabdehin ödədiyi 160 manat aliment uşağın saxlanılması üçün yetərli olmadığı üçün o, aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X14 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddainı qəbul etmədiyini və alimenti artıq ödəməyə imkanın olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-677/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 16 fevral 2005-ci il tarixdə anadan olmuş X5 və 13 sentyabr 2010-cu il tarixdə anadan olmuş X8 vetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş hər uşaq üçün 90 manat, iki nəfər uşaq üçün 180 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış və Cavabdeh hər ay hər uşaq üçün 130 manat, iki nəfər uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq X3 xeyrinə verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-677/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. AZ-İİİ seriyalı 368405 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 sentyabr 2010-cu il tarixdə Samux rayonunda doğulmuş X8 atası Cavabdeh, anası X6r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, Samux Rayon Məhkəməsinin 2(058)-480/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia qismən təmin olunmalı, 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay, 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İş üzrə məhkəmə xərcləri ödənilməli olan dövlət rüsumundan və iddiaçının tələb etdiyi mediasiya xərcindən ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmənin artırılması tələb edilən məbləğin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 1000 manatdan az olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin iddiaçının tələb etdiyi mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X1 üçün məhkəmənin müvafiq qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X1 üçün hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödənilməsindən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1077/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1077/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver