Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1367/2024 02.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Samux rayon İcra və Probasiya şöbəsinə qarşı “borcun miras əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Samux rayon İcra və Probasiya şöbəsinə qarşı “borcun miras əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)- 39/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 17097 manat borcun mərhum borclu X1 ünvan 1 ünvanda yerləşən miras əmlakına yönəldilməsi və həmin əmlakın açıq həracda satışdan əldə edilən vəsait hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia tələbindən görünür ki, iddiaçılar “borcun miras əmlaka yönəldilməsini” xahiş etmişlər, lakin mülki qanunvericilikdə borcun miras əmlaka yönəldilməsi haqqında iddia icraatı qaydasında baxılması anlayışı mövcud deyildir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, lakin borclu vəfat etdiyindən icra məmuru tərəfindən icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. İddiaçılara izah olunmalıdır ki, “borcun miras əmlaka yönəldilməsi” ilə bağlı aidiyyəti üzrə müvafiq icra qurumuna müraciət etməli, həmin orqan tərəfindən müraciəti təmin edilmədiyi, yaxud digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə, yəni iddia ərizəsinə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Samux rayon İcra və Probasiya şöbəsinə qarşı “borcun miras əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçılara izah olunsun ki, “borcun miras əmlaka yönəldilməsi” ilə bağlı aidiyyəti üzrə müvafiq icra qurumuna müraciət etməli, həmin orqan tərəfindən müraciəti təmin edilmədiyi, yaxud digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət edə bilərlər. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1367/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1367/2024
02.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver