Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-173/2023 09.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən xx.xx.2005-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, xx.xx.2003-cü il tarixdə doğulmuş X2 ödənişli ali təhsil aldığı üçün 23 yaşına çatana kimi hər ay hər uşağa görə 220 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Samux Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(058)-865/2019 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2003-cü il tarixdə doğulmuş X2 və xx.xx.2005-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən 130 manat aliment uşağın tələbatını ödəmir. Hazırda qızı X1 Dövlət Universitetində Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə ödənişli təhsil alır. O, qızının təhsil xərcini ödəyə bilmir. xx.xx.2022ci il tarixdən cavabdeh övladlarına maddi köməklik göstərməsinə vəd versə də, vədini yerinə yetirməmişdir. Hesab edir ki, alimentin artırılması onun mediasiya təşkilatına müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə onun qeydiyyat ünvanına göndərilmiş məhkəmə bildirişləri cavabdeh hazırda həmin ünvanda yaşamadığından onun ailə üzvlərinə təqdim edilmiş, ailə üzvləri isə məhkəmə bildirişlərini qəbul etməkdən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-865/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 23 oktyabr 2003-cü il tarixdə anadan olmuş X2 və 11 iyun 2005-ci il tarixdə anadan olmuş ƏliyevAzər Vahid oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş hər uşaq üçün 80 manat sabit pul məbləğində alimentin miqdarının artırılması və Cavabdeh hər ay hər uşaq üçün 130 manat, iki nəfər uşaq üçün 260 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Dövlət Universiteti tərəfindən verilmiş arayışdan görünür ki, X4 həmin universitetin riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ödənişli əsaslarla 1-ci kurs tələbəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, Samux Rayon Məhkəməsinin 2(058)-865/2019 nömrəli, 14 noyabr 2019cu il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia qismən təmin olunmalı, xx.xx.2005-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. İddia qismən təmin edildiyindən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40,40 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə iddia tələbinin X2 ödənişli təhsil alması əsası ilə onun 23 yaşına çatana qədər hər ay cavabdehdən 220 manat aliment tutulması hissəsinə münasibətdə isə o qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsaslı deyil. Belə ki, qanunvericiliklə yalnız yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların valideynlərdən aliment almaq hüququ nəzərdə tutulmuşdur. X4 isə hazırda yetkinlik yaşına çatmış, ali məktəbə ümumi qaydada qəbul olmuş və hazırda da müstəqil şəkildə ali məktəbdə təhsil alan fəaliyyət qabiliyyətli şəxsdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, göstərilənlər əsasında X2 ali təhsil alması üçün hansısa yüksək məbləğdə vəsaitin tələb olunması və digər valideynin bu xərclərə cəlb edilməsinin zəruriliyi nəticəsinə gəlmək mümkün deyil. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-865/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2005-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 40,40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-173/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-173/2023
09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver