Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-186/2025 04.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin tərəfindən 358376 nömrəli akt (abonent kodu **********00204) əsasında hesablanmış 417 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Çobanabdallı kəndində yaşayır. Həmin mənzili enerjisini daima sayğac vasitəsi ilə istifadə etmişəmdir. Yaşadığı mənzilin elektrik və istilik enerjisini sayğaclar vasitəsilə istifadə edir. Mənzili mövsümü olaraq təbii qazdan, daimi olaraq məişət əşyalarımı isə elektrik enerjisi sayğacı vasitəsi ilə istifadə edirəm. Tam məsuliyyətli abonentdir. İstifadə etdiyi enerjinin dəyərini vaxtı-vaxtında poçt vasitəsilə həyata keçirir. Lakin xx.xx.2024-cü il tarixində onun yaşadığı mənzilə Azərişiqa məxsus kəsim səbət maşını ilə yaxınlaşaraq onun əlavə 417 manat borcu yarandığını və həmin o borcun dərhal ödənməsi tələbi edildi. O, isə bununla bağlı Azərişiqin Samux EŞ-nə müraciət etdi. Müraciət zamanı ona məlum olmuşdu ki, hal-hazırda məhkəməyə təqdim etdiyi 358376 nömrəli akt tərtib olunub və aktın sübutu tələbində isə ona heç kəsin başa düşmüyəcəyi tərzdə videoqeyd göstərdilər. Videoqeyddə isə guya onun mənzili sayğacının yerləşdiyi nöqtədən 60-70 metr məsafədə olan digər qonşunun sayğacının giriş nöqtəsindən elektrik enerjisi oğurlamış kimi çəkiliş çəkilib. Həmin çəkilişdə nə elektrik enerjisinin qaçaq kimi təsəvvür edilən ölçü meyarı yəni xüsusi avadanlıqla oğurlanan enerjinin dəyərinin ölçüsü göstərilməmişdir. Onun mənzilinin ümumi giriş naqili ilə əvvəlcədən qeyd etdiyi kimi sözü gedən oğurluq nöqtəsi ilə 60-70 metr məsafə təşkil edir. Bununla belə o, niyə qonşunun giriş xəttindən oğurluq edir və oğurluq edirəsə də niyə aktda qeyd etdikləri 0.4 kv. meyarında oğurluq edir? (0.4 kv. isə bir elektrik lampasının dəyəri qədərdir) Onuda əlavə edim ki, həmin sözü gedən oğurluq mənbəyi kimi qeyd etdikləri naqillər birləşməsi acınacaqlı şəbəkə ucbatından paya üzərinə bir neçə vətəndaşın naqillərinin birləşdiyi yerdir. Hörmətli məhkəmə, əgər o, faktiki oğurluq etmiş olsa idi, AR Nazirlər Kabinetinin təsdiq etdiyi elektrik enerjisindən kənar qoşulmalar haqqında qanunun müvafiq tədbirlər planının nəzərdə tutulmuş qaydalarına uyğun olaraq tədbirlər olanı həyata keçirilməli idi. Yəni onun oğurluğu sübut olunmuş idisə, məhkəməyə təqdim etdiyim sarı rəngdə möhürlənmiş akt əvvəlcədən möhürlənməmiş ona təqdim olunmalı idi. Şəxs fərqi olmadan və yaxud bununla bağlı İXM və yaxudda CM-nin müəyyən maddələrinə uyğun olaraq Azərişiqin rəhbər şəxsləri tərəfindən yerli icra və ya hüquq orqanlarına müraciət edib, inzibati qaydada o, tənbeh olunmalı idi. Bu hallar sübutsuz olduğu üçün baş verməmişdir. O səbəbə görədə o, sözü gedən 358376 nömrəli aktı etibarsız hesab edirə və məhkəməyə müraciət edir. Hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Borcun silinməsi ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görədə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərziəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, tələb əsassızdır, ona görə də tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 may 2022-ci il tarixli, AKT 250110 nömrəli aktın surətindən görünür ki, Samux rayonu, Çobanabdallı kəndində yerləşən İddiaçı yaşadığı ünvanda sayğaca EEİQ-na uyğun olaraq gecə reydi zamanı məlum olmuşdur ki, sayğacdan kənar xəttən istifadə olumnmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin icra vərəqəsinin surətindən görünür ki, Samux rayon, Çobanabdallı kəndində İddiaçı 196.77 manat borc hesablanmışdır. Abunə borcu haqqında sənədin surətindən görünür ki, Çobanabdallı kənd sakini İddiaçı "xxxx" ASC-yə 516.19 manat borcu var. "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 may 2024-cü il tarixli, AKT 358376 nömrəli aktın surətindən görünür ki, Samux rayonu, Çobanabdallı kəndində yerləşən İddiaçı yaşadığı ünvanda sayğaca EEİQ-na uyğun olaraq sayğaca müdaxilə olunmuş, sayğaca qonşuya gedən giriş xəttini zədələyərək öz mənzilindəki işlədiçiləri bir başa şəbəkəyə qoşmulması müəyyən olumnmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ona məxsus Samux rayonu, Çobanabdallı kəndində yerləşən evində quraşdırılmış, abonent kodu **********00204 nömrəli sayğaca müdaxilə olunmuş, o, qonşuya gedən giriş xəttini zədələyərək öz mənzilindəki işlədiciləri bir başa şəbəkəyə qoşmuşdur. Bu hal cavabdehin təqdim etdiyi sübutlarla təsdqini tapmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya hesablanan borcun məbləği işin faktiki hallarına uyğun hesablanmamışdır. Belə ki, sözügedən akt əsasında abonentə 196.77 manat borc hesablanmasına baxmayaraq daha sonra həmin məbləğ əsassız olaraq çoxaldılmış və 417 manat müəyyən edilmişdir. Bu isə işin faktiki halları ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələblərinin və cavabdehin etirazlarının hüquqi taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Həmçinin işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən Samux rayonu, Çobanabdallı kəndində fərdi yaşayış evində yaşayan İddiaçı 01 may 2024-cü il tarixli, AKT 358376 nömrəli akt (abonent kodu **********00204) əsasında hesablanmış 220.74 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Samux rayonu, Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonent kodu **********00204) cavabdeh "xxxx" ASC tərəfindən 01 may 2024-cü il tarixli, 358376 nömrəli akta əsasən hesablanmış 220.74 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-186/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-186/2025
04.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver