Məhkəmə qərarları › İş №2(058)-1369/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1369/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1369/2024 05.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, İddiaçı cavabdeh "xxxx" MMC-nin sədri Cavabdeh qarşı “icarə müqavələsinə xitam verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-nin sədri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC-nin sədri Cavabdeh ilə aralarında bağlanmış olan icarə müqaviləsinə xitam verilməsi, illik icarə haqqının 50 faizi, 1000 (bir min) manat məbləğin və ödəniş etdiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərazi aidiyyatı qaydalarına riayət olunmadığından ərizə geri qaytarılmalıdır. İddia ərizəsində cavabdehin ünvanının Samux rayonunda olması qeyd olunsa da, elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyənləşdirilmişdir ki, cavabdeh Şəki rayonunda qeydiyyatdadır. Buna görə də iddiaya Samux Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" MMC-nin sədri Cavabdeh qarşı “icarə müqavələsinə xitam verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar