Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-141/2025 19.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2400 manat məbləğində pulun və ödədiyi 45 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh oğluna nişanlamış, bir müddət oğlu ilə cavabdeh nişanlı qalmışlar. Müəyyən müddətdən sonra cavabdeh nişanı qaytarmış və nişan mərasimində ona alınan qızıl-zinət əşyalarını qaytarmışdır. Lakin həmin dövrdə cavabdehə alınan mobil telefon, geyim əşyalarına görə ödədiyi pulu cavabdeh ona qaytarmamışdır. O, bir neçə dəfə cavabdehə həmin əşyalara görə 2400 manat pul xərclədiyini bildirərək həmin pulu qaytarılmasını tələb etsə də, cavabdeh könüllü olaraq həmin əşyaların dəyərini ona qaytarmaqdan imtina edir. O, məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə onun oğlu nişanlı olmuşlar. Müəyyən müddətdən sonra cavabdeh nişanı qaytarmış, həmçinin nişan mərasimində ona alınan qızıl-zinət əşyalarını da qaytarmışdır. Lakin oğlu ilə nişanlı olduqları dövrdə o, cavabdehə mobil telefon, geyim əşyaları da almışdır. Cavabdeh həmin əşyaları qaytarmamışdır. O, həmin əşyalara görə 2400 manat pul xərcləmişdir. Bir neçə dəfə cavabdehdən sözügedən əşyalara görə xərclədiyi 2400 manat pulun qaytarılmasını tələb etsə də, cavabdeh əşyaların dəyərini ona qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, nişanı onun qızı qaytarmamışdır. Qızının yaşı az olduğu üçün, yəni nikah yaşı tamam olmadığı üçün oğlan evindən qızının nikah yaşının tamam olmasını gözləməkləri xahiş olunmuş, lakin onlar toy etmək üçün qızın nikah yaşının tamam olmasına razı olmamış və nişan da bu səbəbdən pozulmuşdur. Alınan əşyalara gəlincə isə, iddiaçının nişan mərasimində onun qızına aldığı bütün qızıl-zinət əşyaları onlara geri qaytarılmışdır. İddia ərizəsində göstərilən siyahıdakı geyimlər və kosmetik vasitələrin isə bəziləri qızına həqiqətən də alınmış, bəziləri isə alınmamışdır. Alınan geyim və kosmetik vasitələr isə nişanlılıq dövründə qızı tərəfindən istifadə edilmişdir. Bundan əlavə həmin geyim əşyaları və kosmetik vasitələr müəyyən özəl günlərdə, yəni qızının ad günü və bayram günlərində oğlan evi onlara qonaqa gələrkən almışlar, həmin günlərdə isə o, oğlan evinə ziyafət süfrəsi açmış və həmin süfrələrə görə hər dəfə müəyyən vəsait xərcləmişdir. Həmçinin nişanlılıq dövründə onlar da iddiaçının oğluna müəyyən hədiyyələr vermiş, lakin nişan pozulduqdan sonra iddiaçı tərəf həmin əşyaları onlara qaytarmamış, heç onlar da oğlan evindən həmin əşyaları qaytarmasını tələb etməmişlər. Ona görə də hesab edir ki, iddia tələbi əsassızıdr və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Sözügedən qərarda yalnız zinət əşyaları qeyd olunsa da məhkəmə hesab edir ki, bu yanaşma nikaha daxil olanadək tərəflərdən birinə hədiyyə verilən geyim, ayaqqabı və s. əşyaların da onların, yəni həddiyyə verilən şəxsin ayrıca əmlakı sayılmasını istisna etmir. Belə olan halda məhkəmə tələbi əssassız hesab etməklə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-141/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-141/2025
19.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver