Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-130/2023 22.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)787/2021 saylı qətnaməsinə əsasən cavabdehlərdən kredit borcuna görə tutulmalı olan 11266,43 manat məbləğində əsas borc, 2459,23 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13825,66 manat məbləğin, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzilə yönəldilməsini, Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzilin açıq hərracdan satılmasını, 13825,66 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun həmin əmlkaın açıq hərrac vasitəsilə satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulmasını, Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-787/2021 saylı qətnaməsi ilə "xxxx" QSC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit borcuna görə 11266,43 manat məbləğində əsas borc, 2459,23 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 13825,66 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı "xxxx" QSC-nin xeyirinə ödənilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli, 006L**********49 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh-ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 006M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında Samux rayonu, İstixana kəndində 19 nömrəli evin 1 mərtəbəsində yerləşən 34,6 kv.m ümumi, 19,6 kv.m yaşayış, 15 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 8 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, ekspert rəyi ilə razı olduğunu bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olduğunu bildirdi, lakin tələbin ipoteka predmetinə yönəldilməməsini, borcu hissəhissə ödməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olduğunu bildirdi, lakin tələbin ipoteka predmetinə yönəldilməməsini, borcu hissəhissə ödməsinə şərait yaradılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzil öhdəliyin təminatı qismində İddiaçı QSC-nin xeyrinə ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzil öhdəliyin təminatı qismində İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka pretmetinə tutmanın yönəldilməsinə dar bildirişdən görünür ki, Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, məhkəmə tərəfindən müstəqil qiymətləndirici kimi təyin edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 fevral 2023-cü il tarixli hesabatlarından görünür ki, ipoteka predmetləri olan, Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzilin xx.xx.2023-cü il tarixə olan likvid satış qiyməti 20.000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən təqdim olunmuş ərizənin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)- 787/2021 saylı qətnaməsi üzrə cavabdehlər Cavabdeh1 və qeyrilərinin hazırki tarixə 12204,13 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində borcu qalmışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Samux Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(058)787/2021 saylı qətnaməsi ilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit razılaşması və xx.xx.2020-ci il tarixli saziş ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit borcuna görə 11266,43 manat məbləğində əsas borc, 2459,23 manat faiz borcu, 100 manat məbləində cərimə borcu olmaqla ümumilikdə cəmi 13825,66 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı QSC-nin xeyirinə verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-787/2021 saylı qətnaməsinə əsasən cavabdehlər ödəməli olduqları borcun 1621,53 manat hissəsini ödəmiş, hazırki tarixə cavabdehlərin banka 12204,13 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində borcu qalmışdır. Hazırda iddiaçı məhkəmənin qətnaməsinə əsasən cavabdehlərin ödəməli olduğu borcun ipoteka predmetinə yönəldilməsini tələb edir. Məhkəmə iddianın qismən təmin olunmalı olduğuna dair qənaətini onunla əsaslandırır ki, iddiaçı tərəfin təqdim etdiyi rəsmi sənədə əsasən hazırda cavabdehlərin sözügedən qətnaməyə əsasən banka 12204,13 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində borcu qaldığı göstərilsə də, iddia tələbində Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)787/2021 saylı qətnaməsinə əsasən cavabdehlərdən kredit borcuna görə tutulmalı olan 11266,43 manat məbləğində əsas borc, 2459,23 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 13825,66 manat məbləğin və 30 manat dövlət rüsumunun ipoteka predmetinə yönəldilməsi tələb olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, sözügedən məhkəmə qətnaməsinə əsasən cavabdehlərin ödəməli olduqları borcun 1621,53 manat hissəsi cavabdehlər tərəfindən ödənildiyindən və hazırki tarixə cavabdehlərin həmin qətnaməyə əsasən 12204,13 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat ödənilməmiş borcu qaldığından iddia qismən təmin edilməli, cavabdehlərin Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)787/2021 saylı qətnaməsinə əsasən banka ödəməli olduqları 12204,13 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair tutma Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzilə yönəldilməli, mənzilin satışından əldə edilən vəsait hesabına borc ödənilməlidir. Əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalı, vəsait borc məbləğindən artıq olduqda isə artıq hissə ipoteka predmetinin mülkiyyətçisinə verilməlidir. Müstəqil qiymətləndiricinin rəyinə uyğun olaraq ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 20 000 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 12204,13 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər tərəfindən ödənilməsinə dair tutma ipoteka ilə yüklü edilmiş Samux rayonu İstixana kəndində 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 34,6 kvm ümumi, 19,6 kvm yaşayış, 15 kvm yardımçı sahədən ibarət 1 otaqlı, 8 nömrəli mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat müəyyən edilməklə açıq hərracda satılsın və əldə olunan vəsait hesabına cavabdehlərin "xxxx" QSC-nə olan borcunun və xərclərin ödənilməsi təmin edilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc məbəği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-nə ödənilsin, vəsaitin borcun ödənilməsindən artıq qalan hissəsi Cavabdeh1 verilsin. İpoteka predmeti olan əmlaklar açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılsın, mənzil boşaldılaraq alıcıya təhvil verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-130/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-130/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver