Məhkəmə qərarları › İş №2(058)-1152/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1152/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1152/2023 26.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixdən övladı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda bir uşağa 220 manat olmaqla, hər ay cəmi 220 manat məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-1020/2018 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda bir uşağa 110 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın maddi tələbatının ödənilməsinə yetmir. Uşaq da artıq böyüyüb, məktəbdə oxuyur, böyüdükcə də təbii olaraq təlabatı uşaqdan asılı olmayaraq artır. Valideyinlərinin yardımları olmasa uşağı təmin etmək olduqca çətin olacaqdır. Atası rəhmətə gedib, anası yaşlı və xəstə qadındır. Uşağı saxlayıb böyütmək isə uşaqların öz valideyinlərinin borcudur. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin belə ödənməsində gecikmələrə yol verir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir,böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələb artsada cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Alimentin artırılması üçün xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına rəsmi müraciət etmiş, həmin təşkilatın mediatoru tərəfindən xx.xx.2023-cü il tarixdə kecirilən mediasiya iclasında onlar iştirak etmişlər, cavabdeh mediasiya iclasında iştirak etmiş, heç bir razılıq əldə olunmamışdır. Bu səbəbdən mediatordan mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə müvaliq arayış almışdır. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşağın saxlanılması üçün ödənilən aliment çox azdır. Odur ki, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, hazırda o, "xxxx" MMC-də operator vəzifəsində işləyir, onun aylıq əmək haqqı 350 manat təşkil edir. İddiaçı tərəfindən tələb edilən məbləği ödəmək gücündə deyil, hər ay 160 manat ödəməyə bilər. Məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Samux Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(058)-1020/2018 nömrəli qətnaməsindən görünür ki, 02 iyul 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər növ qazancından 110 manat sabit pul məbləğində alimentin (vəsaitin) tutularaq, İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 02 iyul 2017-ci il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli 01 nömrəli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də operator işində çalışır və onun aylıq əmək haqqısı 350 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(058)- 1020/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 02 iyul 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(058)-1020/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 02 iyul 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Artırılmış alimentin tutulmasına Samux Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2023-cü il tarixli 2(058)-1152/2023 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Mediasiya xidməti üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar