Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-153/2023 10.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X24, X16, X11 və X17 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh, X24, X19, X16, X22, X11 və X17 qarşı pul tələbinə dair iddia qaldıraraq, ondan nisyə aldıqları mallara görə Cavabdeh 1,112 manat, X12 516 manat, X4 200 manat, X2 310 manat, X8 200 manat, X1 320 manat, X9 485 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Samux rayonu Kolayır kəndində ailəsi ilə birlikdə yaşayır, mağaza işlədərək ailəsini dolandırır. Onun mağaza işlətdiyi kənddə kənd sakinlərinin maddi vəziyyəti yaxşı olmadığından onlara nisyə olaraq ərzaq malları satır, onlar da həmin malların dəyərini növbəti aylarda ödəyirlər. Cavabdehlər də onun mağazasından müxtəlif vaxtlarda nisyə mal almış, malları aldıqları vaxtdan xeyli müddət keçsə də hələ də dəyərini ödəməmişlər. Beləliklə Cavabdeh ona 1,112 manat, X18 516 manat, X10 200 manat, X5 310 manat, X13 200 manat, X3 320 manat, X14 485 manat borcu var. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh X19 ona olan borcunu tam ödədiyindən ona qarşı iddia tələbindən imtina etdiyini bildirmişdişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh X22 ona olan borcunu tam ödədiyindən ona qarşı iddia tələbindən imtina etdiyini bildirmişdişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə cavabdeh X5 əsl cavabdeh X20 ilə əvəz olunması barədə ərizə təqdim etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdehlər Cavabdeh, X24, X20 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiklərini bildirmiş, növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Cavabdeh X23 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh X11 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehlərin iddia tələbinin qəbul edilməsi barədə ərizələrini nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdehlər Cavabdeh, X24, X20, X23 və X11 tərəfindən məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, cavabdehlər iddia tələbini qəbul edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından və cavabdehlərin iddia tələbini qəbul etdikləri barədə məhkəməyə təqdim olunmuş ərizələrdən müəyyən edilir ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı Cavabdeh 1,112 manat, X21 516 manat, X15 310 manat, X6 320 manat, X17 485 manat manat dəyərində ərzaq mallarını nisyə qaydada satmış və cavabdehlər həmin malların dəyərini iddiaçıya ödəməmişlər. Öhdəliyin mövcud olması cavabdehlərin öz etirafına əsasən təsdiqini tapdığından onlar həmin öhdəliyi yerinə yetirməlidirlər. Beləliklə iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malların ödənilməsini tələb etməkdə haqlıdır və buna görə də iddia tələbi təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Şifahi şəkildə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh 1,112 (min yüz on iki) manat, X12 516 (beş yüz on altı) manat, X7 310 (üç yüz on) manat, X1 320 (üç yüz iyirmi) manat, X9 485 (dörd yüz səksən beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-153/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-153/2023
10.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver