Məhkəmə qərarları › İş №2(058)-126/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-126/2025

09.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-126/2025 09.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin ******* saylı akt əsasında hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayon Tatlı kəndidə mərhum həyat yoldaşı X1 məxsus olan evdə tək tənha yaşayır. Evin sayğacı oğlu X2 adlnadır. X10 Cəfərov 20 ildən çox olar ki, Azərbaycandan getmişdir. Azəriqazın əməkdaşları qış aylarında ona hansısa bir sənədə imza etdiriblər ki, qaz sayğacını dəyişəcəklər. O, həmişə sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir, ödəniş cədvəlindən görünür ki, sayğacda göstərilən tarixə kimi onun sərf etdiyi qaza görə heç bir borcum olmamışdır. Lakin sayğacın əvəzlənməsindən bir müddət keçəndən sonra o, bilmişdir ki, oğlu X4 Azəriqazın əməlkdaşları əsassız olaraq 777.60 manat borc yazmışlar. Qaz istismar işçiləri guya sayğaca baxış keçirmiş və müəyyən etmişlər ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün plasmas qapaq şüşəsi fiziki təsir nəticəsində deşilib sayğac istismara yararsız hala düşmüşdür. Qaz istismar şöbəsinin qaz sayğacının hansı səbəbdən dəyişib yenisi ilə əvəz etməsindən onun xəbəri yoxdur. Ona görə də oğlu Elmir Cəfərova qeyriqanuni yazılmış 777.60 manat borc silinməlidir. Qaz sayğacının düzgün işləməməsində onun heç bir günahı və rolu yoxdur. Həmin aktı tərtib edən zaman qaz təchizat haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarın tələblərinə cavabdeh tərəfindən əməl edilməmişdir. O, qanuna riayət edən şəxsdir. Günahı olmadan qaz istismar idarəsinin səhvi ucbatından yazılmış 777.60 manat borcu heç cür ödəmək imkanı yoxdur. Sayğacın düzgün işləməməsində heç bir məsuliyyəti və günahı yoxdur. Tələb olunan qaydalara həmişə düzgün əməl etmişdir. Ona görə də tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, səhhətində ciddi narahatçılıq var, yol gedib-gələ bilmir, məhkəmə iclası təxirə salınacağı təqdirdə növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş edir və bu barədə məhkəməyə ərizə təqdim edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının əvvəlki baxış iclasında verdiyi izahatını nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.` İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Samux rayonu Tatlı kəndində yerləşən istehlakçı X3 yaşadığı ünvana quraşdırılmış “mex” G-4 markalı, ******* nömrəli sayğac, “MEX“ G-4 markalı, 13722040 nömrəli sayğacla əvəz olunmuş, akt istehlakçının nümayəndəsi kimi İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış X3 yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin fiziki təsir nəticəsində deşilməsi müəyyən edilmiş, itirilmiş qazın həcminin hesablanaraq dəyərinin abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş **********00000 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Tatlı kəndində yaşayan abonent X4 akt üzrə 777.60 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamadən görünür ki, Samux rayonu Tatlı kəndində, abonent kodu **********00000 olan, X4 məxsus olan qaz sayğacı üzrə itirilmiş qaz sərfiyyatı cəmi 6489 kub metr hesablanmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, İddiaçı Samux rayonu Tatlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 anası İddiaçıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2022-ci il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi cavabdeh abonentin sözügedən qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən itirilmiş təbii qaz üçün 777.60 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Qaz paylayıcısı ilə müqavilə istehlakçı kimi X5 ilə, yəni iddiaçının oğlu ilə bağlanmış olsa da hazırda işin faktiki hallarından və iş materiallarından aydın olur ki, sözügedən sayğacın quraşdırıldığı evdə İddiaçı yaşayır və o, hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Samux rayonu Tatlı kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent X4 cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar