Məhkəmə qərarları › İş №2(058)-165/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-165/2024

06.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-165/2024 06.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən qəbul olunmuş 2(058)-738/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnamədən kənarda qalmış cavabdehlər (zaminlər) Cavabdeh1 və X5 3478 (üç min dörd yüz yetmiş səkkiz) manat əsas və 350 (üç yüz əlli) manat dəbbə pulunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən “Mebel və Elektroniks” mağazada əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN-lə həmin mağazada malların satışını həm nəğd, həmdə kredit yolu ilə həyata keçirir. Samux rayonun Çobanabdallı kəndində yaşayan və qeydiyyatda olan X6 xx.xx.2023-cü il tarixdə mağazaya gələrək, mağazadan bir ədəd dəyəri 948 (doqquz yüz qırx səkkiz) manat olan “Hofman” 6 kq VSL-61005 markalı paltaryuyan maşınını, bir ədəd dəyəri 1020 manat olan “Buryas G139” soyuducunu, bir ədəd qiyməti 1000 manat olan TV 141 ekranlı “Taybe smart” markalı televizoru, bir ədəd qiyməti 510 manat olan TV-81 ekranlı “Tesla Smart” markalı televizoru tərtib olunmuş qrafiq üzrə ödəniş etmək şərti ilə 1 il müddətinə “Nisyə alqı-satqı müqaviləsi” əsasında götürmüşdür. Həmin vaxt Midvarı Məmmədovanın yaxınları olan, hazırkı iddia tələbi üzrə cavabdeh olan Samux rayonu Qarabağlar kəndində yaşayan Cavabdeh1 və Samux rayonun Çobanabdallı kəndində yaşayan X8 zamin durmuşlar. Midvarı Məmmədova müqavilə bağlanan zaman pulu vaxtında ödəməyə söz versə də, buna əməl etməmişdir. Midvari Məmmədova və cavabdehlərlə dəfələrlə əlaqə yaradıb müqavilənin şərtlərinə əməl etmələri tələb olunmasına baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Buna görə də məcburiyyət qarşısında qalıb, məhkəməyə iddia tələbi (sadələşmiş icraat qaydasında) ilə müraciət edilərək həmin iddia ərizəsinin təsviri hissəsində X6, Cavabdeh1 və X8 cavabdeh kimi qeyd edilmiş, lakin xahiş etdi hissəsində yanlışıqlıq olaraq, Midvari Məmmədova tək cavabdeh kimi qeyd edilmişdir. Məhkəmənin 2(058)-738/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 3478 (üç min dörd yüz yetmiş səkkiz) manat əsas borcun, 350 (üç yüz əlli) manat dəbbə pulunun və 56 (əlli altı) manat dövlət rüsumunun tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Elçin Məmmədov iddia tələbindən kənarda qalmışdır. Hazırda cavabdeh Midvarı Məmmədovadan həmin borc tutulur, lakin qətnamə uzun müddətə icra olunmalı olduğundan və Midvarı Məmmədovadan hər ay tutulan məbləğ onu qane etmədiyindən o, borcun iddia tələbindən kənarda qalmış zaminlərdən də tələb olunması barədə yenidən iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun səhvi nəticəsində məhkəməyə sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsində zaminlər cavabdeh qismində göstərilməmiş, sadəcə əsas borclu cavabdeh qoyulmuşdur. Məhkəmə tərəfindən də, sözügedən pulun məhz iddia ərizəsində cavabdeh qoyulmuş şəxsdən tutulmasına dair qətnamə qəbul edilmişdir. Ona görə də, yenidən iddia icraatı qaydasında zaminlərə qarşı iddia qaldıraraq həmin pulun zaminlərdən də tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə tərəflərin iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)- 738/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 3478 (üç min dörd yüz yetmiş səkkiz) manat borc pul, 350 (üç yüz əlli) manat dəbbə pulu və 56 (əlli altı) manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 10 mart 2023-cü il tarixli “Nisyə Alqı-Satqı” müqaviləsindən görünür ki, İddiaçı tərəfindən “Hofman” 6 kq VSL-61005 markalı paltaryuyan maşın, bir ədəd “Buryas G139” soyuducunu, bir ədəd TV 141 ekranlı “Taybe smart” markalı televizor, bir ədəd TV-81 ekranlı “Tesla Smart” markalı televizor nisyə qaydada X1. İş materiallarından görünür ki, Cavabdeh1 və X8 ilə İddiaçı arasında 10 mart 2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. İddiaçının izahatından və iş materiallarındakı sənədlərdən göründüyü kimi iddiaçı hazırda iddia ərizəsində cavabdehlərdən (müvafiq zaminlik müqaviləsi üzrə zaminlərdən) tələb etdiyi pulu daha əvvəl X3 tələb edərək yalnız onu, yəni əsas borclunu cavabdeh qismində göstərməklə sadələşdirilmiş icraat qaydasında məhkəmədə iddia qaldırmış, iddiaçının özünün də ərizəsində və məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi kimi öz səhvi nəticəsində zaminləri sadələşdirilmiş icraat qaydasında qaldırdığı həmin iddia tələbində cavabdeh qismində göstərməmişdir. Məhkəmə də haqlı olaraq iddia tələbi həcmində işə baxaraq iddiada göstərilən cavabdehdən sözügedən borcun tutulması qərarına gəlmişdir. Hazırda iddiaçı onun vaxtilə sadələşdirilmiş icraat qaydasında qaldırdığı iddia ərizəsində cavabdeh kimi göstərməli olduğu, lakin səhvən göstərmədiyi cavabdehlərə qarşı iddia icraatı qaydasında tələb irəli sürərək Samux Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-738/2023 saylı qətnaməsi ilə X3 tutulmuş pulun yenidən hazırki iddia tələbi üzrə cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, hazırda iddiaçının iddia tələbində cavabdehlərdən tələb etdiyi pulun daha əvvəl iddiaçının sadələşdirilmiş icraat qaydasında irəli sürdüyü iddia tələbi üzrə məhkəmənin müvafiq qətnaməsi ilə əsas borcludan tutulması qət edildiyindən pulun yenidən başqa cavabdehlərdən tələb olunması yolverilməzdir. Ona görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar