Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-183/2024 22.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 11485 saylı kredit müqaviləsinə əsasən yaranmış 1570 manat əsas borc, 392.50 manat faiz borcu, 235.50 dəbbə pulu borcu olmaqla, ümumilikdə 2198 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona müraciət edərək 19,8 qram qızıl-zinət aşyalarını "YK Kredo” lombardına girov qoymaqla xx.xx.2022-ci il tarixli, 11485 saylı kredit müqavilasinin prinsiplərini va şərtlərini qəbul edərək 2400 (iki min dörd yüz) manat kredit vəsaiti götürmüşdür. Cavabdeh müəyyən müddətlərdə və məbləğlərdə ödəniş etsə də hazırda ödənilməmiş borcu qalmışdır. 2023-cü ilin iyul ayında cavabdehin xahişi ilə girova qoyulmuş qızıl-zinət aşyaları satışa çıxarılmışdır. xx.xx.2023cü il tarixdə qızıl-zinət aşyaları 1210 AZN-ə satılaraq, həmin pul cavabdehin ödənilməmiş əsas borcuna yönəldilmiş, lakin həmin vəsait borcun tamamilə ödənilməsi üçün yetərli olmamışdır və cavabdehin ödənilməmiş 1570 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixə cavabdehin ödənilməmiş 1570 manat əsas borcu, 392.5 (1570 * 4%/30 gün) faiz borcu, 235.5 (1.57 AZN* 150 gün) dəbbə borcu olmaqla, ümumilikdə 2198 manat borcu qalmışdır. Cavabdeh Rafıq oğluna xx.xx.3023-cü il tarixdə yazılı şəkildə poçt vasitəsi ilə rəsmi bildiriş göndərilib, cavabdeh bildirişi qəbul etsə də borcu ödəməmiş və ödəmək fikri yoxdur. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “YK” Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən quymətlindirilərək satılması haqqında aktan görünür ki, Cavabdeh (AA*******) öz istəyi (ərizəsi) və iştrakı ilə “YK” Lombarda olan borcunun təminatı kimi xx.xx.2022-ci il tarixli, 11485 saylı kredit (borc) və girov müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət aşyası xx.xx.2023-cü il tarixində “YK” Lombardın mütəxəssisi, zərgər X1 tərəfindən yenidən qiymətləndirilmiş və çəkisi 19.80 qram olan boyunbağı 1210 manat dəyərində satılmışdır. Satışdan əldə olunan vəsait Cavabdeh lombarda olan borcunun bir qisminin ödənilməsinə yönləndilmiş, onun ödənilməmiş 1570 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli YK/11485 saylı kredit müqaviləsinə əsasən kredit üzrə ödənilməmiş borcunun 7 gün ərzində ödənilməsi barədə xəbardarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışın surətindən görünür ki, Cavabdeh 2400 manat pulu 12 ay müddətinə kredit götürmüş, xalis çəkisi 19.8 qram olan qızıl-zinət aşyalarını girov qoymuşdur. İş materiallarında olan elektron sistem vasitəsilə əldə edilmiş, vergi məlumatlarını əks etdirən sənəddən görünür ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi olmaqla lombard fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. 743.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. İş materiallarında olan, elektron sistem vasitəsilə əldə edilmiş vergi məlumatlarını əks etdirən sənəddən aydın olur ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi olmaqla lombard fəaliyyətini həyata keçirir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə kredit verilərkən ona məxsus qızıl-zinət əşyası lombardda girov qoyulmuşdur. Cavabdeh yerinə yetirməli olduğu öhdəliyi tam icra etmədiyindən lombardda girov qoyulmuş əşya iddiaçı tərəfindən realizə edilərək cavabdehin ödənilməmiş borcuna yönəldilmişdir. Lakin, lombardda girov qoyulmuş əşyanın realizəsindən əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün yetərli olmamışdır. Hazırda iddiaçı cavabdehdən əsas borcun ödənilməmiş hissəsini, eyni zamanda ona hesablanmış faiz borcunu tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericilik, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləğinin müəyyənləşdirilmiş müddətdə qaytarılmadığı təqdirdə lombarda həmin əşyanı açıq hərracdan realizə etmək imkanı tanıyır. Lakin sözügedən qanunvericilik normasında lombardın girov qoyana (borcluya) qarşı tələblərinin hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ borcun tam ödənilməsi üçün yetərli olmadıqda belə ləğv edildiyi imperativ qayda olaraq müəyyənləşdirilir. Hazırki işin faktiki hallarından da göründüyü kimi lombardda girov qoyulmuş əşya iddiaçı tərəfindən realizə edildiyindən, götürülən məbləğin borcun tam ödənilməsi üçün yetərli olmamasına baxmayaraq qanunvericiliyin tələbi nöqteyi nəzərdən iddiaçı tələb hüququnu itirmişdir. Ona görə də iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-183/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-183/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver