Məhkəmə qərarları › İş №2(058)-170/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-170/2024

11.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-170/2024 11.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 4677.2 (dörd min altı yüz yetmiş yeddi manat iki qəpik) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-396/2015 saylı, xx.xx.2015-ci il tarixli qətanməsinə əsasən, borclular xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh və İddiaçı cəmi 3841 AZN (üç min səkkiz yüz qırx bir) manat məbləğində pul vəsaiti tutularaq, tələbkar "xxxx"-a X2 Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə görə 3841 manat pul cavabdehlərin hər ikisindən müştərək qaydada tutulması qət edilsə də, bütün məbləğ, eləcə də 07% icra xidmətinin ödənişi olan 768.2 manat məbləğində pul yalnız ondan tutulmuşdur. Cavabdeh isə ümumiyyətlə ödəniş etməmişdir. Ona görə də ödəmiş olduğu 4677,02 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmçinin bildirdi ki, o, məhkəmə qətnaməsində sözügedən məbləğdən 3637 manat ödəmiş, cavabdeh isə 210 manat ödəmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək bildirdi ki, məhkəmənin müvafiq qətnaməsinə əsasən Rabitəbank ASC-nin xeyirinə ondan və İddiaçı müştərək qaydada 3811 manat pul tutulması qət edilmişdir. O, həmin məbləğdən cəmi 210 manat ödəniş etmiş, qalan məbləği isə İddiaçı ödəmişdir. Tələbin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-396/2015 saylı, xx.xx.2015-ci il tarixli qətanməsinin surətindən məlum olur ki, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 3234 manat əsas borc, 477 manat hesablanmış faiz borcu, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 3811 (üç min səkkiz yüz on bir) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarında olan Azərişiq ASC-nin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 2(043)-396/2015 saylı icra sənədinə əsasən 2020-ci ilin iyuldekabr ayları arasındakı müddətdə ümumilikdə 562.94 manat, 2021-ci ilin yanvar-dekabr ayları arasındakı müddətdə isə 1051.9 manat pul tutlmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsarrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 2(043)-396/2015 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqından 2022-ci ilin avqust ayında 158 manat, 2023-cü ilin yanvar-oktyabr ayları arasındakı müddətdə 569 manat pul tutulmuşdur. İş materiallarında olan Rabitəbank ASC-nin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, bank tərəfindən icra idarəsinə bildirilmişdir ki, cavabdehlər Cavabdeh və İddiaçı Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-396/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən banka olan borclarını tam şəkildə ödəmişlər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit verilmiş, İddiaçı əsas borclunun, yəni Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcalan kreditor qarşısında öhdəliklərini yerinə yetirməmiş, kreditor isə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-396/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 3234 manat əsas borc, 477 manat hesablanmış faiz borcu, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 3811 (üç min səkkiz yüz on bir) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı 4677,02 manat pulun cavabdehdən alınraq ona verilməsini tələb edir. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edir və tələbin qismən təmin olunmalı olduğu qənaətinə gəlməsini onunla əsaslandırır ki, sözügedən icra sənədinə əsasən İddiaçı və Cavabdeh tərəfindən müştərək qaydada ödənilməli olan 3811 manat pulun 210 manat hissəsinin cavabdeh tərəfindən, qalan hissəsinin isə iddiaçı tərəfindən ödənilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özü də izahatında həmin halı təsdiq etmişdir. Belə olan halda İddiaçı sözügedən icra sənədi üzrə banka 3601 manat pul ödədiyi müəyyən olunur. Ona görə də iddiaçı cavabdehdən yalnız həmin məbləği reqres hüququna əsasən tələb edə bilər. Göründüyü kimi İddiaçı əsas borclu qarşısında tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 3601 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3601 (üç min altı yüz bir manat) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar