Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1110/2023 31.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pulun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, təxminən 7 ilə yaxındır ki, cavabdeh Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayan Cavabdeh oglunu tanıyır. 2021-ci ilin iyun ayında Nizami ona xırda buynuzlu heyvanlar alaraq cavabdehə verilib saxlamasını, əldə olunmuş gəlirin isə tam yarı bölünməsini təklif etmişdir. Bu məqsədlə o, öz şəxsi hesabına 2500 manat vermis, Gəncə şəhəri “Dəllər” bazarı adlanan heyvan bazarından Nizami ilə birlikdə 20 baş, yəni balalı keçi alaraq, cavabdehin yaşadığı Samux rayonu, Nəbiağalı qəsəbəsindəki evinə gətirmiş və orada Nizamiyə təhvil vermişdir. Bir müddət keçdikdən sonra heyvanların saxlanması üçün yenə öz şəxsi vəsaitinə 170 manat dəyərində 500 kq arpa alaraq Nizamiyə təhvil vermis, bundan təxminən bir ay keçdikdən sonra o, Nizaminin evinə gəlmiş, heyvanların vəziyyəti ilə maraqlanmaq istəmiş, lakin heyvanların cavabdehin qapısında olmadığını görmüşdür. Həmin vaxt Nizami ona yalan danışaraq guya heyvanları müvəqqəti olaraq qonşuya verdiyini bildirmişdir. Bir neçə ay ərzində bu hal bir neçə dəfə təkrarlanmışdır. Sonda o, heyvanları görmək istədiyini təkidlə bildirmiş, həmin vaxt Nizami ona bildirmişdir ki, pula ehtiyyacı olduğu ücün o, aldığı heyvanları tanımadığı şəxsə satmış, əldə etdiyi pulu isə öz şəxsi maraqları ücün xərcləmişdir. Bundan sonra o, cavabdehdən pulunu tələb etmiş, lakin Nizami hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmağa davam etmişdir. Məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmiş, onun müraciəti əsasında Samux rayon X1 qrupunun baş müstəntiqi, polis mayoru İslam Mehdiyev tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Nizami səmimi etiraf edərək müxtəlif vaxtlarda ona hissə-hissə pul vermis, lakin araşdırma bitdikdən sonra qalan borcunu yaxın vaxtlarda qaytaracağına vədlər verməsinə baxmayaraq, onu aldatmağa davam etməklə hazırki vaxtadək cavabdehin ona 1200 manat borcu qalmışdır. Samux rayon X1 qrupunun baş müstəntiqi, polis mayoru İslam Mehdiyev xx.xx.2022-ci ildə araşdırmanı yekunlaşdıraraq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edərək mülki qaydada məhkəməyə müraciət etməyi izah etmiş, bu baxımdan pozulmuş hüququnun təmin edilməsi ücün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh Samux rayon polis şöbəsində verdiyi izahatından görünür ki, İsrayıl adlı şəxsi 3 il müddətdir tanıyır. 2021 ci ilin iyun ayında o, İsrayıla təklif etmişdir ki, xırda buynuzlu heyvan alsın, ona versin və saxlasın, əldə olunmuş qazancı tam yarı bölsünlər. Həmin ərəfədə o, İsrayıl ilə birlikdə Gəncə şəhərindən “Dəllər” adlı bazardan 20 baş, yəni balalı keçini 2500 manata öz şəxsi pulu ilə almış, onun yaşadığı Samux rayonu, Nəbiağalı kəndinə gətirmiş, qapının qarşısında ona təhvil vermişdir. Bir müddət sonra heyvanların saxlanması ücün ona 170 manat dəyərində 500 kq arpa alaraq ona vermişdir. 2021-ci ilin avqust ayında o, keçiləri Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə aparmış, həmin heyvanlar dağda və Samux yolunda xəstəlikdən və itməkdən ümumi sayı 15 olmaqla, sürüdən çıxmışlar. Yerdə qalan 25 heyvanı isə o, qapısında saxladığı zaman pula ehtiyyacı olduğu üçün ona əmanət edilmiş heyvanları satmağa başlamış, İsrayılın isə bundan xəbəri olmamışdır. İsrayıl ondan heyvanları soruşduqda o, müxtəlif bəhanələr gətirərək heyvanların onda olmasını demiş, əslində isə o, heyvanları satmış, əldə etdiyi qazancı isə gündəlik həyatda xərcləmişdir. 2022-ci ilin avqust ayında isə İlham adlı şəxs heyvanların satılmasını İsrayıla demişdir. O, əməlindən peşmandır və İsrayıla vurduğu ziyanın 600 manat və 450 manat olmaqla, hissə-hissə qaytarmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci madəsinin tərkibi olmadığından barəsində material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən iddia tələbi cavabdehin Samux rayon Polis şöbəsində verdiyi izahatına əsasən sübut edilir. Cavabdeh tərəf iddiaçının bu dəlilləri ilə bağlı izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi pul məbləğinin 600 manatını və 450 manatını qaytarmışdır. Məhkəmə cavabdeh tərəfindən bu arqumentləri ilə bağlı aşağdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Belə ki, cavabdehin polis şöbəsində verdiyi izahatı məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf də pulun qismən icrasının iddiaçıya ödənilməsini inkar etmir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf həmin halı təsdiq edə bilməmişdir. Onların bu mövqeyi yalnız özlərinin izahatları ilə məhdudlaşdırlaraq sübuta yetirilməmişdir. Ona görə də məhkəmə iddiaçının mövqeyini əsaslı sayır və göstərir ki, iddiaçı pulunu tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 1200 (min iki yüz) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1110/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1110/2023
31.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver