Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-143/2024 14.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzi Cavabdeh qarşı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X11 vurmuş olduğu 1980 (min doqquz yüz səksən) manat məbləğində ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 saylı X4 Mərkəzinin əməkdaşları Samux meşəbəyliyinin 14 saylı meşə dolayısının gözətçisi X3 28.O8.2023-cü il tarixli şifahi məlumatında Samux rayonu, Nəbiağalı kənd sakini Cavabdeh tərəfındən onun mühafizə etdiyi dolayıda olan meşə əkinləri və təbii cücərmiş yeniyetmələrin iri buynuzlu mal-qara və xırda buynuzlu keçiləri tərəfindən otarılması məzmunlu məlumatı xx.xx.2023-cü il tarixdə mərkəzin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş və baxış zamanı Cavabdeh məxsus mal-qara və keçiləri tərəfindən 2022-ci ilin yazında əkilmiş ağcaqayın və qoz cinsindən 2,5 ha meşə əkin sahəsinin otarılması və nəticədə X11 550 (beş yüz əlli) manat məbləğində ziyan vurulması aşkar edilmiş və xx.xx.2023-cü il tarixli 000152 nömrəli akt tərtib olunmuşdur. Mal-qaranın meşə ərazisinə buraxılmaması və X11 dəymiş ziyanın ödənilməsi Cavabdeh nəzərinə çatdırılmış, lakin təkrar olaraq dolayının meşə gözətçisi Samir Rzayev xx.xx.2023-cü il tarixdə yazılı məlumat verərək bildirmişdir ki, Cavabdeh və övladları deyilənlərə məhəl qoymamış, öz əvvəlki əməllərini davam etdirmiş, meşə ərazisində və əkinlərində mal-qaranı otararaq ziyan vurmuşlar. Samir Rzayev meşə fondu torpağında mal-qara otarılmaması və əkinlərin məhv edilməməsi üçün mal-qaranı ərazidən çıxarılaraq çəpərlərin sökülməsi ilə bağlı müraciət edən zaman Cavabdeh və onun ailəsi tərəfindən döyülərək bədəninə xəsarət yetirmişlər, aldığı xəsarətə görə Samux rayon Polis şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Məlumat daxil olan gün xx.xx.2023-cü il tarixdə mərkəz tərəfindən əraziyə mütəxəssislər göndərilmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı yazılı məlumatda göstərilən meşə qanunvericiliyini pozmuş Samux rayonu, Nəbiağalı kənd sakini Cavabdeh məxsus 6 (altı) baş iri buynuzlu, 50 (əlli) baş xırda buynuzlu, ümumilikdə 56 (əlli altı) baş mal-qaranı 2022-ci ilin yaz mövsümündə salınmış 3x2 sxemində qoz və ağcaqayın cinsindən olan 2,5 ha meşə əkinlərinin və 2023-cü ilin yaz mövsümündə salınmış göyrüş və akasiya cinsindən olan 4,0 ha meşə əkinlərinə, ümumilikdə 6,5 ha ərazini otarmış və mal-qaranın saxlanması üçün dəmir məftillərdən çəpər çəkərək meşə əkinləri məhv edilmişdir. Cavabdeh təqsirli bilindiyinə görə barəsində 58054 nömrəli 13 sentyabr 2023-cü il tarixli akt tərtib edilmişdir. Cavabdeh dəfələrlə mal-qaranın meşə fondu torpaqlarına buraxılmaması və otarmaması deyilməsinə baxmayaraq X11 vurduğu ziyan müqabilində üzərinə yazılmış 1980 (min doqquz yüz səksən) manat məbləğində ziyana məhəl qoymadan meşə işçilərinə hədəqorxu gəlmək, şər-böhtan xarakterli hərəkətlərindən əl çəkməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 bildirdi ki, Cavabdeh qanunsuz olaraq Samux meşəbəyliyinin 14 saylı Meşə dolayısının ərazisində mal-qara otardığına görə X11 1980 manat məbləğində ziyan vurmuşdur. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun mal-qarası yoxdur, meşədə inək otarmamışdır, otarsa belə meşəyə 1980 manat məbləğində zərər vurula bilməzdi. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, meşə gözətçisidir, əvvəllər Cavabdeh həmin vəzifədə işləmişdir. Cavabdeh hər gün yeni əkinlər olan yerdə mal-qaranı otarmışdır, cavabdehi dəfələrdə ordan çıxarmış, lakin cavabdeh məhəl qoymamış, bir neçə dəfə həmin proses davam etmişdir. Cavabdeh iri buynuzlulardan 9-10 baş camışı, 3-4 baş inəyi və xırda buynuzlulardan isə keçiləri olmuşdur. Həmin ərazi sulandığı üçün yaşıllıq çox olmuşdur, bu səbəbdən də, Cavabdeh heyvanları həmin ərazidə otarmışdır. Əvvəllər Cavabdeh inəkləri olmuş, sonradan inəkləri satmış, camışı və keçisi qalmışdır. Hazırda həmin ərazidə ot olmadığı üçün heyvanlar Cavabdeh öz qapısındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, otuz ilə yaxındır Cavabdeh tanıyır. Cavabdeh qoyun və keçisi olmuş, iribuynuzlu mal-qarası olduğunu görməmiş, xırda heyvanı olması barədə məlumatı olmamış, olsa belə qapısında saxlamışdır. Cavabdeh yay aylarında onun sahəsində heyvanları otarmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, Cavabdeh öz şəxsi təsərrüfatına aid olan 8 baş iki yaşdan yuxarı, 6 baş 2 yaşdan aşağı camış, 42 baş keçi və 2022-ci ilin yazında salınmış ağcaqayın-qoz cinsindən ibarət olan 2,5 ha meşə əkinini otarmışdır. Araşdırma aparılan zaman meşə əkinini otardığı aşkar edilmiş və hadisə yerində fotoşəkillər çəkilmişdir. Cavabdeh ilə etdiyi qanunsuzluq haqqında söhbət edilmiş, lakin Cavabdeh heç bir əhəmiyyət verməmiş və otarmağa davam edəcəyini bildirmişdir. Bununla da, meşə qanunvericiliyini pozmuş Samux rayonu, Nəbiağalı kənd sakini Cavabdeh özünə məxsus 14 baş iri buynuzlu camış mal-qarası və 48 baş xırda buynuzlu keçiləri ilə 14 saylı meşə dolayıcında salınmış 2,5 ha meşə əkininə ziyan vurduğu müəyyən olunmuşdur. Cavabdeh meşə fonduna 550 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə 000152 nömrəli akta əsasən tərtib olunmuş qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh meşə fonduna 550 manat zərər vurmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, 14 saylı meşə dolayısının meşə gözətçisi X3 xx.xx.2023-cü il tarixli yazılı məlumatına əsasən Samux meşəbəyliyinin meşəbəyisi Novruz Allahverdiyevin mərkəzə vermiş şifahi məlumatına əsasən mərkəzin direktorunun göstərişinə uyğun araşdırma aparmaq məqsədi ilə 13 sentyabr 2023-cü il tarixdə Samux meşəbəyliyinin 14 saylı meşə dolayısının ərazisində olmuş, araşdırma zamanı meşə gözətçisi X3 yazılı məlumatında göstərilmiş meşə qanunvericiliyini pozmuş kimi qeyd edilən Samux rayonu, Nəbiağalı kənd sakini Cavabdeh ilə əlaqə yaratmaq mümkün olmadığına görə Cavabdeh iştirakı təmin olunmadan birtərəfli qaydada tərəflərindən araşdırma aparılmış, aparılan araşdırma zamanı meşə qanunvericiliyini pozmuş Samux rayonu, Nəbiağalı kənd sakini Cavabdeh məxsus 6 baş iki yaşdan yuxarı camış cinsində iri buynuzlu mal-qarasını iplə 2022-ci ilin yaz mövsümündə salınmış 3x2 sxemində olan qoz və ağcaqayın cinsindən olan 2,5 ha meşə əkininin içərisinə örükləməsi faktına rast gəlinmiş, bundan əlavə təxmini 50 başa qədər xırda buynuzlu keçilərini meşə ərazisində meşə əkinlərinin otarılması faktını müəyyən etməklə, 2023-cü ilin yaz mövsümündə salınmış göyrüş, akasiya cinsindən olan 4 ha meşə əkinində müdaxilə edərək otarılma faktı müəyyən olmuşdur. Cavabdeh məxsus olan 3 baş iki yaşa qədər olan iri buynyzlu mal-qarasını dövriyyədə olan və inventarlaşma aparılan əvvəlki illərdə salınmış meşə əkinlərinin içərisində meşə əkininin otarılması faktı müəyyən olunmuşdur. 14 saylı meşə dolayısının 20-ci ks+du 2022-ci ilin yaz mövsümündə salınmış 2,5 ha və 2023-cü ilin yaz mövsümündə salınmış 4 ha meşə əkininə ümumilikdə 6,5 ha meşə əkininin Cavabdeh tərəfindən şəxsi mal-qarasını otlatdırılaraq meşə əkinlərinin məhv edilməsinə şərait yaratma faktı müəyyən edilmişdir. Meşə ərazisində qanunsuz olaraq xırda buynuzlu keçi heyvanlarını salmaq üçün dəmir setka məftil ilə çəpər çəkmiş və çəkilmiş çəpərdə keçi heyvanlarının saxlanılması faktı aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, meşə qanunvericiliyini pozmuş Cavabdeh Dövlət meşəsinə 1430 manat məbləğində ziyan vurması faktı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə 58054 nömrəli akta əsasən tərtib olunmuş qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh meşə fonduna 1430 manat zərər vurmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətnin 14 saylı X4 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, X11 dəymiş 1980 manat ziyanın beş gün müddətində ödənilməsi tələb olunmuş, əks halda barəsində tərtib olunmuş sənədlərin qanuni tədbir görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Samux şəhər sakini Cavabdeh özünə məxsus təsərrüfatında hal-hazırda 21 baş xırda buynuzlu keçisi və 9 baş keçi balası vardır. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 1-ci maddəsinə əsasən meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti: meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələridir. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 78-ci maddəsinə əsasən meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 79-cu maddəsinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 6.1.-ci maddəsinə əsasən ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar) yaşıllıqların növlərinə aiddir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsinə nəzarətin məqsədi yaşıllıqların vəziyyətinin dəyişməsinin müşahidə edilməsi, qabaqlayıcı işlərin görülməsi və baş vermiş dəyişikliklərin aradan qaldırılması üçün müvafiq aqrotexniki və digər tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsinə nəzarət dövlət və ictimai nəzarət formalarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 19.2.4-cü maddəsinə əsasən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) dövlət nəzarətindədir. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin meşə fonduna vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Beləliklə iddia tələbindən göründüyü kimi, iddiaçı tərəf cavabdehin iri və xırda buynuzlu mal-qara otarması nəticəsində meşə fonduna vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmi cəmi 1980 (xx.xx.2023-cü il tarixli akta əsasən 550 manat və xx.xx.2023-cü il tarxili akta əsasən 1430) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı meşə fonduna məhz 1980 manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunmuş aktlara əsaslanmışdır. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktları əsas götürülməli, meşə fonduna vurulmuş zərərin həcmi 1980 manat həcmində qəbul edilməli və iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli akta əsasən 550 (beş yüz əlli) manat və xx.xx.2023-cü il tarxili akta əsasən 1430 (min dörd yüz otuz) manat, cəmi 1980 (min doqquz yüz səksən) manat məbləğində pul tutularaq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinə ödənilsin. Cavabdeh 39,8 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Tutulan məbləğ Şəmkir X4 Mərkəzinin AZ48CTRE******************** nömrəli hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-143/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-143/2024
14.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver