Məhkəmə qərarları › İş №2(058)-111/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-111/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-111/2023 15.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfıt qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin cavabdehlər X3 və X5 “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC cavabdehlər X3 və X5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun və cərimənin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 11 iyul 2022-ci il tarixli VİM-443-0004-22 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 2279 manat əsas, 102.60 manat cərimə olmaqla, cəmi 2381,60 manat və 43,81 manat dövlət rüsumunun "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" BOKT QSC ilə cavabdeh X3 arasında bağlanmış 11 iyul 2022-ci il tarixli VİM-443-0004-22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, 2279 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 05 oktyabr 2022-ci il tarixinə 2279 manat əsas kredit borcu, 102,60 manat cərimə olmaqla, cəmi 2381,60 manat borcu qalmaqdadır. Cavabdeh X1 iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə X7 ilə 11 iyul 2022-ci il tarixli VİM-443- 0004-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. İddiaçı "xxxx" BOKT QSC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin iddiaçı məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 11 iyul 2022-ci il tarixli, VİM-443-0004-22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT QSC ilə X2 11 iyul 2023-cü il tarixinədək qaytarmaq şərtilə 2279 manat məbləğində pul borc verilmişdir. İş materiallarına əlavə edilmiş 11 iyul 2022-ci il tarixli, VİM-443-0004-22 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" BOKT QSC ilə X7 arasında borcalan X1 öhdəliyinin yerinə yetirilməsinin təmini üçün zaminlik müqaviləsi bağlanmış və zamin X7 öhdəliyin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 "xxxx" BOKT QSC-nə olan borcu 2279 manat əsas, 102,60 cərimə olmaqla, cəmi 2381,60 manat təşkil edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdehlər kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini tam həcmdə və vaxtında icra etmədiklərindən iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 2279 manat və cərimə borcu 102,60 manat tutularaq, iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 43,81 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 43,81 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X3 və X4 11 iyul 2022-ci il tarixli, VİM-443-0004-22 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 2279 manat əsas borc və 102,60 cərimə borcu olmaqla, cəmi 2381,60 (iki min üç yüz səksən bir manat altmış qəpik) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 43,81 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar