Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1094/2024 17.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “akt əsasında əsassız yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 327168 nömrəli akt əsasında **********00019 abunə koduna hesablanmış 1018.58 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu İnstitut qəsəbəsinin Bağbanlar qəsəbəsində yaşayır. Yaşadığı mənzil kiçik kvadratdan ibarətdir, istilik enerjisini qaz vasitəsi ilə alır. Elektrik enerjisindən ancaq gündəlik təlabatda işiqlandırma üçün istifadə edir. İşiqlanma avadanlıqları müasir çox kiçik ampereja malik lampalardan ibarətdir. Onun mənzilinə 4 fevral 2024cü il tarixdə əvvəlcədən tanımadığı özünü Samux Rayon EŞ-nin laborotoriya mütəxəssisi kimi təqdim edən bir şəxs yaxınlaşaraq, istifadəsində olan bir fazlı elektrik sayğacına müdaxilə edibsizniz demişdir və guya sayğacdan faz xəttini kənarlaşdırmış kimi ifadələr işlədərək, məhkəməyə təqdim etdiyi 327168 nömrəli 02 fevral 2024-cü il tarixli aktı təqdim etmişdir. Əvvəlcədən yazılmış aktda uyğun elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdu ki, sayğacın faz qidalandırıcı alqı və sayğaca vurulmuş ******* nömrəli alt qapaq möhürü tam uçot dəsti ilə normasındadır, sayğaca heç bir müdaxilə olunmamış kimi əvvəlcədən yazılmış 327168 nömrəli akta uyğun qüsurun ləvği icra protokolunu tərtib etmədən onun mənzilindən uzaqlaşmışdır. Məlum olmuşdu ki, gecə reydi yazılmış akt və aktda qeyd olunmuş qeydlər tam yalandır. Əgər o, sayğacdan faz xəttini kənarlaşdırmış olsaydı, sayğac tam sönmüş olardı, aktda qeyd olunmuş 5155 göstərici rəqəmini qeyd etmək üçün mümkünşüzlük olardı. Ona cavabdeh təşkilatın nümayənləri tərəfindən 327168 nömrəli akt tərtib edərək, 1018.58 manat cərimə məbləği hesablanmışdır. Bununla bağlı cavabdehin adiyyatı üzrə Samux EŞ-nə müraciət etmişdir. Aktda qeyd olunmuş cərimə səbəblərinin əyani sübutunu tələb etmək üçün müraciət etmişdir. Nəticədə sübut təqdim edə bilməmiş və həmin aktda o, İddiaçı imtina etmiş kimi qeyd aparıblar. Onun akt tərtib olunan zaman heç bir hallardan xəbəri olmayıb. Bir istehlahçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəyən abonent olmuş. Ərizəyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, o, ay ərzində nə qədər elektrik enerjisi sərf etdiyini və nə qədər ödəniş etdiyi həmin akt tərtib olunduqdan sonra səfriyyatın dəyəri dəyişməyib. Buna görədə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır, ona görə də tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: "xxxx" ASC tərəfindən tərtib edilmiş 02 fevral 2024-cü il tarixli, AKT 327168 nömrəli aktın surətindən görünür ki, Samux rayonu İnstitut qəsəbəsinin Bağbanlar kəndində yerləşən İddiaçı yaşadığı ünvanda sayğaca EEİQ-na uyğun olaraq gecə reydi zamanı sayğaca baxış keçirilmiş, faz xəttinin kənardan götürülərək sayğacın sxemdən kənarlaşdırılması və abonentin kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin “Qərb “ RETSİ-nin AKT komissiyasının sədrinin icra vərəqəsinin surətindən görünür ki, Samux rayonu İnstitut qəsəbəsinin Bağbanlar kəndində yaşayan abonent İddiaçı kənar xətdən istifadə etməsi nəticəsində 763.87 manat dəyərində borcunun olduğu qeyd edilmişdir. Abunə haqqında sənədin surətindən görünür ki, İddiaçı akt əsasında 1050.54 manat borcunun olduğu qeyd olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci hissəsinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunvericiliyə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə elektik paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmiş, sayğaca müdaxilə, habelə elektrik sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə sübuta yetirilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələblərinin və cavabdehin etirazlarının hüquqi taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır,həmçinin işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən Samux rayonu, Bağbanlar kəndində fərdi yaşayış evində yaşayan İddiaçı **********00019 saylı abunə koduna xx.xx.2024-cü il tarixli, 327168 nömrəli akt əsasında hesablanmış 1018.58 manat məbləğində borc borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Samux rayonu, Bağbanlar kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonent kodu **********00019) cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 327168 nömrəli akta əsasən hesablanmış 1018.58 manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1094/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1094/2024
17.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver