Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-144/2024 15.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi , İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4250 manat pulun, maddi ziyana görə 300 manat və mənəvi ziyana görə 200 manat pulun iddiaçıdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə yaşadığı evdə təmir işləri aparırmış, həmin vaxtlar cavabdehi usta kimi evində təmir işləri aparılması ilə əlaqədar dəvət etmişdir. Cavabdeh müəyyən vaxtlarda onun evində müfaviq işlər görmüşdür. Aralarında etibar yarnmışdır. Sonralar evdə pəncərə və qapı düzəltmək üçün yenə cavabdehə usta kimi müraciət edərək onunla razılaşmış, işləri yaxşı bildiyindən həmin taxta materiallarını cavabdehin alması və onun tərəfindən malın dəyərinin cavabdehə verilməsi ilə bağlı razlığa gəlmişlər. Cavabdeh ona bildirmişdir ki, material göyüş və fistıq ağacından olacaq. Bunun müqabilində ondan 5.5 kb göyüş ağacı və 0.5 kb fıstıq ağacına görə 2500 ABŞ dolları (4250 manat) məbləğdə pul alaraq müəyyən müddətdən sonra pəncərə və qapını hazırlayıb onun evində quraşdırmasını öz üzərinə götürmüşdür. Lakin işi uzadarq müxtəlif bahənələr gətirərək vaxtında hazır etməmişdir. Sözügedən hadisə pandemiya vaxtına düşmüş, həmin hal ilə əlaqədar iş bir neçə ilə uzanmışdır. Dəfələrlə xəbardar edilməsinə baxmayarq cavabdeh işi təhvil verməmişdir. Bir müddət keçəndən sonra cavabdehdən pulunu tələb etsə də o, bildirmişdir ki, həmin pula material alıb, həmin materilallar isə 5.5 kb lapan ağacı və 0.5 kb isə fıstıq ağacı olmuşdur. O, bunu eşidəndən sonra aldandığını bilib cavabdehdən pulunu tələb etmişdir. Cavabdehin onu aldatması səbəbilə maddi və mənəvi əziyyət çəkmiş, bu hadisə ilə bağlı Gəncə şəhər 2 saylı polis şöbəsinə müraciət etmişdir. Lakin polis şəbəsi tərəfindən ona hazırki məsələ mülki mübahisə olduğundan məhkməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görədə məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarındakı razılaşma 2018-ci ildə olmuş, o, iddiaçının sifariş etdiyi taxtaları almış, qapıları hazırlamağa başlamış, lakin iddiaçı ona bildirmişdir ki, arvadı əməliyyat olduğundan və maddi durumu yaxşı olmadığından onun zəhmət haqqını ödəyə bilməyəcək, ona görə də işi dayandırmasını xahiş etmiş, daha sonra isə uzun müddət işə davam etməsini tələb etməmiş, sözügedən materiallar həmin müddət ərzində onun həyətində qalmış, o, iddiaçıdan dəfələrlə həmin materialları təhvil almasını tələb etsə də, iddiaçı materialları təhvil almamış, daha sonra isə karonavirus pandemiyası dövrü olmuşdur. O, taxta materialları alan zaman materiallar tam keyfiyyətli olmuş, iddiaçının materialları vaxtında təhvil almaması və işi dayandırması onun məsuliyyəti deyil. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirdi ki, Cavabdeh onun qohumudur. Əvvəlki yaxın zamanda Tarix ondan sorşmuşdur ki, “taxta qapılarn düzəldilməsi üzrə usta işi var işləyə bilərsənmi?” O da işləyə biləcəyini demişdir. Hansı ki, həmin işi illər öncə Cavabdeh görməli imiş. Müyyən bir gündə Cavabdeh Qəzənfərlə birlikdə onun yanına gələrək qiymət barədə razılaşmışlar. Daha sonra taxtaya baxmış və taxta materialında qurd aşkar etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, tərəflər arasında 2018-ci il tarixdə şifahi şəkildə podrat müqaviləsi bağlanmış və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Həmin razılığın əldə olunduğu vaxtdan 5 il müddət keçmiş və iddiaçı, keçən kifayət qədər uzun müddət ərzində əgər cavabdeh öz öhdəliyini layiqincə yerinə yetirməmişdirsə ona qarşı heç bir tələb irəli sürməmişdir. Hazırda iddiaçı podratçının işin görülməsi üçün qüsurlu material almasına istinad edərək sözügedən materialların alınması üçün cavabdehə, yəni podratçıya ödədiyi pulun qaytarılmasını və ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi podrat müqaviləsinə dair normalar çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçı tərəfindən qanunvericilikdə göstərilmiş kəsici müddət ötürülmüşdür. Kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirdiyindən məhkəmə, kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir hüququn təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində hüququn mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Belə olan halda hazırki tələbin təmin edilməsi qanuni və əsaslı ola bilməz. İddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündə nəzərə ala bilmədiklərinə baxmayaraq, kəsici müddətlərin ötürülüməsinin iş materiallarından və işin faktiki hallarından məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manefeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbinin həmin hissəsədə əsaslılığına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən tələb həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-144/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-144/2024
15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver