Məhkəmə qərarları › İş №2(058)-1092/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1092/2024

16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1092/2024 16.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentin məbləğini artıraraq, Cavabdeh hər növ qazancından hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2000-ci il tarixdə qeyri rəsmi evlənmişlər, xx.xx.2008-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Əli adlı övladı anadan olmuş, evliliyin ilk vaxtlarında münasibətləri yaxşı olsa da, ailədə olan narazılıqlar səbəbindən nikahları Samux Rayon Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli 2(058)-36/2014 nömrəli qətnaməsi ilə pozulmuş, uşağı Əlinin saxlanılması üçün ayda 60 manat aliment ödənilməsi qət edilmişdir. Bir müddətdən sonra cavabdehlə ailəni bərpa etmək qərarına gəlmişlər və onların xx.xx.2014-cü il tarixdə Nurəli adlı övladı anadan olmuşdur. Ailəni bərpa etmək cəhdi uzun sürməmiş və cavabdehlə yenidən ayrılmışlar. Samux Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli 2(058)-510/2015 nömrəli qətnaməsi ilə hər uşağa 70 manat olmaqla, cəmi 140 manat aliment ödənilməsi qət edilmişdir. Göstərilən məbləğ uşaqların saxlanılması üçün yetərli deyil, uşaqların əlavə tələbatları vardır. Cavabdeh könüllü olaraq uşaqların saxlanılmasına əlavə köməklik etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Samux Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat məbləğində aliment alır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, hazırda o, 326 manat məbləğində əmək haqqı alır. Məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(058)-36/2014 nömrəli qətnaməsinə əsasən Cavabdeh sabit pul məbləğində hər ay 60 manat alimentin (vəsaitin) tutularaq, 06 may 2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Quliyeva (Verdiyeva) Aynurə Elman qızının xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli 2(058)- 510/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin (vəsaitin) tutularaq, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2(058)-1909/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin (vəsaitin) tutularaq, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2015-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və cavabdehin nümayəndəsi X2 mediasiya sessiyasında iştirak etmişlər. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşaqların valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşaqların saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşaqların bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşaqların məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni qida rasionuna uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği 300 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2(058)- 1909/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Samux Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2(058)-1909/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 34,40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar