Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-114/2025 05.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurduğu maddi ziərərin əvəzi olaraq 955 (doqquz yüz əlli beş) manat pulun, "xxxx" MMC-yə ödənilmiş 100 manat məhkəmə xərcinin, həmçinin 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.1996-cı il tarixdə almışdır və həmin vaxtdan həmin ünvanda yaşayır cavabdeh X5 onunla qonşu mənzildə yaşayır. Cavabdeh sanitar qovşağın onun qonaq otağı ilə eyni divara yerləşdirilmişdir. Cavabdeh sanitar qovşağı olan otağı su keçirməmək üçün izolyasiya etməmişdir. Bu səbəbdən sanitar qovşağı ondan istifadə edən zaman onun qonaq otağının divarı nəm çəkməsi nəticəsində tez-tez sıradan çıxır. Ona görə də yaşadığı müddətdə bir neçə dəfə həmin mənzili əsaslı təmir etdirərək divar kağızını təzələmişdir. Mənzili bir il bundan əvvəl əsaslı təmir etdirib divara qalın divar kağızı çəkdirmişdir. Lakin buna baxmayaraq divarın nəm çəkməsi nəticəsində mənzil yararsız hala düşmüşdür. Dəfələrlə cavabdehə divarın nəmlənməsi barədə məlumat versədə hec bir nəticəsi olmamışdır. Hətta qonşuya öz hesabına onun hamam divarını təmir etdirməyi təklif etmişdir. Lakin cavabdeh ustanın işləməsinə şərait yaratmamışdır. Uzun müddətdir ki, cavabdehlə aralarında münaqişə yaranmışdır. Həmçinin cavabdeh yüksək təziqli su nasosunu hamamın divarına bərkitmişdir və sudan istifadə edən zaman nasos işləyəndə səs küy yaradır. Nəticədə həmin otaqda yatmaq istirahət etmək mümkün olmur. Cavabdehlə aralarında yaranmış münaqişəli vəziyyəti nəzərə alaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla əlaqədar Samux rayon İnstitut bələdiyyəsinə, İƏD-üzrə nümayəndəliyə müraciət etmişdir. Dəymiş ziyanla əlaqədar həmin təşkilatlat tərəfindən müvafiq akt da tərtib edilmişdir. Bundan əlavə dəymiş zərərin qiymətləndirilməsi ilə əlaqədar “Əmlakın Qiymətləndirilməsi" MMC-yə müraciət olunmuşdur. Mütəxəssiz tərəfindən dəymiş zərərin real bazar dəyəri 955 manat təşkil etdiyi müəyyən edilmişdir. Ona vurulmuş ziyanın əvəzi kimi 995 manat pulun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iyul ayına təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin hazırki vaxtadək heç bir məhkəmə iclasına üzürlü səbəb bildirmədən gəlməməsini, habelə işə baxılması üçün qanunvericilikdə müəyyən edilmiş müddəti nəzərə alaraq prosessual qənaət prinsipindən çıxış edərək işə cavabdehin iştirakı olmadan baxılmasını MPM-nin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 23 sentyabr 2024-cü il tarixli Abbasov S.M.-Samux rayon İnstitut bələdiyyəsinin sədri, Huseynova S.Q-İnstitut İƏD-si üzrə nümayəndənin müavini və İddiaçıF- zərər çəkmiş şəxsin iştirakları tərtib olunmuş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə İnstitut qəsəbə sakini İddiaçı müraciəti əsasında onun Nizami Gəncəvi küçəsində yerləşən mənzilinə baxış keçirilən zaman onun qonşusu X4 tərəfindən mənzilindəki ara divarın nəmləndirilməsi və divar örtüyünün bərbad hala düşdüyü müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 30 sentyabr 2024-cü il tarixli "xxxx" MMC-nin, Daşınmaz Əmlaka Dəymiş X8 Barədə Mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə bağlanmış 19 iyul 2024-cü il tarixli "Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında" müqaviləyə uyğun olaraq İddiaçı istifadəsində olan, ünvan 2 ünvanında yerləşən 50,2 kv.m. ümumi sahədən ibarət mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tikinti işlərinə çəkiləcək xərcin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə real bazar dəyərinin müəyyən edilməsi məqsədilə "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı istifadəsində olan, ünvan 2 ünvanında yerləşən 50,2 kv.m. ümumi sahədən ibatər mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tikinti işlərinə çəkiləcək xərcin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə: Real bazar dəyəri 955 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu İnstitut qəsəbəsi, Nizami Gəncəvi küçəsi, ev 18 mənzil 2-də yerləşən daşınmaz əmlakın ümumi sahəsi 50.20 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və cavabdeh X4 qonşu olmaqla yanaşı mənzillərdə yaşayırlar. İddiaçı iddia edir ki, cavabdehin sanitar qovşaqdan düzgün istifadə etməməsi nəticəsində onun mənzilinin cavabadehin mənzilində yerləşən hamam otağı ilə yanaşı yerləşən ara divar nəm çəkmiş və bunun nəticəsində onun mənzilinin sözügedən divarının divar örtüyü yararsız hala düşmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində iddiaçıya maddi ziyan dəyməsi və beləliklə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin müvafiq rəy əsasında iddiaçıya dəymiş ziyanın həcmi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və tələb təmin olunmalıdır. Vurulmuş maddi ziyanın həcminə gəlincə isə, məhkəmə iş materiallarında olan "xxxx" barədə rəydə, dəymiş zərərin həcmi kimi göstərilən məbləği ağlabatan heasb edir və sözügedən rəyi zərərin həcmini müəyyən edən sübut kimi qəbul edir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi kimi 955 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərci iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan və mütəxəssis rəyinin verilməsi ilə bağlı iddiaçının çəkmiş olduğu xərcdən ibarətdir. İddia təmin olunduğundan məhkəmə, dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsi ilə bağlı məhkəmə xərcinin əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 iddiaçıya vurulmuş maddi zərərin əvəzi qismində 955 (doqquz yüz əlli beş) manat pul, həmçinin müvafiq rəyin verilməsi üçün iddiaçının çəkdiyi 100 manat məhkəmə xərcinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-114/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-114/2025
05.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver