Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1090/2025 28.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması və DƏDKR X17 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının miras əmlakda maneəsiz invertarizasiya işlərinin aparılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşıdır, onlar ailədə 4 nəfər uşaq: X5, Cavabdeh, X6 və o, olmuşlar. Onun atası X7 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, anası X8 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun mərhum atası X7 öldükdən sonra Samux rayonu, Sərkar kəndində 0.26 ha həyətyanı torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş fərdi yaşayış evi miras qalmış, mərhum anası X8 isə öldükdən sonra paylı mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsində payı miras qalmışdır. Hazırda həmin valideynlərindən miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh istifadə etməklə orada yaşayır. O, ata və anasından miras qalmış yaşayış evi və torpaq sahəsinə qanun üzrə birinci növbə vərəsə kimi vərəsəlik şəhadətnaməsi almaq üçün 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə müraciət etmiş, lakin yaşayış evi barəsində çıxarış olmadığına görə notariat ofisi miras əmlaka və torpaq sahəsinə dair arayış və çıxarış verilməsi üçün DƏDKR X17 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi məktubla müraciət etmişdir və o, özüdə sənədləri təqdim etməklə DƏDKR X17 3 saylı Gəncə Ərazi İdarəsinə miras əmlaka dair mərhum valideynlərinin adına arayış və çıxarış verilməsi üçün ərizə ilə müraciət etmişdir. Həmin müraciətlərə əsasən miras əmlak barədə çıxarış vermək üçün DƏDKR X17 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları miras əmlakda invertarizasiya işlərinin aparılması üçün dəfələrlə miras əmlakların yerləşdiyi Samux rayonu, Sərkar kəndinə getsələr də, Cavabdeh həmin əməkdaşları miras əmlaklara buraxmamaqla orada inventarizasiya işlərinin aparılıb çıxarış verilməsinə maneçilik törətmişdir və hazırda cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. O, cavabdehin özbaşına və qanunsuz hərəkətləri nəticəsində mərhum valideynlərindən miras qalmış həyətyanı torpaq sahəsini sənədləşdirib çıxarış almaqla qanun üzrə birinci növbə vərəsə kimi vərəsəlik şəhadətnaməsi alıb miras əmlakdan ona düşən payını ala bilmir, çünki DƏDKR X17 3 saylı Gəncə Ərazi İdarəsi ərizəsinə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubu ilə ona cavab yazmışdır ki, hüquqların Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan inventarizasiya işlərinin aparılmasına tam şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Cavabdeh qanunsuz hərəkəti ilə onun vərəsəlik hüququnu və miras əmlakdan pay almaq hüququnu pozur və cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalıdır. Odur ki, o, məcbur olaraq cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, daşınmaz əmlakın nümayəndələri ölçü işləri apararkən onlara imkan verməmiş və bildirmişdir ki, qanuni şəkildə icra nümayəndəsinin iştirakı ilə ölçü işləri aparılsın və həmin torpaq sahəsi iki yerə bölünsün. Məhkəmədən iddianın təmin edilməsinə etirazı olmadı. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, iddiaçının arvadıdır. Onun əri evə sənəd almaq üçün reyestr xidmətinə ərizə ilə müraciət etmiş, daşınmaz əmlakın nümayəndələri təxmini iyul-avqust ayında ölçü işlərinin aparılması ilə bağlı ona zəng vurmuşlar, lakin o, Gəncə şəhərində olmuşdur. O, evə gəlmiş, daşınmaz əmlakın nümayəndələri ölçü işləri aparmaq istədikləri zaman Cavabdeh ölçü işlərinin aparılmasına mane olmuş və demişdir ki, qoymuram bölməyə, daşınmaz əmlakın nümayəndələrini, onu və anasını hədələmişdir. Daşınmaz əmlakın nümayəndələri ölçü işləri aparmadan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, iddiaçının qaynanasıdır. Qızı Gəncə şəhərində onun evində olan vaxt daşınmaz əmlakın nümayəndələri tərəfindən ölçü işlərinin aparılması üçün onun qızına zəng etmiş, qızı isə evdə olmadığını bildirmişdir. O, qızı ilə Gəncə şəhərindən həmin evə getmiş, daşınmaz əmlakın nümayəndələri bildirmişlər ki, çəkiliş aparmaq istəyirlər, lakin Cavabdeh çəkilişə icazə vermədiyini bildirmiş, bundan sonra daşınmaz əmlakın nümayəndələri ölçü işləri aparmadan getmişlər. İş materiallarına əlavə olunmuş JN-1129F KOD 50700048 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə Samux rayonu, Sərkar kənd sakinləri X2, X4 və İddiaçı mülkiyyətinə 0.26 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Vİİ-AГ seriyalı № 508097 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı № 205360 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21- 3-33/2-6784/2025 nömrəli bildirişdən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17in 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, aparılan araşdırma zamanı əmlak üzərində mübahisə olduğuna görə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan inventarizasiya işlərinin aparılmasına tam şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin istifadəsində olan Samux rayonu, Sərkar kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində müəyyən ölçü işləri aparılmalıdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 3 saylı Gəncə Ərazi İdarəsindən İddiaçı müraciəti əsasında dəvət edilmiş mütəxəssislərin ölçü və digər texniki işlərin aparılmasına maneçilik törədilir. Buna görə də, iddiaçı tərəfindən maneənin aradan qaldırılması ilə bağlı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin istifadəsində olan Samux rayonu, Sərkar kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində Cavabdeh tərəfindən torpağın ölçülməsinə yaradılan maneə aradan qaldırılmalı, həmin sahədə ölçü və texniki işlərin aparılması təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı və Cavabdeh istifadəsində olan Samux rayonu, Sərkar kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində ölçü və texniki işlərin aparılmasına Cavabdeh tərəfindən edilən maneə hərəkətləri ona qadağan edilsin, torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və baxış keçirilməsi təmin edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1090/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1090/2025
28.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver