Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-150/2023 28.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı “kredit borcu və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12294 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 2414,58 manat əsas, faiz borcuna görə 212,1 manat, cərimə 214,02 manat, cəmi 2840,7 manat pul və dövlət rüsumu kimi ödənilmiş 48,41 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd – sep, çəkisi 4,6 qram, əyarı - 583; 1 ədəd – sırqa üzük dəst, çəkisi - 31,8 qram, əyarı - 583; 1 ədəd sırqa, çəkisi-1,7 qram, əyarı-583; 1 ədəd-üzük, çəkisi-2 qram, əyarı-583; 2 ədəd – üzük, çəkisi – 11,4 qram, əyarı-750; 1 ədəd – sırqa üzük dəst, çəkisi-2 qram, əyarı-500; cəmi 53,5 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsi üzrə kreditə görə cəmi 2840,7 manat pul və dövlət rüsumu kimi ödənilmiş 48,41 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabeh Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 2970 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1,2.3 və 2.4 bəndləri). xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11. 4.2 bəndi). Bu barədə cavabdehə dəflərə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh öhdəliklərinin icra edilməsindən yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2414,58 manat əsas, faiz borcuna görə 212,1 manat, cərimə borcuna görə 214,02 manat, borcun cəmi məbləği 2840,7 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarxili, GNLMB-12294 nömrəli müqaviləyə əsasən banka girov qoyulmuş, həmin qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Gəncə” filialına saxlanca verilmiş, 1 ədəd – sep, çəkisi 4,6 qıram, əyarı-583; 1 ədəd – sırqa üzük dəst, çəkisi-31,8 qram, əyarı-583; 1 ədəd sırqa, çəkisi-1,7 qram, əyarı-583; 1 ədəd-üzük, çəkisi- 2 qram, əyarı-583; 2 ədəd – üzük, çəkisi -11,4 qram, əyarı-750; 1 ədəd – sırqa üzük dəst, çəkisi-2 qram, əyarı-500; cəmi 53,5 qram. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GNLMB-12294 nömrəli kredit müaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (bank girova ödəniş yönəldə bilər”. İddiaçının nümayəndəsi Dilqəm Musayev tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizədə, Cavabdeh xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 819,58 manat, faiz borcuna görə 507,88 manat, dəbbə borcuna görə 594 manat, cəmi 1921,46 manat məbləğində pulun və 48,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd- sep, çəkisi - 4,6 qram, əyarı – 583; 1 ədəd sırqa-üzük dəst, çəkisi - 31,8 qram, əyarı - 583; 1 ədəd - sırqa çəkisi - 1,7 qram, əyarı - 583; 1 ədəd - üzük - 1 ədəd, çəkisi - 2 qram, əyarı - 583; 2 ədəd üzük, çəkisi - 11,4 qram, əyarı - 750; 1 ədəd - sırqa-üzük dəst, çəkisi - 2 qr, əyarı - 500; cəmi 53,5 qram olan qızıl- zinət əşyalarına yönəldilməsi, həmin əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsi üzrə kreditə görə cəmi 1921,46 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 48,41 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi tələbin azaldılması hissəsində qismən təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 18 ay müddətinə 2970 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli girov müqaviləsindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh verilmiş kreditin təmini kimi Cavabdeh məxsus 1 ədəd- sep, çəkisi - 4,6 qram, əyarı – 583; 1 ədəd sırqa-üzük dəst, çəkisi - 31,8 qram, əyarı - 583; 1 ədəd - sırqa - çəkisi - 1,7 qram, əyarı - 583; 1 ədəd - üzük, çəkisi - 2 qram, əyarı - 583; 2 ədəd - üzük, çəkisi - 11,4 qram, əyarı - 750; 1 ədəd - sırqa-üzük-dəst, çəkisi - 2 qram, əyarı - 500; cəmi: 53,5 qram qızıl- zinət əşyaları banka girov qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5339 nömrəli rəydən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GNLMB-12294 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 2032,58 manat manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə (sualda soruşulan tarixə) əsas borc üzrə 1996,86 manat, faiz borcu üzrə 35,72 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli GNLMB- 12294 nömrəli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 819,58 manat, faiz borcu üzrə 507,88 manat, cərimə üzrə 594 manat, cəmi 1921,46 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 819,58 manat, faiz borcu 507,88 manat, cərimə 10 manat, cəmi 1337,46 manat və ödənilmiş 48,41 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, tələb öhdəliyin təmini kimi banka girov qoyulmuş – 1 ədəd çəkisi 4,6 qram olan 583 əyarlı sepə, 1 ədəd çəkisi 31,8 qram olan 583 əyarlı sırqa üzük dəstinə, 1 ədəd çəkisi 1,7 qram olan 583 əyarlı sirğaya, 1 ədəd çəkisi 2 qram olan 583 əyarlı üzüyə, 2 ədəd çəkisi 11,4 qram olan 750 əyarlı üzüyə, 1 ədəd çəkisi 2 qram olan 500 əyarlı sirqa üzük dəstindən ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları hərrac yolu ilə satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SWİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 819,58 manat, faiz borcu 507,88 manat, cərimə 10 manat, cəmi 1337,46 manat və ödənilmiş 48,41 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi banka girov qoyulmuş banka girov qoyulmuş – 1 ədəd çəkisi 4,6 qram olan 583 əyarlı sepə, 1 ədəd çəkisi 31,8 qram olan 583 əyarlı sırqa-üzük dəstinə, 1 ədəd çəkisi 1,7 qram olan 583 əyarlı sirğaya, 1 ədəd çəkisi 2 qram olan 583 əyarlı üzüyə, 2 ədəd çəkisi 11,4 qram olan 750 əyarlı üzüyə, 1 ədəd çəkisi 2 qram olan 500 əyarlı sırqa-üzük dəstindən ibarət qızıl-zinət əşyalarına yönəldilsin və həmin qızıl-zinət əşyaları hərrac yolu ilə satılsın, satışdan əldə olunmuş vəsait hesabına cəmi 1337,46 manat və ödənilmiş 48,41 manat dövlət rüsumu İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SWİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-150/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-150/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver